Xərçəng əleyhinə qida: YERKÖKÜ

Apr 11, 2025 - 09:44
 0
Xərçəng əleyhinə qida: YERKÖKÜ
Xərçəng əleyhinə qida: YERKÖKÜ

TÜBİTAK tərəfindən dəstəklənən bir araşdırmada yerkökü qabığından əldə edilən melanin, ağciyər hüceyrələrdə xərçəng əleyhinə xüsusiyyətlər aşkar edilib.

Doktorm.az xəbər verir ki, layihə çərçivəsində bir çox kənd təsərrüfatı məhsullarından melanin əldə etmək üzərində çalışdıqlarını ifadə edən Müjdəci, “Melanin istehsal edərkən kök qabığı, qarpız qabığı, qovun qabığı, soğan istifadə etdik.. Ən çox melaninin yerkökü qabığından alındığını aşkar etdik. Sonrakı araşdırmalarımızda melaninin xərçəngə qarşı və antioksidan xüsusiyyətlərini də ortaya çıxardıq", - deyə, o bildirib.

Araşdırmanın zibil kateqoriyasındakı üzvi tullantıların qiymətli xammal kimi istifadə oluna biləcəyini üzə çıxardığını vurğulayan Müjdəci bunları qeyd edib:

"Kök qabığından əldə etdiyimiz melanin ağciyər hüceyrələrində əhəmiyyətli anti-xərçəng xüsusiyyətləri nümayiş etdirdi. Bu tapıntılar xərçəngin gələcək müalicəsi üsulları üçün müsbət vəd verir və biotexnologiya laboratoriyamızın istehsal yönümlü tədqiqatlarının nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Melaninin xərçəngə qarşı xassələrinə əlavə olaraq, boyayıcı maddə kimi onun digər potensial istifadə sahələrinə kosmetik məhsullar da daxildir".


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow