SİNAFLAN Məlhəm

SİNAFLAN Məlhəm Qlükokortikosteroidlərə həssas və dərinin quruluğu ilə müşayiət edilən dərinin qeyri-mikrob etiologiyalı kəskin və xroniki iltihabi və allergik xəstəlikləri: müxtəlif genezli və lokalizasiyalı ekzema, atopik dermatit, seboreyalı dermatit, dəri qaşınması, psoriaz, günəş yanığı, həşərat sancması.

Jun 16, 2024 - 14:52
Jun 20, 2024 - 18:36
 0
SİNAFLAN Məlhəm
SİNAFLAN Məlhəm

SİNAFLAN Məlhəm Eyniləşdirmə və təsnifat

ATC kodu - D07AC04
Beynəlxalq patentləşdirilməmiş adı - Fluocinolone acetonide

Dərman forması

Xaricə istifadə üçün məlhəm

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

Xaricə istifadə üçün məlhəm 0,25%.

10 və ya 15 q məlhəm polimer materialdan olan burulan qapaqlı alüminium və ya polimer materialdan olan burulan qapaqlı polietilenlə laminatlaşdırılmış tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

SİNAFLAN Məlhəm Tərkibi

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,25 mq fluosinolon asetonid (sinaflan) vardır.

Köməkçi maddələr: propilenqlikol, serezin, lanolin, vazelin.

Təsviri

Açıq sarı rəngdən sarı rəngə qədər məlhəmdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qlükokortikosteroid.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Fluosinolon asetonid dermatologiyada xaricə istifadə üçün sintetik qlükokortikosteroiddir. İltihab əleyhinə, qaşınma əleyhinə və antiekssudativ təsirə malikdir. Məlhəm lipofil xüsusiyyətə malikdir və asanlıqla orqanizmin dərisinə nüfuz edir. Artıq fluosinolon asetonid məlhəmin 2 q istifadəsi zamanı adrenokortikotrop hormonun (AKTH) hipofizlə hasilatı hipofiz-böyrəküstü sistemin zəifləməsi nəticəsində azala bilər.

İltihab mediatorlarının yaranmasını, azad olmasını və aktivliyini azaldır.

Dəriyə təsiri zamanı neytrofillərin kənar toplanmasının qarşısının alınması baş verir ki, bu da iltihabi ekssudatın azalmasına və sitokinlərin hasilatına, makrofaqların miqrasiyasının tormozlanmasına, infiltrasiya və qranulyasiya prosesinin azalmasına səbəb olur.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Sorulması

Fluosinolon asetonid xaricə istifadəsi zamanı epidermisin buynuz təbəqəsinə asanlıqla nüfuz edir, bu zaman biotransformasiyaya məruz qalmır və kumulyasiya olunur; onun olduğunu hətta xaricə istifadəsindən 15 gün sonra da aşkar etmək olar. Fluosinolonun sorulması büküş nahiyəsində və ya üzdə iltihabi proseslə zədələnmiş dərinin nazik sahəsində istifadəsi zamanı güclənir. Okklyuzion sarğının istifadəsi, dərman vasitəsinin tez-tez istifadəsi və ya dərinin böyük sahəsində istifadəsi zamanı fluosinolonun dəridən absorbsiyası artır. Uşaqlarda fluosinolonun dəridən sorulması böyüklərə nisbətən əhəmiyyətli dərəcədə artıqdır.

Metabolizmi

Orqanizmə sorulduqdan sonra fluosinolon asetonid əsasən qaraciyərdə biotransformasiyaya uğrayır.

Xaric olması

Fluosinolon asetonid əsasən qlükuron turşusu ilə birləşmə şəklində, eləcə də az miqdarda dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə, az miqdarda ödlə bağırsaqdan xaric olur.

İstifadəsinə göstərişlər

Qlükokortikosteroidlərə həssas və dərinin quruluğu ilə müşayiət edilən dərinin qeyri-mikrob etiologiyalı kəskin və xroniki iltihabi və allergik xəstəlikləri: müxtəlif genezli və lokalizasiyalı ekzema, atopik dermatit, seboreyalı dermatit, dəri qaşınması, psoriaz, günəş yanığı, həşərat sancması.

SİNAFLAN Məlhəm Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya istənilən qlükokortikosteroidlərə qarşı yüksək həssaslıq; dərinin bakterial, viruslu, göbələk infeksiyası; akne, rozaseya, perioral dermatit, anogenital qaşınma, sifilis, dəri vərəmi, dəri xərçəngi, yanıq ( termik, kimyəvi), yara, baldırın trofik xorası, postvaksinal reaksiyalar; hamiləlik və laktasiya dövrü; 2 yaşa qədər uşaqlar (təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyatla

Dərinin böyük sahəsində, zədələnmiş dəridə, yüksək dozada istifadəsi, eləcə də preparatla uzun müddətli terapiya (xüsusilə 2 yaşdan yuxarı uşaqlarda).

Üz dərisində, nazik dərili sahədə və intertriginoz dəridə (dəri büküşü, qoltuqaltı batıqda, qasıq nahiyəsində, əllərin və ayaqların qatlanan hissəsi) istifadəsi.

Göz ətrafı və ya göz qapaqlarının dərisində (qlaukomanın, kataraktanın inkişafı riski), o cümlədən, qlaukomalı və ya kataraktalı pasiyentlərdə istifadəsi.

Dərialtı toxumanın atrofik dəyişikliyi, xüsusilə yaşlı pasiyentlərdə.

Qızlarda cinsi yetişkənlik dövründə istifadəsi.

Preparatın istifadəsilə əlaqədar yüksək həssaslıq və ya dərinin qıcıqlanması əlamətləri qeyd edildikdə, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Məlhəmin gözlərə düşməsindən çəkinmək lazımdır.

Məlhəmi selikli qişalara, yaraya çəkmək olmaz.

Sinaflan məlhəmini qısa kurlarla dərinin kiçik nahiyəsində istifadə etmək məsləhət görülür. Müalicə dövründə sərbəst geyim geyinmək lazımdır.

Məlhəmin uzun müddət istifadəsi və /və ya dərinin böyük sahəsində, zədələnmiş dəridə istifadəsi zamanı, yüksək dozaların istifadəsi zamanı, okklyuzion sarğıların istifadəsi və uşaqlarda terapiya zamanı qlükokortikosteroidin sistem absorbsiyası mümkündür; hipotalamus-hipofizar-böyrəküstü sistemin funksiyasının zəifləməsi və hiperkortisizmin (İtsenko-Kuşinq sindromu) simtomlarının inkişafı mümkündür.

Bədənin digər səthlərinə nisbətən üz dərisində yerli istifadə üçün qlükokortikosteroidlərin uzun müddətli müalicəsindən sonra atrofik dəyişikliklər təzahür edə bilər; bu halda müalicə kuru 5 günü aşmamalıdır.

Qlükokortikosteroidlərlə uzunmüddətli terapiya zamanı terapiyanın qəflətən kəsilməsi dərinin intensiv qızarması və yanma hissilə dermatit forması ilə təzahür edən “rikoşet sindrom”un inkişafına səbəb ola bilər. Bu səbəbə görə uzun müddətli müalicədən sonra preparatın ləğv edilməsini onun istifadəini tamamilə kəsməzdən əvvəl digər müalicə sxeminə keçməklə, tədricən aparmaq lazıımdır.

Preparatla terapiya zamanı böyrəküstü vəzin adrenokortokotrop hormonla (AKTH) stimulyasiyasından sonra qanda və sidikdə kortizolun səviyyəsinin müəyyən edilməsinin köməyilə böyrəküstü vəzin qabığının funksiyasına mütəmadi nəzarət vacibdir.

Adi və ya çəhrayı civzəsi olan pasiyentlərdə preparatla terapiya fonunda xətəliyin kəskinləşməsi mümkündür.

Yerli infeksion ağırlaşmaların qarşısını almaq məqsədilə preparatı mikrob əleyhinə vasitələrlə eyni vaxtda təyin etmək məsləhət görülür.

Məlhəm qlaukoma və ya kataraktanın inkişafı riskilə əlaqədar, bu xəstəliklərin gedişi kəskinləşə bilən, eləcə də anamnezində bu xəstəliklər olan pasiyentlərdə göz ətrafı və göz qapaqlarının dərisində ehtiyatla istifadə edilməlidir.

Pasiyentdə dumanlı görmə və ya görmənin digər pozuntuları kimi simptomlar yarandıqda, katarakta, qlaukoma və ya mərkəzi eroz xorioretinopatiya kimi nadir xəstəliklər aid olan pozuntunun mümkün səbəbini aydınlaşdırmaq üçün pasiyentin oftalmoloqa istiqamətləndirilməsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır.

Məlhəmi üz dərisində, dərinin nazik sahəsində və intertriginoz dəridə (dəri büküşü, qoltuqaltı batıq, qasıq nahiyəsi, əllərin və ayaqların qatlanan hissəi) qlükokortikosteroidlərin nazik dəridən yüksək sorulması və hətta qısa müddətli istifadəsindən sonra əlavə təsirlərin (teleangiektaziya, dərinin atrofiyası, perioral dermatit) mümkün yaranması ilə əlaqədar xüsusilə ehtiyatla istifadə etmək lazımdır.

Xüsusilə yaşlı pasiyentlərdə dərialtı toxumanın atrofik dəyişikliyi zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır.

Tolerantlığın, yayılmış pustulyoz psoriaz və yataq yaralarının ümumi toksikliyi riskinin inkişafı ilə törənən xəstəliyin mümkün residivinin nəticəində psoriazlı pasiyentlərdə məlhəmi xüsusi ehtiyatla istifadə etmək lazımdır.

Pediatriyada istifadəsi

Preparatı 2 yaşdan yuxarı uşaqlarda istifadə etmək olar. Kiçik yaşlı uşaqlarda dəri büküşü, bələk, bez okklyuzion sarğıda olduğu kimi bənzər təsir göstərə və qlükokortikosteroidlərin sistem aborbsiyasını artıra bilər. Bundan başqa uşaqlarda dəri örtüyünün səthilə bədən çəkisi arasındakı nisbətə görə, eləcə də dərinin kifayət qədər yetgin olmaması ilə əlaqədar yüksək səviyyəli sistem absorbsiyası mümkündür. Uşaqlarda qlükokortikosteroidlərin uzun müddət istifadəsi onlarda boyatmanın və inkişafın pozulmasına səbəb ola bilər. Bu səbəbə görə preparatın uzun müddətli istifadəsi həkim nəzarəti altında aparılmalıdır. Uşaqlar preparatın effekt əldə edilməsi üçün kifayət edən minimal dozasını almalıdırlar. Uşaqlarda müalicə kursu 5 günü aşmamalıdır.

Sinaflan preparatının tərkibinə daxil olan propilenqlikol, lanolin yeridilmə nahiyəsində qıcıqlanmaya səbəb ola bilər. Belə hallarda preparatın istifadəsini dayandırmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir.

Laktasiya dövrü

Preparatla müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür, çünki xaricə istifadəsi zamanı fluosinolon asetonidin ana südünə nə dərəcədə nüfuz etməsi məlumdur. Preparat, yalnız həkim məsləhətindən sonra müstəsna hallarda qısa müddət ərzində və dərinin məhdud sahəsində istifadə edilə bilər. Preparatın istifadəsi vacib olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq vacibdir. Preparatı süd vəzilərinin dərisində istifadə etmək məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir.

SİNAFLAN Məlhəm İstifadə qaydası və dozası

Xaricə istifadə edilir.

Böyüklər

  • Böyüklərə və 2 yaşdan yuxarı uşaqlara əvvəlcədən antiseptik maye ilə isladılmış tampona preparatın bir qədər miqdarı çəkilir və yüngül hopdurulur (böyüklərə gündə 1-2 dəfə, 2 yaşdan yuxarı uşaqlara gündə 1 dəfə).
  • Məlhəmdən dermatozların quru formalarında istifadə etməyə üstünlük verilir. Müalicənin müddəti xəstəliyin xarakterindən və terapiyanın effektivliyindən asılıdır və adətən 2 həftədən artıq təşkil etmir; əsasən üz dərisində 5 gündən artır olmamaqla təyin edilir. Həftə ərzində 15 q-dan artıq olmamaqla məlhəmdən istifadə etmək olar.
  • Zədənin məhdud ocağında onun hər gün dəyişdirilməsilə okklyuzion sarğının istifadəsinə yol verən terapiyada psoriaz istisna olmaqla, məlhəmi okklyuzion sarğı altında istifadə etmək olmaz. Sarğı altında sutkada 2 q preparatdan artıq istifadəyə icazə verilmir.

Uşaqlar və yeniyetmələr

  • Məlhəm 2 yaşdan aşağı uşaqlarda əks göstərişdir.
  • Uşaqlarda böyüklərə nisbətən bədən səthinin sahəsinin bədən çəkisilə yüksək nisbətinə görə hipotalamus-hipofizar-böyrəküstü sistemin funksiyasının pozulması inkişaf edə və kortikosteroidlər üçün xarakterik olan əlavə təsirlər yarana, o cümlədən, boyatmanın və inkişafın ləngiməsi baş verə bilər.
  • 2 yaşdan yuxarı uşaqlarda məlhəm yüksək ehtiyatla minimal effektiv doza ilə, yalnız utkada 1 dəfə dərinin kiçik sahəsində həkim nəzarəti altında, qısa kursla (5 gündən artıq olmamaqla) istifadə edilməlidir; üz dərisində istifadə etmək olmaz.

Müalicədən sonra yaxşılaşma baş vermədikdə və ya simptomlar dərinləşdikdə və ya yeni simptomlar yarandıqda, həkimlə məsləhətləşmək vacibdir. Preparat, yalnız təlimata müvafiq istifadə qaydası və dozada istifadə edilməlidir.

Əlavə təsirləri

  • Yanma, dəri qaşınması, dəridə quruluq, “steroid” civzə, follikulit. Dərinin ikincili infeksion zədələnməsinin və onun atrofik dəyişikliyin inkişafı mümkündür.
  • Uzun müddət istifadəsi zamanı ikincili immunodefisit, hipertrixoz, xüsusilə qadınlarda alopesiya, dərinin atrofiyası, hirsutizm, teleangiektaziya, purpura, piqmentasiyanın pozulması.
  • Böyük səthdə istifadəsi zamanı sistem təzahürlər (qastrit, mədənin “steroid” xorası, böyrəküstü vəzin çatışmazlığı, İtsenko-Kuşinq sindromu, “steroid” şəkərli diabet, striya, reparativ proseslərin ləngiməsi) yarana bilər. Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı dumanlı görmə kimi sistem əlavə təsirlər qeyd edilmişdir. Dərman vasitəsinin göz qapaqlarının dərisində istifadəsi zamanı qlaukoma və katarakta, nadir hallarda isə mərkəzi seroz xorioretinopatiya (MSR) inkişaf edə bilər.
  • Pasiyentdə təlimatda qeyd edilən əlavə təsirlər yarandıqda və ya içlik vərəqədə qeyd edilməyən istənilən digər əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Saxlanma şəraiti

20ºС temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: med@stada.ru

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow