Relaktoz (Relactoz) sirop haqqında məlumat

Relaktoz (Relactoz) sirop istifadə qaydası, tərkibi, qiyməti, əks göstərişləri və s.haqqında məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Oct 3, 2024 - 13:50
 0
Relaktoz (Relactoz) sirop haqqında məlumat
Relaktoz (Relactoz) sirop

Relaktoz sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Relaktoz sirop qiyməti

Relaktoz qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Relaktoz sirop qiyməti 22 azn - 25 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Relactoz sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Dərman vasitəsi deyil
Bioloji fəallığa malik qida əlavəsi.

Tərkibi: 

Laktuloza-30 %

Köməkci maddələr:Sorbitol-70%

Laktuloza- Disaxariddir(Qalaktoza və Fruktoza). Laksativ və prebiotik təsir göstərir. Qanda ammonyak konsentrasiyasını  azaldır.  Bu da öz növbəsində  MSS-i neyrotoksinlərin təsirindən qoruyur.  Laktuloza peroral  istifadədə  mədə-bağırsaq sistemindən  sorulmur.  Orqanizmdə müvafiq  fermentlər olmadığı üçün  laktuloza parçalanmadan  yoğun  bağırsağa dəyişilməmiş  şəkildə çatır. Lakto və bifidobakteriyaların  miqdarını artırır  Bu bakteriyalar  laktulozanı müxtəlif  orqanik turşulara (süd turşusu, sirkə turşusu, qarışqa turşusu) çevirir. Bu da öz növbəsində  yoğun bağırsaqda suyu saxlayır, nəticədə  bağırsaqların hərəkətliliyi artır və  işlədici effekt  verir.

 

Göstərişlər:

Relaktoz sirop nə üçündür?

  • Bağırsaq peristaltikasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ;

İstifadə qaydası:

7-12 yaş 1 yemək qaşığı gündə 1 dəfə, 12 yaşdan yuxarı uşaqlar və  böyüklər 2 yemək qaşığı gündə 1-2 dəfə.

Əks göstərişlər:

7 yaşa qədər olan uşaqlar,  hər hansı bir  komponentə  qarşı həssaslıq.

Saxlanma qaydası və istifadə tarixi:

İstehsal  tarixi  qutunun  üzərində  göstərilib, 25˚C-dən  yuxarı olmayan  quru,  qaranlıq və uşaqların  əli çatmayan  yerdə saxlanılmalı. İstifadə müddəti 36 aydır.

Buraxılış forması:

Relactoz 200 ml sirop, içlik vərəqə ilə birlikdə karton  qutuya yerləşdirilir.

Xüsusi  göstəriş və xəbərdarlıq:

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.Uşaqların əli çatmayan yerdə saxlayın.Hamiləlik və laktasiya dövründə xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məhsləhətləşin.Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

BFMQƏ normal qidalanmanı  əvəz etmir.

İstehsalçı:

“Fitoprodukt”MMC
Ukrayna,61124,ş.Xarkov, küç. Vişnyoviy, ev 3.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow