Venolast tablet haqqında məlumat
Venolast tablet babasil (hemorroy) zamanı, venaların varikoz genişlənməsi zamanı, tromboflebit zamanı istifadə olunan preparatdır.

Venolast tablet haqqında məlumat
Venolast qiyməti
Venolast qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Venolast qiyməti 31 azn - 34 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Venolast tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ
- Diosmin, Hesperidin 140 mq
- Sentella d.ex. std. 2% 45 mq
- Qarağat d. ex. Std. 1% 59 mq
- Sarı yonca d. ex. Std. 0,5% 56 mq
- Ginkgo Biloba d.ex. std. 3% 20 mq
- Vitamin C 80 mq
- Rutin 50 mq
FARMAKOTERAPEVTİK QRUPU: Kombinə olunmuş angioprotektor və venotonik vasitə.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Venolast tərkibindəki Diosmin, Hesperidin hesabına ödem əleyhinə, venotonik və angioprotektiv təsirlərə malikdir. Bioflavonoidlər lizosomal fermentlərin konsentrasiyasını azaldır, nəticədə kapillyarların divarlarında mukopolisaxaridlərin parçalanması zəifləyir, kapillyar divarlarında keyfiyyət artır. Bioflavonoidlər damarların keçiriciliyi azaldaraq kiçikmolekullu zülalların, elektrolitlərin və suyun hüceyrəarası maddəyə süzülməsinin qarşısı alınır. Bunun nəticəsində ödemlərin, yorğunluq hissinin, gərginliyin əhəmiyyətli dərəcədə, qaşınmanın və ağrının qismən azalması müşahidə edilir.
Sentella (Centella) – tərkibindəki efir yağları və bioflavonoidlər hesabına vena tonuslandırıcı effektə malikdikdir. Damarların divarının elastikliyini yaxşılaşdıraraq venoz çatışmazlığı aradan götürür, kapillyarların elastikliyini artırmaqla isə yerli mikrisirkulyasiyanı yaxşılaşdırmış olur. Yanaşı olaraq sidik qovucu təsiri hesabına isə orqanizmdə su-duz mübadiləsini normalaşdırmaqla ödemlərın aradan götürülməsini təmin edir. Tərkibinin saponozidlərlə (aziatikozid və madekassozid) zəngin olması hesabına damarlarda kollagenin və mukopolisaxaridlərin sintezini artırmaqla damar divarının ellestiklik indeksini yüksəldir, damarların zədələnmiş endotel qatının sürətli bərpasını təmin edir, dərinin epitelizasiyasını gücləndirməklə, dəridə xoraların və yanıqların sürətli regenerasiyasını təmin edir.
Qarağat (Blueberry) – yarpaqları inulin, flavonoidlər və antosianidlərlə zəngindir. Meyvəsi isə manqan və dəmir birləşmələri, karbohidratlar, üzvi turşular, vitaminlər (C, B1, B2, P, PP), karoten və fenil turşuları ilə zəngindir. Qaragilə orqanizmin immunitetini artıran, onun stresə müqavimətini gücləndirən, şəkərsalıcı, iltihab əleyhinə, hemostatik, vazodilatator, büzücü, öd qovucu və sidikqovucu bir vasitədir.
Sarı yonca (Meliloto) – təbii antialergik vasitə hesab edilərək, damar patologiyaları zamanı histaminin fəaliyyətini zəiflədərək, damarların keçiriciliyini azaldır. Beləliklə, ödemlərin yaranmasının və yaranmış ödemlərin dahada artmasının qarşısını almış olur. Yanaşı olaraq güclü antioksidant təsiri ilə tanınmış bir vasitə olaraq, meliloto ekstraktı yaranmış sərbəst radikalları blokada edərək, toxuma və hüceyrələrin qorunmasını təmin edir.
Ginkgo Biloba – beyin qan dövranını, həmçinin, koronar və periferik qan dövranını yaxşılaşdırır. Tərkibindəki flavon qlikozidləri (24%) hüceyrələrdə qlükoliz prosesini aktivləşdirərək hüceyrələrin oksigenə olan tələbatını azaltmaqla enerji təminatını optimallaşdırır. Beləliklə, hüceyrələrin normal funksiyalarını bərpa edərək toxumalarin funksiyanal fəaliyyətini gücləndirir. Ginkgo Biloba tərkibindəki terpen birləşmələri (6%) hesabına qan damarlarının divarını möhkəmləndirərək damar elastikliyini artırır. Damar divarının strukturunun (endotel qişa) zədələnməsindən irəli gələn eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının qarşısını alaraq qanın reoloji xüsusyyətlərini normallaşdırır.
C vitamini – metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
Rutin – tez bir zamanda damar divarını və birləşdirici toxumanı möhkəmləndirir, qanaxmanı dayandırır, venalara profilaktik və müalicəvi təsir göstərir. Venaların varikoz genişlənməsi, babasil və s. zamanı damarlarda baş verən patoloji dəyişiklikləri ardan götürülməsində yüksək effektivliyə malikdir. Venaların tonusunu artırır, plazma zülalları üçün kapillyarların keçiriciliyini azaldır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, periferik qan dövranını normallaşdırır, dərinin trofiki zədələnmələrində müsbət təsir göstərir.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏRİ:
- Aşağı ətrafların xroniki venoz çatışmamazlığı (varikoz genişlənmələr, tromboflebit).
- Aşağı ətraflarda ağırlıq, ağrılar, gecə qıcolmaları, trofik pozğunluqlar.
- Aşağı ətrafların kəskin venoz çatışmamazlığı zamanı aparılan cərrahi əməliyyatdan sonrakı dövrdə.
- Hemorroy
- Varikosele
- Hamilələrdə aşağı ətrafların venoz çatışmazlığı.
- Diabetik mikroanqiopatiya, diabetik pəncə.
- Yumşaq toxumaların posttravmatik ödemi.
- Şiş xəstəlikləri zamanı yaranmış limfostazlarda
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda dəri reaksiyaları, qusma və ürəkbulanma.
DOZALANMASI: 1-2 tablet gün ərzində 2-3 dəfə təyin edilir.
BURAXILIŞ FORMASI: VENOLAST № 45. 15 tabletdən ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
SAXLANMA QAYDASI: Quru, işıq düşməyən və uşaqların əli çatmayan yerdə 24ºC–dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.
İSTİFADƏ MÜDDƏTİ: Qutunun və blisterlərin üzərində göstərilir. İstifadə müddəti bitdikdən sonra qəbul olunmur.
APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: “GRICAR CHEMICAL” S.R.L Italiya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.
Venolast nə üçündür?
- Babasil (hemorroy) zamanı istifadə olunan dərmanlar
- Venaların varikoz genişlənməsi zamanı istifadə olunan dərmanlar
- Tromboflebit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






