Covidə bənzər yeni virus KƏŞF EDİLDİ

HKU5-CoV-2 adlanan virusun COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 ilə eyni proteindən istifadə edərək insan hüceyrələrinə daxil olduğu müəyyən edilib.
Doktorm.az bildirir ki, çinli tədqiqatçılar tərəfindən kəşf edilən yeni yarasa koronavirusu qlobal miqyasda artan narahatlığa səbəb olub. Bu, gələcəkdə virusun insanlar arasında yayılma ehtimalını artırır.
Tədqiqatçılar, həmçinin, sonrakı təcrübələrdə yarasa virusunu hədəf almaq üçün monoklonal antikorların və antiviral dərmanların hazırlana biləcəyini müəyyən ediblər.
2019-cu illə müqayisədə cəmiyyətdə oxşar SARS viruslarına qarşı immunitetin çox olduğunu qeyd edən ekspertlər bunun koronavirusun yaratdığı yeni pandemiya riskini azalda biləcəyi ehtimalı olduğunu söyləyiblər./news24.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






