Sambovin tablet
Sambovin tablet qrip zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Sambovin tablet haqqında məlumat
Sambovin qiyməti
Sambovin tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sambovin qiyməti 29 azn - 32 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sambovin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
HƏR TABLETİN TƏRKİBİNDƏ:
- Beta Qlükan – 150 mq
- Vitamin E – 50 mq
- Selen – 150 mkq
- Sink – 25 mq
- Vitamin C – 120 mq
FARMAKOLOJİ QRUPU
İmmunostimulyator; Antioksidant.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Beta Qlükan – insan orqanizminin immun sistemini gücləndirən rəqabətsiz bir vasitədir. Həzm sistemi tərəfindən heç bir fermentativ fraqmentasiyalara məruz qalmadığından olduğu kimi və demək olar ki, tam biomənimsənilməyə malikdir. Beta Qlükan bağırsaqların selikli qişa hüceyrələri tərəfindən udularaq selikaltı qata ötürülməklə yerli immunostimulyator təsirini (makrofaqların üzərindəki xüsusi reseptorlara təsir etməklə, onların virus, bakteriya, göbələk və parazitlərə qarşı aktivliyini) gücləndirir. Selikli qişada makrofaqların xüsusi aktivliyi ilə limfositlərin sayının artması və aktivləşməsi prosesi baş verir. Repopulyasiya qabiliyyətli, aktivləşmiş limfositlər bağırsağın selikli qişasından disseminasiya etməklə başqa orqanların selikli qişasına keçərək onların viruslardan, bakteriyalardan, göbələklərdən və parazitlərdən qorunmasını təmin edir. Biomənimsənilmiş Beta Qlükanın böyük qismi qana keçməklə qapı venası ilə qaraciyərə gəlir və burada kupfer hüceyrələri tərəfindən udulur, onları aktivləşdirərək bu hüceyrələr tərəfindən sitokinlərin (interleykin və interferonun) sintezini sürətləndirir. Beləliklə, Beta Qlükan orqanizmə daxil olmuş antigenlərdən və genetik yad maddələrdən orqanizmi qorumuş olur. Həm yerli, həm də sistem immuniteti gücləndirdiyinə görə Beta Qlükanın istənilən növ immun çatışmazlıqlarda istifadəsi mümkündür.
Vitamin E – qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstəririr. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastin liflərinin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Hemin, zülalların və qonadotropinin biosintezində iştirak edir. Vitamin E-nin avitaminozu kişilərdə toxum kisəsi epitelisinin dəyişilməsinə səbəb olur.
Sink – immunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestosteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda cinsi funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funsiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Selen – insan orqanizmində müxtəlif lipopolisaxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bəd xassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin, sink spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. O qalxanabənzər vəzinin tərkibində yod olan hormonlarının sintezi üçün əvəzolunmaz rola malikdir. Buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir, eyni zamanda hüceyrə membranının atomar oksigenin təsirindən qorunmasında vitamin E-nin fəaliyyətinə də əhəmiyyətli köməklik göstərir.
Vitamin C– metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsi ilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
GÖSTƏRİŞLƏRİ
- Qrip və KRVİ müalcəsi və profilaktikası: Bronxit, pnevmoniya, faringit, sinusitlər, stomatit, gingivit.
- Sidik – cinsiyyət sisteminin kəskin və xroniki infeksiyalarının müalicəsi və profilaktikası: Sistit, pielonefrit, qlomerulonefrit, prostatit, orxit, epididimit, kolpit, salpingit, salpingooforit.
- Virus infeksiyalarının kompleks müalicəsinin tərkibində.
- Bakterial, göbələk və parazitar infeksiyaların kompleks müalicəsinin tərkibində.
- Müxtəlif xəstəliklər zamanı immun sistemin funksional zəifliyi müşahidə edilən hallarda.
- Onkoloji xəstəliklər zamanı əməliyyatönü, əməliyyat zamanı, əməliyyatdan sonra radio- və kimyaterapiya ilə müalicənin effektivliyinin artırılması məqsədi ilə.
- Xroniki yorğunluq və fiziki tükənmə zamanı.
- Diabetli xəstələrdə oksidativ stressin və immunitetin zəifləməsinin qarşısını almaq məqsədi ilə.
ƏKS GÖSTƏRİŞLƏRİ
Preparatın hər hansı komponentinə qarşı həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ
Nadir hallarda halsızlıq və dispeptik əlamətlər.
DOZALANMASI
Sambovin profilaktik məqsədlə 1 tablet gün ərzində 1-2 dəfə, müalicə məqsədi ilə 1 tablet 2-3 dəfə təyin edilir . Preparatın qəbulu yeməkdən yarım saat qabaq bol maye ilə tövsiyyə edilir.
BURAXILIŞ FORMASI
Sambovin № 30.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ
NOVATOR PHARMA LLP, Office 21, 8 Shepherd Market, London, W1J 7JY, UK.
İSTEHSAL EDİLİR: PRİMEA LİMİTED, İngiltərə, “ NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.
Sambovin tablet nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






