Amlotop 5 mq N30

Amlotop 5 mq N30 dərman pereparatı haqqında bilmək istədiyiniz hər şey. Dərmanın istifadə qaydası, tərkibi, dozası və s. haqqında daha ətraflı məlumat üçün yazını oxuyun

Jun 10, 2024 - 12:29
Jun 11, 2024 - 09:07
 0
Amlotop 5 mq N30
Amlotop 5 mq N30

Amlotop 5 mq N30  Eyniləşdirmə və təsnifat

ATC kodu - С08СА01
Beynəlxalq patentləşdirilməmiş adı - Amlodipin

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Tərkibi


Təsiredici maddə: 1 tabletin tərkibində 6,93 və ya 13,86 amlodipin bezilat ( 5,0 və ya 10,0 mq amlodipinə ekvivalent) vardır.

Köməkçi maddələr: laktoza monohidrat (laktoza 200/floulak 100), mikrokristallik sellüloza, kalsium stearat, natrium kroskarmelloza (primelloza), kolloidal silisium dioksid (aerosil).

İstifadəsinə göstərişlər


Arterial hipertenziya (monoterapiyada və ya digər antihipertenziv preparatlarla kombinasiyada).

Stabil gərginlik stenokardiyası və vazospastik stenokardiya (Prinsmetal stenokardiyası) (monoterapiyada və ya digər antianginal preparatlarla kombinasiyada).

Amlotop 5 mq N30 Əks göstərişlər

  • Amlodipinə və digər dihidropiridin törəmələrinə və həmçinin preparatın tərkibinə daxil olan hər hansı digər komponentlərə qarşı yüksək həssaslıq;
  • ağır dərəcəli arterial hipotenziya (sistolik AT 90 mm.c.s-dən aşağı);
  • kollaps, kardiogen şok;
  • klinik əhəmiyyətli aorta stenozu;
  • hamiləlik və laktasiya dövrü;18 yaşa qədər olan dövr (effektivlik və təhlükəsizlik öyrənilməyib);
  • laktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri


Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır: qaraciyər funksiyalarının pozulması, sinus düyününün zəifliyi sindromu (ağır dərəcəli bradikardiya, taxikardiya), NYHA təsnifatına görə III-IV-cü funksional sinif qeyri-işemik mənşəli xroniki ürək çatışmazlığı, arterial hipotenziya (sistolik AT 90-dan çox və 100 mm.c.s-dan aşağı), aortal stenoz, mitral stenoz, hipertrofik obstruktiv kardiomiopatiya (HOKMP), kəskin miokard infarktı (və miokard infarktından sonra 1 ay müddətində), yaşlı pasiyentlər.

Arterial hipertenziyanın müalicəsi aparıldıqda, amlodipini tiazid diuretiklərlə, alfa- və beta-adrenoblokatorlarla, AÇF inhibitorları ilə, qısa və uzunmüddətli təsirə malik nitratlarla, QSİƏP (qeyri-steroid iltihabəleyhinə preparatlar) ilə, antibiotiklərlə və peroral hipoqlikemik preparatlarla kombinasiyada istifadə etmək olar.

Stenokardiyanın müalicəsi aparıldıqda, amlodipini monoterapiya şəklində və ya digər antianginal preparatlarla, o cümlədən müvafiq dozalarda nitratlarla və/və ya beta-adrenoblokatorlarla aparılan müalicəyə qarşı refrakter pasiyentlərdə kombinasiyada təyin etmək olar.

Müalicə müddətində bədən kütləsinə və natriumun istifadəsinə nəzarət etmək lazımdır.

Ağız boşluğu gigiyenasına riayət etmək və müntəzəm şəkildə stomatoloq müayinəsindən keçmək (ağrı hissinin, damaqlarda qanaxmaların və hiperplaziyanın qarşısını almaq üçün) lazımdır.

Amlodipin kaliumun, qlükozanın, triqliseridlərin, ümumi xolesterinin, ASLP-in (aşağı sıxlıqlı lipoproteinlərin), sidik turşusunun, kreatininin və sidik turşusu azotunun plazma konsentrasiyalarına təsir göstərmir və bronxial astmadan, şəkərli diabetdən və podaqradan əziyyət çəkən pasiyentlərdə istifadə oluna bilər.

Amlodipini vazospazma/vazokonstriksiyaya meylli pasiyentlərdə istifadə etmək olar.

Bədən kütləsi aşağı olan və ya alçaq boylu pasiyentlərdə, yaşlı pasiyentlərdə və həmçinin, ağır dərəcəli qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlərdə preparatın aşağı dozalarının istifadəsi tələb oluna bilər. Dozanı artırdıqda, yaşlı pasiyentləri diqqətlə müşahidə etmək lazımdır.

Kalsium kanallarının “ləng” blokatorlarında “ləğvetmə” sindromunun olmamasına baxmayaraq, müalicəni dayandırmaqdan əvvəl dozaların tədricən aşağı salınması tövsiyə olunur.

Reproduktiv yaş dövründə olan qadınlara amlodipinlə müalicə müddətində, etibarlı kontrasepsiya üsullarından istifadə etmək lazımdır.

Hipertonik kriz zamanı amlodipin tabletlərinin istifadəsi tövsiyə olunmur.


İstifadə qaydası və dozası

  • Daxilə, sutkada 1 dəfə, qida qəbulundan asılı olmayaraq, kifayət qədər su (100 ml) ilə birlikdə qəbul etmək lazımdır.
  • Arterial hipertenziya və stenokardiya zamanı başlanğıc doza adətən, 5 mq təşkil edir. Pasiyentin fərdi reaksiyasından asılı olaraq, dozanı sutkada maksimal 10 mq-a qədər artırmaq olar. Dozanın artırılmasını, müalicəyə başladıqdan 7-14 gün sonra həyata keçirmək tövsiyə olunur (dozanın daha sürətli artırılması, pasiyentin diqqətli müşahidə olunmasını tələb edir).
  • Bədən kütləsi aşağı olan və ya alçaq boylu pasiyentlərə, yaşlı pasiyentlərə, qaraciyər funksiyalarının pozulmasından əziyyət çəkən pasiyentlərə amlodipini hipotenziv preparat kimi 2,5 mq (5 mq-lıq tabletin 1/2-i), antianginal preparat kimi 5 mq başlanğıc dozalarda təyin etmək lazımdır. Amlodipinin 2,5 mq başlanğıc dozasını həmçinin, digər hipotenziv preparatlarla aparılan müalicəyə əlavə etdikdə istifadə etmək olar.
  • Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə dozanın korreksiyası tələb olunmur.

Yararlılıq müddəti


3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı


“Hemofarm” MMC, Rusiya.
249030, Kaluqa vilayəti, Obninsk ş., Kiyevskoye şosse, ev 62.
Tel.: (48439) 90-500;
Faks: (48439) 90-525.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow