Alora 100 ml sirop
Alora 100 ml sirop mülayim psixoloji stress simptomlarının aradan qaldırılması və yuxunu yaxşılaşdırmaq üçün istifadə edilir.

Alora 100 ml sirop dərman vasitəsinin istifadəsi üzrə təlimat
- Alora 100 ml sirop tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri
- Alora 100 ml sirop nə üçündür?
- İstifadəsinə göstərişlər
- Alora 100 ml sirop əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
- Əlavə təsirləri
- Alora 100 ml sirop istifadə qaydası və dozası
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Alora 100 ml sirop qiyməti
- İstehsalçı
Alora 100 ml sirop tərkibi
Təsiredici maddə: 5 ml Alora şərbətinin tərkibində 694,444 mq рassifloranın duru ekstraktı vardır.
Köməkçi maddələr: saxaroza (kristal və ya rafinəedilmiş şəkər), qliserin, etil spirti, nipagin, nipasol, təmizlənmiş su.
Təsviri
Tünd qəhvəyi, şəffaf maye şəklində şərbətdir.
Farmakoterapevtik qrupu
Sedativ vasitələr.
ATC kodu: N05CM5
Farmakoloji xüsusiyyətləri
Alora 100 ml sirop nə üçündür?
Passiflora ekstraktı təbii bitki Passiflora incarnata-dan alınır. Tərkibində indol sırasından alkaloidlər 0,04 % (harman, harmin, harmol), flavonoidlər (viteksin, kvertisin), kumarin, xinon və digərləri vardır. Ekstraktın komponentləri sinir impulsunun onurğa beyninə və beyinə keçirilməsinə mane olur, MSS oyanıqlığını azaldaraq sedativ effekt təmin edir. Bu dərman vasitəsi depressiv hallarda əhval-ruhiyyəni yaxşılaşdırır, narahatçılıq hissini və fiziki gərginliyi azaldır. Səhər depressiyası simptomunu yaratmadan zəif yuxugətirici effektə malikdir. Həmçinin qıcolma əleyhinə xüsusiyyətlərə malikdir.
İstifadəsinə göstərişlər
Alora şərbəti mülayim psixoloji stress simptomlarının aradan qaldırılması və yuxunu yaxşılaşdırmaq üçün istifadə edilir.
Alora 100 ml sirop əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əldə olunan məlumatlar yetərli olmadığından 12 yaşdan aşağı olan uşaqlarda istifadəsi məsləhət görülmür və əlavə tibbi konsultasiya zəruridir.
Preparatın tərkibində saxaroza vardır. Bu səbəbdən şəkərli diabet, fruktoza keçirməzliyi, saxaraza-izomaltaza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası olan pasiyentlərdə istifadəsi məsləhət görülmür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər sintetik sedativ preparatlar ilə qarşılıqlı təsiri barədə klinik məlumatlar olmadığından sedativ preparatların (benzodiazepin kimi) paralel qəbulu həkimin xüsusi göstərişi olmadan məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə həkim nəzarəti altında istifadə olunmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Diqqət tələb edən mexanizmlərdən və avtomobildən istifadə etmək tövsiyə olunmur.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimi təsnif edilir:
Çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1000 - <1/100); nadir (≥1/10000 - <1/1000); çox nadir (<1/10000); məlum olmayan (əldə olunan məlumatlara əsasən qiymətləndirilə bilmir).
İmmun sistemdə baş verən pozğunluqlar:
Məlum olmayan: hiperhəssaslıq (vaskulit) (bir hal qeydə alınıb)
Ürəkdə baş verən pozğunluqlar:
Məlum olmayan: taxikardiya (bir hal qeydə alınıb)
Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar:
Məlum olmayan: ürəkbulanma (bir hal qeydə alınıb)
Yuxarıda qeyd olunmayan hər hansı əlavə təsir əmələ gəldikdə həkimlə məsləhətləşmək lazımdır.
GÖZLƏNİLMƏYƏN EFFEKTLƏR MEYDANA ÇIXDIQDA HƏKİMƏ MÜRACİƏT EDİN.
Alora 100 ml sirop istifadə qaydası və dozası
Böyüklərdə:
Sedativ effekt üçün gündə 3 dəfə 5-10 ml şərbət (1-2 ölçü qaşığı) qida qəbulundan öncə daxilə qəbul edilir.
Yuxu pozğunluğunda – yatmazdan əvvəl 10 ml (2 ölçü qaşığı).
12 yaşdan aşağı uşaqlarda istifadəsi məsləhət görülmür.
Doza həddinin aşılması
Preparatın doza həddinin aşılması barədə məlumat yoxdur. Doza həddinin aşılması olarsa, mədə yuyulmalı və simptomatik müalicə aparılmalıdır.
Buraxılış forması
Alora 100 ml şərbət, plastik qapaqlı şüşə flakonda 5 ml-lik ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Digər buraxılış forması
Alora 100 mq örtüklü tabletlər, 20, 30 və ya 50 örtüklü tablet blisterlərdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda, öz qutusunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Açıldıqdan sonra 6 ay.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Alora 100 ml sirop qiyməti
Alora 100 ml sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Alora 100 sirop qiyməti 6 azn - 9 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Alora 100 ml sirop qiyməti -ni öyrənərək əldə edəsiniz.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






