Rosvaks 20 mq

Rosvaks 20 mq ateroskleroz zamanı istifadə olunan preparatdır.

Jul 19, 2024 - 07:05
Jul 19, 2024 - 07:11
 0
Rosvaks 20 mq
Rosvaks 20 mq

Rosvaks 20 mq haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Rosvaks qiyməti

Rosvaks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Rosvaks qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Rosvaks 20 mq qiyməti -ni öyrənərək əldə edəsiniz.

Təsiredici maddə: Hər tabletin tərkibində 20 mq rozuvastatinə ekvivalent miqdarda rozuvastatin-kalsium vardır.
Köməkçi maddələr: mikrokrstallik sellüloza 200, laktoza DC monohidrat, susuz natrum karbonat, krospovidon, maqnezium stearat, Opadry AMB 80 W34464 çəhrayı.

Farmakoloji təsiri

Hipolipidemik

İstifadəsinə göstərişləri

Rosvaks nə üçündür?

  •  Yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün,
  •  miokard infarktı və insult və ya onunla bağlı sağlıq problemlərinin riskini azaltmaq üçün.
  •  Anamnezdə ailəvi xolesterin səviyyəsinin yüksək olması bildirilən 10-17 yaşlı uşaqlarda da istifadə oluna bilər.

Əks göstərişləri

  •  Preparatın tərkibində olan maddələrin hər hansı birinə qarşı əvvəllər Sizdə allergiya baş vermişdirsə,
  •  Hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə.
  •  Qaraciyər xəstəliyiniz varsa,
  •  Ciddi böyrək problemləriniz varsa,

Rosvaks istifadə qaydası və dozası

Müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə edilmişdirsə - 5 mq doza ilə, əgər əvvəllər başqa bir statin istifadə edilməmişdirsə - 5 mq və ya 10 mq doza ilə başlanmalıdır. Tableti bütöv şəkildə su ilə udun.

Aptekdən buraxılma şərti

Reseptli

Saxlanma şəraiti

25°C-dən aşağı otaq temperaturunda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Resept əsasında buraxılır.

İstehsalçı ölkə

Türkiyə

Aid olduğu kateqoriyalar

  • Ateroskleroz zamanı istifadə olunan dərmanlar

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow