Yayda zəhərlənmə riski ARTIR: ən təhlükəli qida TOYUQDUR!

İstanbulda eyni ailədən 4 nəfər evdə bişirdikləri toyuqdan sonra zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər xəbərdarlıq edir: yay aylarında zəhərlənmələrin əsas səbəbi düzgün saxlanmayan və ya kifayət qədər bişirilməyən qidalardır. Xüsusilə toyuq, ət, balıq, süd məhsulları və açıq havada satılan qidalar yüksək risk daşıyır.
Bu barədə Doktorm.az CNN Türk-ə istinadən xəbər verir.
Acil Tibb üzrə mütəxəssislər qeyd edir ki, zəhərlənmə əlamətləri yeməkdən 30 dəqiqə ilə 72 saata qədər baş verə bilər. Bulantı, qusma, qarın ağrısı, ishal və bəzən qızdırma ilə müşayiət olunur. Risk qrupunda isə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar yer alır.
Uzm. Dr. Nazmiye Özcan bildirir ki, “Soğuk zəncirin pozulduğu toyuq məhsulları zəhərlənmələrin əsas səbəbidir. Yayda bu şikayətlərlə tez-tez müraciətlər olur.” O, həmçinin su balansının qorunmasına və çöldə qidalanarkən ehtiyatlı olmağa çağırıb.
Daxiliyyə üzrə Uzm. Dr. Sümeyye Karabul isə xüsusilə pikniklərdə buzda saxlanmayan və ya düzgün əridilməyən toyuq məhsullarının zəhərlənmə riski yaratdığını bildirib. O, dilimlənmiş karpuzun belə hansı şəraitdə saxlandığının vacibliyini vurğulayıb.
Həkimlər xüsusilə yayda açıq havada qida qəbulunda ehtiyatlı olmağa, düzgün saxlanma və bişirmə qaydalarına ciddi riayət etməyə çağırır./news24.az
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?






