PANKLAV 2X tabletlər

PANKLAV 2X tabletlər Amoksisillin bir çox qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı fəallıq göstərən, geniş təsir spektrinə malik yarımsintetik antibiotikdir.

Jun 12, 2024 - 17:23
Jun 13, 2024 - 16:12
 0
PANKLAV 2X  tabletlər
PANKLAV 2X tabletlər

PANKLAV 2X tabletlər Eyniləşdirmə və təsnifat

ATC kodu - J01CR02
Beynəlxalq patentləşdirilməmiş adı - Amoxicillin + Clavulanic acid

Dərman forması

örtüklü tabletlər

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

875 mq+125 mq örtüklü tabletlər. 14 tablet, silikagelli plastmas qapaqla bağlanmış və ilkin açılmaya nəzarəti olan qəhvəyi rəngli şüşə (III tip) flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

PANKLAV 2X tabletlər Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 875,00 mq amoksisillin (amoksisillin trihidrat şəklində), 125,00 mq klavulan turşusu (kalium klavulanat və mikrokristallik sellüloza qarışığı (1:1) şəklində) vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium nişastaqlikolyat (A tipi), maqnezium stearat, susuz kolloidal silisium dioksid, butilhidroksianizol.

Örtük: hipromelloza, titan dioksid E171, propilenqlikol, talk.

Təsviri

Hər iki tərəfi qabarıq, oval şəkilli, ağ rəngdən demək olar ki, ağ rəngə qədər, bir tərəfində xətti olan örtüklü tabletlərdir. Kəsiyi sarı rənglidir.

Farmakoterapevtik qrupu

Antibiotik-yarımsintetik penisillin+betalaktamaza inhibitoru.

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Təsir mexanizmi

Amoksisillin bir çox qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı fəallıq göstərən, geniş təsir spektrinə malik yarımsintetik antibiotikdir. Eyni zamanda Amoksisillin beta-laktamazaların təsirinə qarşı davamsızdır və bu səbəbdən də Amoksisillinin aktivlik spektri bu fermentləri hasil edən mikroorqanizmləri əhatə etmir.

Struktur cəhətdən penisillinlərlə yaxın olan Klavulan turşusu –beta-laktamazaların inhibitoru olub, penisillinlərə və sefalosporinlərə qarşı davamlı olan mikroorqanizmlərdə aşkar edilmiş beta-laktamazaların geniş spektrini inaktivləşdirmək qabiliyyətinə malikdir. Klavulan turşusu ən çox bakteriyaların rezistentliyini təmin edən plazmid beta-laktamazalara qarşı kifayət qədər effektivliyə malikdir, Klavulan turşusu tərəfindən inhibə olunmayan I-ci tip xromosom beta-laktamazalara qarşı isə təsirsizdir. Panklav 2X preparatının tərkibində Klavulan turşusunun olması, Amoksisillini beta-laktamaza fermentləri tərəfindən parçalanmadan qoruyaraq, Amoksisillinin antibakterial təsir spektrini genişləndirmək imkanı yaradır.

Klavulan turşusu ilə Amoksisillin kombinasiyasının in vitro şəraitdə aktivliyi aşağıda göstərilib.

Əksər hallarda, Amoksisillin və Klavulan turşusu kombinasiyasına qarşı həssas olan bakteriyalar

Qrammüsbət aeroblar: Bacillus anthracis, Enterococcus faecalis, Nocardia asteroides, Listeria monocytogenes, Streptococcus pyogenes1,2, Streptococcus agalactiae1,2, Streptococcus spp. (digər beta-hemolitik streptokokklar)1,2, Staphylococcus aureus (metisillinə həssas)1, Staphylococcus saprophyticus (metisillinə həssas), koaqulaza-müsbət stafilokokklar (metisillinə həssas).

Qrammənfi aeroblar: Bordetella pertussis, Haemophilus influenzae1, Helicobacter pylori, Moraxella catarrhalis1, Neisseria gonorrhoeae, Pasteurella multocida, Vibrio cholera.

Qrammüsbət anaeroblar: Clostridium spp., Peptococcus niger, Peptostreptococcus magnus, Peptostreptococcus micros, Peptostreptococcus spp.

Qrammənfi anaeroblar: Bacteroides spp., Bacteroides fragilis, Capnocytophaga spp., Eikenella corrodens, Fusobacterium nucleatum, Fusobacterium spp., Porphyromonas spp., Prevotella spp.

*Digər: Borrelia burgdorferi, Leptospira icterohaemorrhagiae, Treponema pallidum.

Amoksisillin və Klavulan turşusu kombinasiyasına qarşı qazanılmış rezistentliyin olması ehtimal edilən bakteriyalar *

Qrammənfi aeroblar: Escherichia coli1, Klebsiella oxytoca, Klebsiella pneumoniae1, Klebsiella spp., Proteus mirabilis, Proteus vulgaris, Proteus spp., Salmonella spp., Shigella spp.

Qrammüsbət aeroblar: Corynebacterium spp., Enterococcus faecium, Streptococcus pneumoniae1, 2, Viridans qrupundan olan streptokokklar.

Amoksisillin və Klavulan turşusu kombinasiyasına qarşı təbii rezistentliyə malik olan bakteriyalar

Qrammənfi aeroblar: Acinetobacter spp., Citrobacter freundii, Enterobacter spp., Hafnia alvei, Legionella pneumophila, Morganella morganii, Providencia spp., Pseudomonas spp., Serratia spp., Stenotrophomonas maltophilia, Yersinia enterocolitica.

Digər: Chlamydia pneumoniae, Chlamydia psittaci, Chlamydia spp., Coxiella burnetii, Mycoplasma spp.

1 – klinik tədqiqatlarda bu bakteriyalar üçün Amoksisillin və Klavulan turşusu kombinasi-yasının klinik effektivliyi göstərilib.

2 – bu növ bakteriyaların ştammları beta-laktamaza hasil etmirlər.

Amoksisillinlə monoterapiya zamanı həssaslığın olması Amoksisillin və Klavulan turşusu kombinasiyasına qarşı oxşar həssaslığın olmasını ehtimal etməyə imkan verir.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Sorulması

Daxilə qəbul edildikdən sonra Amoksisillin və Klavulan turşusu mədə-bağırsaq traktından sürətlə və tam sorulurlar. Preparatı qida qəbulunun əvvəlində istifadə etdikdə Amoksisilli-

nin və Klavulan turşusunun absorbsiyası optimal olur.

Sağlam könüllülər tərəfindən Amoksisillini və Klavulan turşusunu acqarına qəbul etdikdə, ayrı-ayrı tədqiqatlarda alınan farmakokinetik parametrlərinin göstəriciləri aşağıda verilib:

2 tablet Amoksisillin + Klavulan turşusu, 875 mq/125 mq (1000 mq).

Əsas farmakokinetik parametrlər

Сmax – qan plazmasında maksimal konsentrasiya.

Tmax – qan plazmasında maksimal konsentrasiyanı əldə etmək üçün vaxt.

AUC – “konsentrasiya-zaman” asılılığı əyrisi altındakı sahə.

Т½ – yarımxaricolma dövrü.

Paylanması

Amoksisillinin və Klavulan turşusunun terapevtik konsentrasiyaları orqanizmin müxtəlif toxumalarında və interstisial mayedə (öd kisəsində, qarın boşluğu toxumalarında, dəridə, piy və əzələ toxumasında, sinovial və peritoneal mayelərdə, öddə, irinli ifrazatda) aşkar edilir.

Amoksisillin və Klavulan turşusu qan plazmasının zülalları ilə zəif birləşmə dərəcəsinə malikdir. Aparılan tədqiqatlar göstərir ki, qan plazmasının zülalları ilə Klavulan turşusunun ümumi miqdarının təxminən 25%-i, Amoksisillinin isə təxminən 18%-i birləşir.

Heyvanlar üzərində aparılan tədqiqatlarda Amoksisillinin və/və ya Klavulan turşusunun hər hansı bir orqanda kumulyasiyası aşkar edilməyib. Amoksisillin, penisillinlərin bir çoxu kimi, ana südünə nüfuz edir. Ana südündə həmçinin Klavulan turşusunun izləri aşkar edilə bilər. Sensibilizasiyanın, diareya və ağız boşluğu kandidozunun inkişaf etmə ehtimalını istisna etməklə, ana südü ilə qidalanan körpələrin sağlamlığına Amoksisillinin və Klavulan turşusunun digər mənfi təsirləri məlum deyil. Heyvanların reproduktiv funksiyalarının öyrənilməsi onu göstərir ki, Amoksisillin və Klavulan turşusu plasentar baryerdən keçə bilir. Lakin, onların dölə neqativ təsiri aşkar edilməyib.

Metabolizmi

Amoksisillinin başlanğıc dozasının 10%-25%-i orqanizmdən qeyri-aktiv metabolit (penisilloy turşusu) şəklində böyrəklər vasitəsilə xaric olur. Klavulan turşusu 2,5-diqadro-4-(2-hidroksietil)-5-okso-1H-pirrol-3-karbon turşusu və 1-amino-4-hidroksi-butan-2-ona qədər intensiv metabolizmə məruz qalır və orqanizmdən böyrəklər vasitəsilə MBT-dan, həmçinin nəfəs verilən hava ilə karbon dioksid şəklində xaric olur.

Xaric olması

Digər penisillinlər kimi Amoksisillin orqanizmdən əsasən böyrəklər vasitəsilə xaric olur, Klavulan turşusu isə orqanizmdən həm böyrək, həm də böyrəkdən kənar mexanizmlər vasitəsilə xaric olur. Amoksisillin təxminən 60%-70%-i, Klavulan turşusunun isə təxminən 40%-65%-i preparatı qəbul etdikdən sonra ilk 6 saat müddətində dəyişməz halda böyrəklər vasitəsilə xaric olur.

Probenesid preparatının eyni zamanda istifadə edilməsi Amoksisillinin ekskresiyasını ləngidir, lakin Klavulan turşusunun ekskresiyasını ləngitmir

İstifadəsinə göstərişlər

Amoksisillinlə klavulan turşusunun kombinasiyası, amoksisillinlə klavulan turşusuna həssas, aşağıda qeyd edilən mikroorqanizmlərin törətdiyi lokalizasiyalı bakterial infeksiyaların müalicəsində təyin edilir:

  • LOR orqanlarının Streptococcus pneumoniae, Haemophilus influenzae*, Moraxella catarrhalis* və Streptococcus pyogenes ilə törədilən infeksiyaları, məsələn, residivləşən tonzillit, sinusit, orta otit;
  • Aşağı tənəffüs yollarının adətən Streptococcus pneumoniae, Haemophilus influenzae* və Moraxella catarrhalis* ilə törədilən infeksiyaları, məsələn, xroniki bronxitin kəskinləşməsi, pnevmoniya və bronxopnevmoniya;
  • Sidik-cinsiyyət sisteminin adətən, Enterobacteriaceae* (əsasən Escherichia coli), Staphylococcus saprophyticus və Enterococcus növündən olan mikroorqanizmlər tərəfindən törədilən infeksiyaları, məsələn, sistit, uretrit, pielonefrit, qadın cinsiyyət orqanlarının infeksiyası, eləcə də, Neisseria gonorrhoeae ilə törədilən qonoreya;
  • Dərinin və yumşaq toxumanın Staphylococcus aureus*, Streptococcus pyogenes və Bacteroides* növündən olan mikroorqanizmlərlə törədilən infeksiyası;
  • Sümüklərin və oynaqların Staphylococcus aureus* ilə törədilən infeksiyası, məsələn, osteomielit, ehtiyac olduqda uzunmüddətli terapiyanın aparılması mümkündür.
  • odontogen infeksiyalar, məsələn, periodontit, odontogen yuxarı çənə sinusiti, yayılmış sellülitlə ağır dental absseslər;
  • pilləli terapiya çərçivəsində digər qarışıq infeksiyalar (məsələn, septik abort, doğuşdan sonrakı sepsis, intraabdominal sepsis).

*qeyd edilən mikroorqanizmlərin ayrı-ayrı nümayəndələri beta-laktamazı hasil edir ki, bu da, onları amoksisillinə həssas edir (“Farmakoloji xüsusiyyətləri” bölməsinə bax).

Amoksisillinə qarşı həssas mikroorqanizmlərlə törədilən infeksiyaları Panklav 2X preparatı ilə müalicə etmək olar, belə ki, amoksisillin preparatının təsiredici maddələrindən biridir. Panklav 2X, eləcə də, amoksisillinə həssas, eləcə də, amoksisillin və klavulan turşusu kombinasiyasına həssas beta-laktamaza hasil edən mikroorqanizmlərin qarışıq infeksiyalarının müalicəsində göstərişdir.

Amoksisillinlə klavulan turşusunun kombinasiyasına qarşı həssas olan bakteriyalar bölgədən və vaxt axınından asılı olaraq dəyişir. Bu, mümkün olduğu yerdə, həssaslıq üzrə lokal məlumatlar nəzərə alınmalıdır. Ehtiyac olduqda mikrobioloji nümunələrin qarışığı və bakterioloji həssaslıq analizini aparmaq lazımdır.

PANKLAV 2X tabletlər Əks göstərişlər

  • Anamnezdə preparatın istənilən komponentinə, beta-laktam antibiotiklərinə (məsələn, penisillinlər, sefalosporinlər) qarşı yüksək həssaslıq;
  • anamnezdə amoksisillinin klavulan turşusu ilə kombinasiyada istifadəsi zamanı sarılıq və qaraciyərin funksiyasının pozulması epizodları;
  • bədən kütləsi 40 kq-dan az olan 12 yaşa qədər uşaqlar;
  • böyrəklərin funksiyasının pozulması (kreatininin klirensi 30 ml/dəqiqədən az).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Preparatı qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.

Amoksisillin+Klavulan turşusu ilə müalicəyə başlamazdan öncə əvvəllər penisillinlərə, sefalosporinlərə və ya pasiyentdə allergik reaksiya törədən digər maddələrə qarşı hiperhəssaslıq reaksiyaların olması barədə dəqiq anamnez toplamaq lazımdır.

Penisillinlərə qarşı ciddi, bəzən hətta letal hiperhəssaslıq reaksiyalar (anafilaktik reaksiyalar) barədə məlumatlar var. Belə reaksiyaların baş vermə riski, anamnezdə penisillinlərə qarşı hiperhəssaslıq reaksiyaları olan pasiyentlərdə daha yüksəkdir. Allergik reaksiya meydana çıxdığı halda, preparatın istifadəsini dayandırmaq və müvafiq alternativ müalicəyə başlamaq lazımdır.

Ciddi anafilaktik reaksiyalarda pasiyentə dərhal epinefrin yeritmək lazımdır. Oksigen terapiyası, vena daxilinə qlükokortikoidlərin yeridilməsi və intubasiya daxil olmaqla, tənəffüs yolların keçiciliyinin təmin olunması tələb oluna bilər.

Dəridə ağır allergik reaksiyalar meydana çıxdıqda Amoksisillin+Klavulan turşusu ilə müalicəni dayandırmaq lazımdır.

İnfeksion mononukleozdan əziyyət çəkən xəstələrin dərisində Amoksisillin, xəstəliyin diaqnostikasını çətinləşdirən, qızılcayabənzər səpgilərin əmələ gəlməsinə səbəb ola bildiyi üçün, infeksion mononukleozun inkişaf etməsinə şübhə olduğu halda, Amoksisillinlə Klavulan turşusu kombinasiyasını istifadə etmək olmaz. Amoksisillin və Klavulan turşusu kombinasiyası ilə uzun müddətli müalicə rezistent mikroorqanizmlərin həddən artıq çoxalmasına səbəb ola bilər. Antibiotiklərdən istifadə etdikdə, ağırlıq dərəcəsi yüngüldən həyat üçün təhlükəliyə qədər dəyişə bilən, psevdomembranoz kolitin meydana çıxması barədə məlumatlar var. Bu səbəbdən, antibiotik qəbul edən müddətdə və qəbuldan sonra diareyası olan pasiyentlərdə psevdomembranoz kolitin inkişaf ehtimalını nəzərə almaq vacibdir. Diareya uzunmüddətli olduqda və ya şiddətli xarakter daşıdıqda və ya pasiyent qarın nahiyəsində spazmlar hiss etdikdə, müalicə dərhal dayandırılmalı və pasiyent müayinə olunmalıdır.

Ümumiyyətlə, Amoksisillin və Klavulan turşusu kombinasiyası bütün penisillinlər üçün xarakterik olan aşağı toksikliyə malikdir və pasiyentlər tərəfindən yaxşı keçirilir. Preparatla uzunmüddətli müalicə zamanı böyrək, qaraciyər və qanyaradıcı orqanların funksiyalarını vaxtaşırı qiymətləndirmək tövsiyə olunur.

Amoksisillin və Klavulan turşusu kombinasiyasını dolayı (peroral) təsirli antikoaqulyantlarla birlikdə qəbul edən pasiyentlərdə, nadir hallarda protrombin müddətinin uzanması (BNM yüksəlir) barədə məlumatlar var. Dolayı (peroral) təsirli antikoaqulyantları Amoksisillin və Klavulan turşusu kombinasiyası ilə birlikdə təyin etdikdə müvafiq göstəricilərə nəzarət etmək vacibdir. Peroral antikoaqulyantların effektini qoruyub saxlamaq üçün onların dozasını korreksiya etmək tələb oluna bilər. Diurezi aşağı olan pasiyentlərdə, əsasən Amoksisillin və Klavulan turşusu kombinasiyası ilə parenteral müalicə zamanı, nadir hallarda kristalluriya baş verə bilər. Amoksisillini yüksək dozalarda orqanizmə yeritdikdə, kifayət qədər maye qəbul etmək və amoksisillin kristallarının əmələ gəlmə ehtimalını azaltmaq üçün, müvafiq diurezin saxlanmasını təmin etmək lazımdır (“Doza həddinin aşılması” bölməsinə bax).

Amoksisillin və Klavulan turşusu kombinasiyasını daxilə qəbul etdikdə sidikdə amoksisil-linin miqdarı yüksəlir ki, bu da sidikdə qlükozanın müəyyən edilməsində yanlış müsbət nəticələrin olmasına səbəb ola bilər (məsələn, Benedikt sınağı, Felinq sınağı). Bu halda, sidikdə qlükozanın konsentrasiyasını müəyyən etmək üçün qlükozooksidant üsuldan istifadə etmək tövsiyə edilir.

Klavulan turşusu immunoqlobulin G və albuminin eritrositlərin hüceyrə membranı ilə qeyri-spesifik birləşməsini törədə bilər ki, bu hal da Kumbs sınağının yanlış-müsbət nəticələrinə səbəb olur.

Preparatdan sui-istifadə və dərmandan asılılıq

Amoksisillin və Klavulan turşusu kombinasiyasının istifadəsi ilə əlaqədar olan dərmandan asılılıq, vərdişolma və eyforiya reaksiyaları müşahidə edilməyib.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Heyvanların reproduktiv funksiyalarının öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda Amoksisillin və Klavulan turşusu kombinasiyasının peroral və parenteral yeridilməsi nəticə-sində heç bir teratogen effekt meydana çıxmayıb.

Vaxtından əvvəl dölyanı qişaların yırtılması olan qadınların tək tədqiqatında müəyyən edilmişdir ki, preparatla profilaktik müalicə yenidoğulmuşlarda nekrotik enterokolitin inkişaf etmə riskinin yüksəlməsi ilə əlaqədar ola bilər. Bütün dərman preparatları kimi, Amoksisillin və Klavulan turşusu kombinasiyasını hamiləlik dövründə istifadə etmək tövsiyə edilmir, yalnız preparatın ana üçün gözlənilən müalicəvi təsiri döl və ya yenidoğulmuş uşaq üçün potensial riskdən yüksək olduğu hallar istisna olmaqla.

Laktasiya dövrü

Amoksisillin və Klavulan turşusu kombinasiyasını laktasiya dövründə istifadə etmək olar. Preparatın təsiredici maddələrinin ana südünə nüfuz etməsi ilə əlaqədar sensibilizasiyanın, diareyanın və ağız boşluğu kandidozunun inkişaf etmə ehtimalını istisna etməklə, ana südü ilə qidalanan körpələrə Amoksisillin və Klavulan turşusu kombinasiyasının heç bir mənfi təsiri müşahidə edilməyib. Ana südü ilə qidalanan körpələrdə mənfi effektlər meydana çıxdıqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

PANKLAV 2X tabletlər İstifadə qaydası və dozası

Daxilə qəbul edilir.

Dozalanma rejimi pasiyentin yaşından, bədən kütləsindən, böyrəklərin funksiyasından, eləcə də, infeksiyanın ağırlıq dərəcəsindən asılıdır.

MBT tərəfindən baş verən mümkün potensial pozulmaların azalması üçün və sorulmanın optimallaşması məqsədilə preparatı qida qəbulunun əvvəlində istifadə etmək lazımdır.

Müalicə, klinik vəziyyət nəzərdən keçirilmədən 14 gündən artıq davam etdirilməməlidir.

Ehtiyac olduqda, pilləli terapiyanın aparılması mümkündür (əvvəlcə amoksisillin+klavulan turşusunun parenteral yeridilən məhlulunu hazırlamaq üçün toz dərman forması yeridilir, daha sonra amoksisillin+klavulan turşusunun peroral istifadə edilən dərman formasına keçilir).

Böyüklər və bədən kütləsi 40 kq və artıq olan 12 yaşdan yuxarı uşaqlar

Sutkada 2 dəfə 1 tablet 875 mq/125 mq təyin edilir.

Xüsusi qrup pasiyentlər

Yaşlı pasiyentlər

Dozalanma rejiminin korreksiyası tələb edilmir. Böyrək funksiyası pozulmuş pasiyentlərdə dozanı elə korreksiya etmək lazımdır ki, bu, böyrək funksiyası pozulmuş pasiyentlərdə təyin edilən dozadan aşağı olsun.

Böyrəklərin funksiyası pozulmuş pasiyentlər

875 mq/125 mq tabletləri, yalnız kreatininin klirensi 30 ml/dəqiqədən artıq olan pasiyentlərdə istifadə etmək olar, bu zaman dozanın korreksiyası tələb edilmir.

Qaraciyər funksiyası pozulmuş pasiyentlər

Müalicə ehtiyatla aparılmalıdır; müntəzəm olaraq qaraciyərin funksiyasının monitorinqi aparılmalıdır. Bu cür pasiyentlərdə məsləhət görülən doza rejiminin dəyişdirilməsi barədə kifayət qədər məlumat yoxdur.

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir:

çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 - < 1/10); bəzən (≥ 1/1000 - < 1/100); nadir hallarda

(≥ 1/10000 - < 1/1000); çox nadir hallarda (< 1/10000, tək-tək hallar daxil olmaqla). Tezliklərin kateqoriyası klinik tədqiqatların və qeydiyyatdan sonrakı müşahidələr əsasında təsnif edilmişdir.

İnfeksion və parazitar xəstəliklər

Tez tez: dəri və selikli qişanın kandidozu.

Qan və limfa sistemi tərəfindən baş verən pozulmalar

Nadir hallarda: geridönən leykopeniya (neytropeniya daxil olmaqla), geridönən trombositopeniya.

Çox nadir hallarda: geridönən aqranulositoz və geridönən hemolitik anemiya, qanaxma və protrombin vaxtının uzanması, eozinofiliya, trombositoz, anemiya.

İmmun sistem tərəfindən baş verən pozulmalar

Çox nadir hallarda: angionevrotik ödem, anafilaktik reaksiya, zərdab xəstəliyinə oxşar sindrom, allergik vaskulit.

Sinir sistemi tərəfindən baş verən pozulmalar

Bəzən: başgicəllənmə, başağrı.

Çox nadir hallarda: geridönən hiperaktivlik, qıcolma. Qıcolma, böyrəklərin funksiyası pozulmuş pasiyentlərdə müşahidə edilə bilər, eləcə də, preparatın yüksək dozası qəbul edildikdə. Yuxusuzluq, oyanıqlıq, həyəcan, davranış pozuntusu.

Mədə-bağırsaq sistemi tərəfindən baş verən pozulmalar

Böyüklər

Çox tez-tez: diareya.

Tez-tez: ürəkbulanma, qusma.

Uşaqlar

Tez-tez: diareya, ürəkbulanma, qusma.

Bütün papulyasiya

Ürəkbulanma, adətən preparatın yüksək dozalarının qəbulu ilə əlaqədar olmuşdur. Preparatın qəbulundan sonra MBT- tərəfindən əlavə təsirlər müşahidə edildiyi halda, onları, preparatı qida qəbulunun əvvəlində istifadə etdikdə aradan qaldırmaq mümkündür.

Bəzən: həzmin pozulması.

Çox nadir hallarda: antibiotiklə assosiasiya olunan kolit (psevdomembranoz kolit və hemorragik kolit daxil olmaqla) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax), qara”tüklü” dil, qastrit, stomatit.

Qaraciyər və ödçıxarıcı yollar tərəfindən baş verən pozulmalar

Bəzən: aspartataminotransferazanın və/ya alaninaminotransferazanın (AST və/ya ALT) aktivliyinin orta dərəcədə artması. Bu reaksiya, istənilən beta-laktam antibiotikləri qəbul edən pasiyentlərdə müşahidə edilir, lakin onun pasiyentin klinik vəziyyətinə təsiri məlum deyil.

Çox nadir hallarda: hepatit və xolestatik sarılıq. Bu reaksiyalar, penisillin sırası antibiotik-

ləri və sefalosporinlər qəbul edən pasiyentlərdə müşahidə edilir. Bilirubinin və qələvi fosfotazanın konsentrasiyasının yüksəlməsi. Qaraciyər tərəfindən baş verən əlavə təsirlər, əsasən kişilərdə və yaşlı pasiyentlərdə rast gəlinir və başlıca olaraq, uzun müddətli terapiya ilə əlaqədar ola bilər. Bu əlavə reaksiyalar uşaqlarda çox nadir hallarda müşahidə edilir.

Qeyd edilən simptomlara, adətən terapiya zamanı və ya terapiya bitdikdən dərhal sonra rast gəlinir, lakin ayrı-ayrı hallarda terapiya bitdikdən sonra bir neçə həftə ərzində təzahür etməyə bilər. Arzuolunmayan təsirlər, bir qayda olaraq geridönən olur. Qaraciyər tərəfindən baş verən əlavə təsirlər ağır ola bilər, müstəsna nadir hallarda letal sonluq halları qeyd edilmişdir. Demək olar bütün hallarda bu, ciddi patologiyası olan pasiyentlər və ya eyni vaxtda potensial hepatotoksik preparatlar qəbul edən pasiyentlər olmuşdur.

Dəri və dərialtı toxuma tərəfindən baş verən pozulmalar

Bəzən: səpgi, qaşınma, övrə.

Nadir hallarda: multiformalı eritema.

Çox nadir hallarda: Stivens-Conson sindromu, toksik epidermal nekroliz, bullyoz eksfoliativ dermatit, kəskin yayılmış ekzantematoz pustulyoz.

Böyrəklər və sidikçıxarıcı yollar tərəfindən baş verən pozulmalar

Saxlanma şəraiti

30ºС temperaturdan yüksək olmayan, orijinal qablaşmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

Hemofarm A.D. Serbiya.
26300, Vrşas ş., Beoqradskiy yolu bb.
Tel.: 13/803100, faks: 13/803424.

İstehsalçı

Hemofarm A.D. Vrşas, istehsalat sahəsi Dubovas, Serbiya.
26224, Dubovas q., Sarya Lazara k. bb.

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow