Hər gün istifadə etdiyimiz sularda xərçəng təhlükəsi

Jul 17, 2025 - 12:37
 0
Hər gün istifadə etdiyimiz sularda xərçəng təhlükəsi
Hər gün istifadə etdiyimiz sularda xərçəng təhlükəsi

Yay aylarında günəş şüalarının ən sərt vaxtlarında mağaza qarşısında satışa çıxarılan qablaşdırılmış sular və içkilər ciddi müzakirə mövzusudur.

Doktorm.az-in "qaynar xətti"nə göndərilən bu görüntü Bakı şəhərində fəaliyyət göstərən bir köşk qarşısında lentə alınıb.

Videodan aydın olur ki, su və müxtəlif qazlı içkilər birbaşa günəş altında saxlanılır.

Mütəxəssislər isə bu halın insan sağlamlığı üçün təhlükə yarada biləcəyini bildirirlər. Plastik qablaşdırmada olan sular yüksək temperaturun təsirindən tərkibində zərərli maddələr buraxa bilər.

Qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev BAKU.WS-ə bildirib ki, plastik qablarda saxlanılan həm qazlı və həm də digər içkilər günəş şüalarına məruz qalamamlıdır:

"Həmin plastik qabların tərkibində olan kimyəvi maddələr günəş şüası ilə təmas etdikdə suya nüfuz edir. Bu sualardan mütəmadi olaraq istifadə olunarkən bir sıra sağlamlıq problemləri yaşanır. Hətta bir çox araşdırmalar göstərir ki, xərçəng riski, qara ciyər və böyrək zədələnmələri artır və reproduktiv problemlər yaranır.  

Bu səbəbdən mütlq şəkildə standartlar tələb edir ki, qeyd olunan məhsullar günəş işığı təsirində saxlanılmamalıdır. Eyni zamanda plastik qablaşıdırlmış içkilər 15-15 drəcə aralığında quru və kölgəli yerdə saxlanılmalıdır. Əgər plastik qablaşdırılmış içkilər günəş altında saxlanılarsa, suyun dadı və keyfiyyətində də dəyişmələr yaranır. Bu da gələcək ciddi problemlərin yaranmasına səbəb olur". 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow