PAPAVERİN
Papaverin hidroxlorid miotrop smazmolitik vasitədir. Daha ətraflı məlumat üçün səhifəyə daxil olun

PAPAVERİN Eyniləşdirmə və təsnifat
Buraxılış forması
20 mq-lıq rektal suppozitoriyalar. 5 suppozitoriya, polietilenlə laminasiya edilmiş polivinil- xlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
- PAPAVERİN Eyniləşdirmə və təsnifat
- Buraxılış forması
- PAPAVERİN Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- PAPAVERİN Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- PAPAVERİN İstifadə qaydası və dozası
- Doza həddinin aşılması
- Əlavə təsirləri
- Digər dərman vasitələrilə qarşılıqlı təsiri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
PAPAVERİN Tərkibi
- Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 20 mq papaverin hidroxlorid vardır.
- Köməkçi maddələr: suppozitoriya əsası: bərk yağ (vitepsol (H 15,W 35 markalı), supposir (NA 15, NAS 50 markalı)).
Təsviri
Ağ rəngdən sarımtıl çalarlı ağ rəngədək və ya krem rəngə çalan, torpedovari formalı suppozitoriyalardır. Şamın səthində ağ ərpin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Spazmolitik vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Papaverin hidroxlorid miotrop smazmolitik vasitədir.
- Fosfodiesterazanı inhibə edir, hüceyrədə siklik 3,5-adenozinmonofosfatın (AMF) toplanmasına və kalsiumun miqdarının azalmasına səbəb olur.
- Daxili orqanların (mədə-bağırsaq sisteminin, tənəffüs yollarının, sidik-cinsiyyət sisteminin) və damarların saya əzələlərini boşaldır.
- Yüksək dozalarda ürək əzələsinin oyanıqlı-ğını azaldır və ürəkdaxili keçiriciliyi ləngidir.
- Papaverinin mərkəzi sinir sisteminə təsiri zəif təzahür edir, lakin yüksək dozalarda o, sedativ effekt göstərir.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Rektal yeridilmədən sonra papaverinin biomənimsənilməsi (klinikayaqədərki məlumatlara əsasən) 25%-ə qədərdir. Plazma zülalları ilə 90% birləşir. Yaxşı paylanır, histohematik baryer-dən keçir. Qaraciyərdə metabolizmə uğrayır. Yarımxaricolma dövrü (T1/2) 0,5-2 saat (24 saata qədər uzanması mümkündür) təşkil edir. Metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olur.
İstifadəsinə göstərişlər
Qarın boşluğu orqanlarının (xolesistit, pilorospazm, spastik kolit zamanı); böyrək sancısı zamanı; periferik damarların (endarteriit zamanı); baş beyin damarlarının (miqren zamanı); ürəyin (stenokardiya zamanı kompleks müalicənin tərkibində); bronxların (bronxospazm zamanı) saya əzələlərin spazmı.
PAPAVERİN Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, atrioventrikulyar blokada, qlaukoma, ağır qaraciyər çatışmazlığı, ahıl yaşı (hipertermiyanın inkişafı riski), uşaqlar, belə ki, uşaqlarda dozalanma rejimi qeyd edilməyib.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Kəllə-beyin travmasından sonrakı vəziyyətdə xroniki böyrək çatışmazlığı, böyrəküstü vəzinin funksiyasının çatışmazlığı, hipotireoz, prostat vəzinin hiperplaziyası, mədəciküstü taxikardiya, şok vəziyyətləri zamanı preparatı ehtiyatla və kiçik dozalarda istifadə etmək lazımdır. Preparatla müalicə zamanı etanolun qəbulu istisna edilməlidir. Damargenişləndirici təsiri tütünçəkmə zamanı azalır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi müəyyən edilməyib. Hamiləlik dövründə preparatın istifadəsi, yalnız o zaman mümkündür ki, ana üçün gözlənilən fayda dölə və uşağa olan potensial riskdən üstün olsun. Preparatla müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq məsləhət görülür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatla müalicə zamanı nəqliyyat vasitələrinin idarə edilməsindən və yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
PAPAVERİN İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Suppozitoriya konturlu qablaşdırmadan çıxarılıb düz bağırsağa yeridilir. Bağırsağın təbii boşalmasından və ya təmizləyici imalədən sonra gündə 2-3 dəfə 1 suppozitoriya təyin edilir.
Doza həddinin aşılması
Simptomları
Diplopiya, zəiflik, arterial təzyiqin enməsi, yuxululuq.
Müalicəsi
Simptomatikdir (arterial təzyiqin dəstəklənməsi).
Əlavə təsirləri
Allergik reaksiyalar, atrioventrikulyar blokada, mədəcik ekstrasistoliyası, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi, arterial təzyiqin enməsi, yuxululuq, qəbizlik, eozinofiliya mümkündür.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Papaverin levodopanın parkinsonism əleyhinə təsirini və metildopanın hipotenziv effektini azaldır. Barbituratlarla kombinasiyada papaverinin spazmolitik təsiri güclənir. Trisiklik antidepressantlarla, prokainamidlə, rezerpinlə, xinidinlə eyni vaxtda istifadəsi zamanı hipotenziv təsirin güclənməsi mümkündür.
Saxlanma şəraiti
25°С-dan yuxarı olmayan temperaturda işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






