Genium nə üçündür?
Genium qastrit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında, ezofagit zamanı istifadə olunan preparatdır.

Genium haqqında məlumat
Genium qiyməti
Genium qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Genium qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Genium qiyməti -ni öyrənərək əldə edəsiniz.
GENİUM 40 mq infuziya / inyeksiya məhlulu hazırlamaq üçün steril toz
Təsiredici maddə: 1 flakonda 40 mq ezomeprazola ekvivalent miqdarda 42,5 mq ezomeprazol natrium vardır.
Köməkçi maddələr: Dinatrium EDTA, natrium hidroksid, inyeksiya üçün su
İstifadəsinə göstərişləri
Genium nə üçündür?
- Mədə şirəsinin qida borusuna atılması ilə əlaqədar olaraq qida borusunda iltihab və ağrı (eroziv reflüks ezofagitin müalicəsində)
- Böyüklərdə, yeniyetmələrdə və uşaqlarda mədə şirəsinin qida borusuna atılması ilə əlaqədar mədə qıcqırması və qusma kimi xəstəlik əlamətlərində (qastroezofageal reflüks xəstəliyinin simptomatik müalicəsində)
- Xoralar: böyüklərdə iltihabəleyhinə preparatların istifadəsi nəticəsində yaranan xoraların müalicəsi və profilaktikası üçün (mədə xoralarının müalicəsi ilə QSİƏP-in (qeyri-steroid iltihabəleyhinə preparatların) istifadəsi nəticəsində yaranan mədə və 12-barmaq bağırsaq xoralarının profilaktikası)
- Kəskin qanaxma ilə müşayiət olunan mədə və ya 12-barmaq bağırsaq xoraları olan böyük xəstələrdə müalicəvi endoskopiyadan sonra qanaxmanın qısa müddət ərzində dayandırılması və təkrar qanaxmanın qarşısının alınması üçün.
Əks göstərişlər
- GENİUM-a və ya preparatın tərkibində olan digər maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq
- Proton nasosunun digər inhibitorlarına qarşı allergiya
- Proton nasosunun diğər inhibitorları kimi, ezomeprazol da atazanavir və ya nelfinavir (İİV (QİÇS) müalicəsi üçün istifadə olunan dərman) ilə birlikdə istifadə olunmamalıdır.
Genium istifadə qaydası və dozası
İstifadə yolu və metodu: qida borusunda iltihab və ağrı zamanı (eroziv reflüks ezofagit) müalicə üçün tövsiyə olunan GENİUM dozası gündə 1 dəfə 40 mq -dır. Xəstəliyin ciddiliyindən və Sizin müalicəyə cavabınızdan asılı olaraq, müalicə müddəti 4-8 həftə təşkil edir. Xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün tövsiyə olunan doza gündə 1 dəfə 20 mq-dır. Mədə qıcqırması və qusma kimi simptomların müalicəsi üçün (qastro-ezofageal reflüks xəstəliyinin simptomatik müalicəsində) tövsiyə olunan müalicəvi doza gündə 1 dəfə 20 mq-dır. Kəskin qanaxma ilə mədə və ya 12-barmaq bağırsaq xorası olan xəstələrdə terapevtik endoskopiyadan sonra qanaxmanın qısamüddətli dayandırılması və ya təkrar qanaxmanın baş verməsinin qarşısını almaq məqsədi ilə kəskin qanaxma ilə mədə və ya 12-barmaq bağırsaq xorası olan xəstələrdə terapevtik endoskopiyadan sonra 80 mq dozada 30 dəqiqə ərzində bolyus infuziya şəklində istifadə olunmalı və onun ardınca 3 gün müddətində (72 saat) 8 mq/saat sürətlə davamlı venadaxili infuziya şəklində istifadə olunmalıdır.
Saxlanma şəraiti
25 0 C temperaturdan yüksək olmayan, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti
Reseptli
İstehsalçı ölkə
Türkiyə
AŞAĞIDAKI MƏLUMATLAR BU DƏRMANI İSTİFADƏ EDƏCƏK TİBB PERSONALI ÜÇÜNDÜR
İnyeksiya məhlulunun hazırlanması
İnyeksiya məhlulu, içərisində ezomeprazol olan flakona 5 ml 0,9 %-li natrium-xlorid məhlulu (venadaxili istifadə üçün) əlavə edilməklə hazırlanır. Hazırlanan inyeksiya məhlulu şəffaf, rəngsiz və ya zəif sarı rəngdə olur.
İnfuziya üçün məhlulun hazırlanması
İnfüziya üçün məhlul, içərisində ezomeprazol olan bir flakona 5 ml 0,9 %-li natrium-xlorid məhlulu əlavə edilərək hazır məhlul 100 ml-ə qədər 0,9%-li natrium-xlorid məhlulna (venadaxili istifadə üçün) qatılır . İnfüziya üçün hazırlanan məhlul şəffaf, rəngsiz və ya zəif sarı rəngdə olur.
Aid olduğu kateqoriyalar
- Qastrit zamanı istifadə olunan vasitələr
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






