Xardal toxumunun yağı faydaları nələrdir?
Xardal toxumunun yağı daxilə qəbul olunduqda orqanizmdə metabolik prosesləri sürətləndirir, həzmi və iştahanı yaxşılaşdırır, piy toxumasının parçalanmasını aktivləşdirir, immuniteti gücləndirir.

Xardal toxumunun yağı haqqında məlumat
Xardal toxumunun yağı qiyməti
Xardal yağı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Xardal toxumunun yağı qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Xardal toxumu qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Xardal Toxumunun Yağı
Tərkibi:
Sarept xardalı (Brassica juncea) toxumlarından soyuq sıxma yolu ilə alınmış rafinə olunmamış yağ.
Yağ-turşu tərkibi:
Linol turşusu (Omeqa-3), olein turşusu (Omeqa-9), eykozan turşusu, eruk turşusu, E, A, D, K, P, B qrupu vitaminləri, fitosterollar, xardal efir yağı.
Xüsusiyyətləri:
Xardal toxumunun yağı nə üçündür?
- Xardal yağı daxilə qəbul olunduqda orqanizmdə metabolik prosesləri sürətləndirir, həzmi və iştahanı yaxşılaşdırır, piy toxumasının parçalanmasını aktivləşdirir, immuniteti gücləndirir.
- Qanın tərkibini və qatılığını tənzimləyir, damarlara xolesterol çökməsinin qarşısını alır.
- Xaricə tətbiq olunduqda isə təbii antibakterial və iltihab əleyhinə təsir göstərir, yaraların və yanıqların müalicəsində effektiv vasitə hesab olunur.
- Miozitlər, mialgiyalar, nevritlər, artritlər və podaqra zamanı qızışdırıcı təsir göstərir, qan dövranını və iltihabın sorulmasını sürətləndirir.
- Saç köklərini gücləndirir, tökülmənin qarşısını alır.
- Dəri səpgilərini sağaldır, akne və civzələrin, kiçik qırışların yaranmasının qarşısını alır.
Əks-göstərişlər:
Xardal yağına qarşı fərdi həssaslıq, mədə və onikibarmaq bağırsaq xoraları, kəskin xoralı kolit, enterokolitlər.
İstifadə qaydası
Daxilə: Gündə 2-3 dəfə, hər dəfə 1 çay qaşığı yeməkdən əvvəl və ya sonra qəbul olunur. Xardal yağı salatların və soyuq qəlyanaltıların hazırlanmasında da istifadə olunur.
Xaricə: Gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir. Kremlərin və kosmetik vasitələrin tərkibinə qatıla bilər, kosmetik maskaların, o cümlədən saç maskalarının hazırlanmasında istifadə oluna bilər. Miozitlərin və sellülitin müalicəsi zamanı masaj yağı kimi tətbiq oluna bilər.
Saxlanma şəraiti:
Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Saxlanma müddəti:
18 ay.
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






