Hepatit B-nin əlamətləri və müalicə yolları - VACİB AÇIQLAMA

Jul 17, 2025 - 12:35
 0
Hepatit B-nin əlamətləri və müalicə yolları - VACİB AÇIQLAMA
Hepatit B-nin əlamətləri və müalicə yolları - VACİB AÇIQLAMA

Hepatit B dünyada geniş yayılan qaraciyər iltihabıdır və bu xəstəliyin törədicisi Hepatit B virusudur. Virus, qan, qan məhsulları və yoluxmuş bədən mayeləri vasitəsilə insandan insana keçə bilər. Qorunmasız cinsi əlaqə, steril olmayan iynələrin istifadəsi və hamiləlik dövründə anadan körpəyə keçməsi bu virusun yayılmasında əsas yollar kimi göstərilir.

Bu barədə Doktorm.az CNN Türk-ə istinadən xəbər verir. 

Mütəxəssislər bildirirlər ki, virus ortaq qabdan yemək, öpüşmək, öskürmək, eyni tualetdən istifadə və ya hovuzda üzməklə keçmir. Xəstəlik akut və ya xroniki formada inkişaf edə bilər. Həmçinin, heç bir simptom verməyən səssiz daşıyıcılar da mövcuddur. Hepatit B-nin yüngül keçirilməsindən tutmuş qaraciyər serrozuna və qaraciyər xərçənginə qədər bir çox ağırlaşması mümkündür.

Virus əsasən qan və bədən mayeləri ilə keçir. Yoluxma üçün virusun sağlam insanın qan dövranına düşməsi yetərlidir. Bu da yaralar vasitəsilə və ya yoluxmuş iynələrin istifadəsi ilə baş verir. Eyni iynənin bir neçə nəfər tərəfindən istifadə olunması infeksiyanın yayılmasını artırır. Eyni zamanda qan köçürülməsi zamanı da keçə bilər, buna görə bu gün istifadə olunan qanlar ciddi testlərdən keçirilir. Cinsi əlaqə də virusun ötürülməsində əsas risk faktorudur, bu səbəbdən təhlükəsiz cinsi münasibətlərin qorunması önəmlidir.

Xəstəlik çox vaxt səssiz keçir və ilk infeksiya zamanı xəstələrin yalnız 20%-də sarılıq müşahidə olunur. Qalan 80% xəstədə isə simptomlar olmadan keçə bilər. Xroniki infeksiya illərlə davam edə bilər və nəticədə qaraciyər serrozu və xərçəng inkişaf edə bilər. Bu zaman ən çox ölüm səbəbi qaraciyər çatışmazlığı və xərçəng olur. Bir çox hallarda xəstənin sağ qalması üçün qaraciyər köçürülməsi tələb olunur.

Akut Hepatit B hallarında xüsusi bir müalicə üsulu yoxdur. Əsasən simptomlara yönəlik dəstək verilir. Xroniki Hepatit B üçün isə tam sağaldıcı müalicə yoxdur, lakin virusun çoxalmasını azaldan antiviral dərmanlar mövcuddur. Bu dərmanlar xəstəliyin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.

Mütəxəssislər vaxtında diaqnoz və müntəzəm həkim nəzarətini tövsiyə edir. Hepatit B-yə qarşı peyvənd vasitəsilə qorunmaq mümkündür və bu, xəstəliklə mübarizədə ən təsirli üsullardan biri hesab olunur./news24.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow