Vasterid tablet haqqında məlumat
Vasterid tablet prostat vəzinin xoşxassəli hiperplaziyası zamanı, hirsutizm, yumurtalığın polikistozu zamanı istifadə olunan preparatdır.

Vasterid tablet haqqında məlumat
TƏRKİBİ:
Finasterid – 5 mq.
FARMAKOLOJİ QRUPU:
5α-reduktazanın blokatoru.
FORMAKOLOJİ TƏSİRİ:
VASTERID 5α-reduktazanı blokada edərək testosteronun daha aktiv forması olan 5α-dihidrotestosterona çevrilməsinin qarşısını alır. VASTERIDin qəbulundan sonra 24 saat ərzində qanda və prostat vəzidə 5α-dihidrotestosteronun miqdarı azalmağa başlayır. Və bununla da testosteronun prostat vəzisinin adenomasına stimulə edici təsirinin qarşısını almış olur. Dihidrotestosteronun əmələ gəlməsi zəifləməklə prostat vəzisinin olçüləri kiçilir və sidiyin axını maksimal olaraq artır. VASTERIDin davamlı qəbulunun üçüncü ayı statistik olaraq preparatın təyininin əhəmiyyətli dərəcədə effekti müşahidə edilir. Dördüncü ayın nəticələri maksimal səviyyədə sidiyin axınının əldə olunması ilə, yeddinci ayın nəticəsi kimi isə simptomların demək olar ki, tamamilə itməsi müşahidə olunur.
Farmakokinetika:
VASTERID 6-8 saat ərzində həzm traktından tamamilə sorularaq toxuma və biomayelərdə yuksək konsentrasiya əldə edir. 80 % biomənimsənilir, qida qəbulu mənimsənilməsinə təsir etmir. TC-Max 2 saata çatır və C-Max isə 8-10 mq/l qədər yüksəlir. Yarımatılma dövrü 18-60 yaş 6 saat, 60 yaşdan yuxarı isə 8 saatdır. Orqanizmdən xarıc olunması 39% metabolitlər formasında boyrəklərlə, 57 % isə bağırsaqlarla xaric edilir.
GÖSTƏRİŞLƏRİ:
Vasterid nə üçündür?
- Prostat vəzinin xoşxassəli hiperplaziyası (prostatın ölçülərinin kiçilməsi, sidiyə getmə aktının yaxşılaşması məqsədi ilə).
- Androgenetik
- Hirsutizm, yumurtalığın polikistozu.
DOZALANMASI: İstər monoterapiyada, istərsə də kompleks müalicədə qida qəbulundan asılı olmayaraq 1 tablet sutkada 1 dəfə.
ƏLAVƏ TƏSİRLƏRİ : Allergik reaksiyalar, potensiyanın zəifləməsi.
ƏKS GOSTƏRİŞLƏRİ : Hiperhəssaslıq, hamiləlik, uşaqlıq dövrü.
XÜSUSİ EHTİYYATLA TƏYİN EDİLİR: Qaraciyər çatışmazlığı, obstruktiv uropatiyalar.
BURAXILIŞ FORMASI: VASTERID №28 tablet ,2 blister formasında məlumat vərəqi ilə birlikdə karton qutuda buraxılır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: “Novator Pharma” LLP, Böyük Britaniya.
İSTEHSAL EDİLİR: : “ARAFARMA GROUP.” İspaniya. “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






