Ayaqlarda tüklər tökülür və ayaq dırnaqları qırılırsa DİQQƏT!

Mütəxəssislər xəbərdarlıq edir: gündəlik həyatda tez-tez diqqətdən yayınan bəzi əlamətlər, ciddi damar xəstəliyinin — periferik arter xəstəliyinin xəbərçisi ola bilər. Kalp və damar cərrahı Prof. Dr. Murat Uğur bu xəstəliyin həyat keyfiyyətini ciddi şəkildə aşağı saldığını və ölüm riskini artırdığını bildirib.
Bu barədə Doktorm.az CNN Türk-ə istinadən xəbər verir.
Əlamətlərə diqqət!
Prof. Uğur periferik arter xəstəliyinin damarların daralması və tıxanması ilə ortaya çıxdığını qeyd edərək aşağıdakı simptomlara diqqət yetirilməsini tövsiyə edir:
Ayaqlarda tüklərin azalması
Tırnaqlarda qırılma
Bacaklarda solğunluq və morarmalar
Dərinin qalınlaşması və parlaqlıq
Bacaklarda soyuqluq və hissizlik
İstirahət zamanı belə keçməyən ağrılar
Yürüyərkən tez yorulma, xüsusilə pilləkən və yamac çıxarkən
Kişilərdə ereksiya problemi
Ülserlər və dəridə yaralar
Risk faktorları və səbəblər
Bu xəstəliyin ən çox rast gəlinən səbəbi damar sərtliyi – aterosklerozdur. Siqaret çəkmək, yüksək təzyiq, diabet, yaş və yüksək xolesterin əsas risk faktorları arasında yer alır. Prof. Uğur qeyd edir ki, periferik arter xəstəliyi olan şəxslərdə ümumi ölüm riski 3 dəfə, ürək-damar xəstəliklərindən ölüm riski isə 6 dəfə artır.
Müalicə üsulları
Xəstəliyin erkən diaqnozu üçün doppler USM, BT və ya MR anjiyografi kimi müayinələr tətbiq olunur. Müalicədə əsas məqsəd risk faktorlarını azaltmaqdır. Prof. Uğur, siqaretin tərgidilməsi, təzyiqin və şəkərin nəzarətdə saxlanılması, sağlam pəhriz və arıqlama kimi tədbirlərin vacibliyini vurğulayır. Tıxanan damarları açmaq üçün anjiyografik üsullar və ya bypass əməliyyatı tətbiq edilə bilər.
Yeni texnologiyalar sayəsində damarlar tıraşlanaraq balonla genişləndirilir və ehtiyac varsa, stent yerləşdirilir. Cərrahi üsullarda isə tıxanmış sahə bypass edilərək sağlam damara birləşdirilir.
Prof. Dr. Uğur son olaraq xəbərdarlıq edir: əgər bu əlamətləri hiss edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin. Erken müdaxilə həyat qurtara bilər./news24.az/
Bu yazını dostlarınla paylaş
Bu yazıya reaksiyanız ?






