ANESTEZOL
ANESTEZOL dərman pereparatı haqqında bilmək istədiyiniz hər şey. Dərmanın istifadə qaydası, tərkibi, dozası və s. haqqında daha ətraflı məlumat üçün yazını oxuyun

ANESTEZOL Eyniləşdirmə və təsnifat
ATC kodu - С05АD03
Beynəlxalq patentləşdirilməmiş adı - Benzocaine + Bismuth subgallate + Zinc oxide + [Levomenthol]
Buraxılış forması
Rektal suppozitoriyalar 100 mq + 40 mq + 20 mq + 4 mq.
5 suppozitoriya polietilenlə laminatlaşdırılmış polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
ANESTEZOL №10 (rektal şam) Tərkibi
Təsiredici maddələr:1 suppozitoriyanın tərkibində 100 mq benzokain, 40 mq bismut subqallat, 4 mq levomentol, 20 mq sink oksidi vardır.
Köməkçi maddələr: makroqol 1500, makroqol 400.
İstifadəsinə göstərişlər
Babasil, arxa keçəcəyin çatları.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq, 12 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası
- Rektal yolla, təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra istifadə edilir.
- Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda sutkada 1-2 dəfə 1 suppozitoriya istifadə edilir.
Əlavə təsirləri
- Arxa keçəcəkdə yanma hissi, işlədici effekt, allergik reaksiyalar.
- Tərkibində benzokain olan preparatların istifadəsi zamanı methemoqlobinemiyanın inkişafı halları barədə ayrı-ayrı məlumatlar vardır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitkidən sonra istifadə etmək olmaz.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






