Flosteron 7 mq nə üçündür? istifadə qaydası necədir?
Flosteron 7 mq - Allergik boğulmalar və bronxial astmada, artrit zamanı, allergik reaksiya zamanı, dermatit və ekzema zamanı, dəmrov zamanı istifadə olunan preparatdır.

Flosteron haqqında məlumat
- Flosteron qiyməti
- Tərkibi
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri
Flosteron qiyməti
Flosteron 7 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Flosteron qiyməti 27 azn - 31 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Flosteron qiyməti -ni öyrənərək əldə edəsiniz.
Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone
Tərkibi
Təsiredici maddələr: 1 ml suspenziyanın tərkibində 6,43 mq betametazon dipropionat (5 mq betametazona ekvivalent) və 2,63 mq betametazon natrium fosfat (2 mq betametazona ekvivalent) vardır.
Köməkçi maddələr: dinatrium fosfat dihidrat, natrium xlorid, dinatrium edetat, polisorbat 80, benzil spirti, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, natrium kroskarmelloza, makroqol (polietilenqlikol), qatı xlorid turşusu, inyeksiya üçün su.
Təsviri
Rəngsiz, azacıq özlü, asanlıqla suspenziyalaşdırıla bilən, tərkibində ağ rəngli hissəciklər olan və yad maddələrdən azad mayedir.
Farmakoterapevtik qrupu
Qlükokortikosteroid (QKS).
ATC kodu: Н02АВ01.
İstifadəsinə göstərişlər
Böyüklərdə QKS terapiyası vasitəsilə zəruri klinik effektin əldə edilməsinin mümkün olmadığı vəziyyət və xəstəliklərin müalicəsi (bir sıra xəstəliklər zamanı QKS terapiyasının dəstəkləyici xarakter daşıdığı və standart terapiyanı əvəz etmədiyi nəzərə alınmalıdır):
- Revmatoid artriti, osteoartroz, bursitlər, ankilozlaşdırıcı spondiloartrit, epikondilit, koksiqodiniya, əyriboyunluq, qanqlioz kista və fassiit də daxil olmaqla, sümük-əzələ və yumşaq toxuma xəstəlikləri;
- Bronxial astma, mövsümi qızdırma (pollinoz), allergik bronxit, mövsümi və ya ilboyu rinit, dərman xəstəliyi və həşərat dişləmələrinə qarşı reaksiyalar da daxil olmaqla, allergik xəstəliklər;
- Atopik dermatit, qəpiyəbənzər ekzema, neyrodermitlər, kontakt dermatit, nəzərəçarpan fotodermatit, övrə, qırmızı yastı dəmrov, ocaqlı alopesiya, diskoid qırmızı qurdeşənəyi, psoriaz, keloid çapıqlar, pemfiqus və kistoz sızanaqlar da daxil olmaqla, dermatoloji xəstəliklər;
- Sistem qırmızı qurdeşənəyi, sklerodermiya, dermatomiozit, düyünlü periarteriit də daxil olmaqla, birləşdirici toxumanın sistem xəstəlikləri;
- Hemoblastozlar (böyüklərdə leykoz və limfomaların palliativ terapiyası, uşaqlarda kəskin leykoz);
- Böyrəküstü vəzinin qabıq maddəsinin birincili və ya ikincili çatışmazlığı (mütləq qaydada yanaşı olaraq mineralokortikosteroidlərin təyini);
- Sistem QKS terapiyası tələb edən digər xəstəlik və patoloji vəziyyətlər (adrenogenital sindrom, regionar ileit, KQS terapiyanın tətbiqinin zəruriliyi zamanı qanda patoloji dəyişikliklər).
Əks göstərişlər
- Betametazona və ya preparatın digər komponentlərinə, eləcə də, digər QKS-lərə qarşı yüksək həssaslıq.
- Sistem mikozlar.
- Venadaxili və ya dərialtı yeridilmə.
- Oynaqdaxili yeridilmə zamanı: qeyri-sabit oynaq, infeksion artrit.
- Yoluxmuş boşluqlar və fəqərəarası sahəyə yeridilmə.
- Epidural, intratekal yeridilmə və ya preparatın bilavasitə əzələ vətərinə yeridilməsi.
- Koaqulyasiyanın pozulması (eləcə də, antikoaqulyantlarla).
- Preparatın immunosupressiv dozalarının canlı və ya zəiflədilmiş vaksinlə yanaşı yeridilməsi.
- Kəllə-beyin travması nəticəsində baş beynin ödemi.
- Laktasiya dövrü.
- 3 yaşadək uşaqlar (tərkibində benzil spirti vardır).
Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır:
- virus, göbələk və bakteriya təbiətli parazitar və infeksion xəstəliklər (hazırda mövcud olan və ya yenicə keçirilmiş, eləcə də, xəstə ilə yenicə baş vermiş təmas) – sadə herpes, kəmərləyici dəmrov (viremik faza), suçiçəyi, qızılca, amöbiaz, stronqiloidoz (təsdiq olunmuş və ya şübhəli), aktiv və latent vərəm. Ağır yoluxucu xəstəliklər zamanı təyininə yalnız spesifik terapiya fonunda icazə verilir.
- Postvaksinal dövr (peyvəndləmədən əvvəl 8 və sonra 2 həftəni əhatə edən dövr), BSJ vaksinindən sonra limfadenit.
- İmmun defisit vəziyyətlər (eləcə də, qazanılmış immun çatışmazlıq sindromu (QİÇS) və ya insanın immun çatışmazlığı virusu (İİV) ilə yoluxma).
- Mədə-bağırsaq traktı xəstəlikləri: mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ezofaqit, qastrit, kəskin və ya latent peptiki xora, yeni qoyulmuş bağırsaq anastomozu, perforasiya və ya absesləşmə təhlükəsi olan xoralı kolit, divertikulit, abses və digər irinli infeksiyalar.
- Ürək-damar sistemi xəstəlikləri, eləcə də, yenicə keçirilmiş miokard infarktı (kəskin və ya yarımkəskin miokard infarktı olan xəstələrdə nekroz ocağının yayılması, çapıq toxumasının formalaşmasının ləngiməsi və bunun nəticəsində ürək əzələsinin cırılması mümkündür), xroniki ürək çatışmazlığının (XÜÇ) dekompensasiya mərhələsi, arterial hipertenziya, hiperlipidemiya.
- Endokrin xəstəliklər – şəkərli diabet (qlükozaya tolerantlığın azalması da daxil olmaqla), tireotoksikoz, hipotireoz, İtsenko-Kuşinq xəstəliyi.
- Ağır xroniki böyrək və/və ya qaraciyər çatışmazlığı, nefrourolitiaz, qaraciyər sirrozu.
- Trombositopenik purpura (əzələdaxili yeridilmə).
- Hipoalbuminemiya və ya onun yaranmasına təkan verən vəziyyətlər.
- Sistem osteoporoz, hamiləlik miasteniyası, kəskin psixoz, piylənmə (III-IV dərəcəli), poliomielit (bulbar ensefalit forması istisna olmaqla), açıq və qapalı bucaqlı qlaukoma, gözün Herpes Simplex tərəfindən törədilən xəstəlikləri (buynuz qişanın deşilmə təhlükəsi olduğuna görə), hamiləlik.
- Oynaqdaxili yeridilmə üçün: xəstənin ümumi vəziyyətinin ağır olması, 2 dəfə yeridilmədən sonra effekt müşahidə edilməməsi (və ya təsirin qısamüddətli olması) (QKS terapiyası zamanı fərdi xüsusiyyətlər nəzərə alınmaqla).
- Ahıl yaşlı xəstədə QKS-ə qarşı həssaslığın təyini zamanı, eləcə də, postmenopauzal dövrdə qadınlarda təyini (yüksək osteoporoz riski).
- Qıcolma sindromu zamanı.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmə qabiliyyətinə təsiri
Müalicə müddətində avtonəqliyyat vasitələrinin idarə edilməsindən və diqqət cəmləmə və cəld psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Əzələdaxili, oynaqdaxili, oynaqyanı, dəridaxili, toxumadaxili və ocaqdaxili inyeksiyalar.
Betametazon dipropionatın kristallarının ölçüsünün kiçik olması dəridaxili və bilavasitə zədə ocağında yeridilmə zamanı kiçik kalibrli (26 kalibrədək) iynənin istifadəsinə imkan verir.
VENADAXİLİ YERİTMƏK OLMAZ! DƏRİALTI YERİTMƏK OLMAZ!
Flosteron preparatının təyini zamanı aseptika qaydalarına ciddi riayət edilməsi mütləqdir.
Dozalama rejimi və yeridilmə qaydası göstərişlər, xəstəliyin ağırlıq dərəcəsi və xəstənin reaksiyasından asılı olaraq fərdi qaydada seçilir.
Sistem terapiya zamanı Flosteron preparatının başlanğıc dozası 1-2 ml təşkil edir. Yeridilmə zərurətdən və xəstənin vəziyyətindən asılı olaraq təkrar edilir.
QKS-in ə/d yeridilməsi zamanı preparat əzələyə dərinə yeridilməli, bu zaman iri əzələ seçilməli və digər toxumalara düşməkdən çəkinilməlidir (atrofik dəyişikliklərin qarşısının alınması məqsədilə).
Preparat ə/d yeridilir:
• Təcili tədbir görülməsini tələb edən ağır vəziyyətlərdə. Başlanğıc doza 2 ml təşkil edir;
• Müxtəlif dermatoloji xəstəliklər zamanı Flosteron preparatının 1 ml suspenziyasının yeridilməsi, bir qayda olaraq, yetərlidir;
• Tənəffüs sisteminin xəstəlikləri zamanı. Preparatın təsiri əzələdaxili yeridilmədən bir neçə saat sonra başlanır. Bronxial astma, mövsümi qızdırma, allergik bronxit və allergik rinit zamanı Flosteron preparatının 1-2 ml miqdarının yeridilməsindən sonra vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunur;
• Kəskin və xroniki bursitlər zamanı. Əzələdaxili yeridilmə üçün başlanğıc doza 1-2 ml suspenziya təşkil edir. Zərurət olarsa, bir neçə təkrar inyeksiya aparılır.
Müəyyən müddətdən sonra qənaətbəxş klinik cavab müşahidə edilməzsə, Flosteron preparatının təyini dayandırılmalı və başqa terapiyaya keçilməlidir.
Yerli təyinat zamanı nadir hallarda yerli anestetik preparatın yanaşı təyininə ehtiyac yaranır.
Əgər arzu edilərsə, tərkibində metilparaben, propilparaben, fenol və digər bənzər maddələr olmayan 1 və ya 2%-li prokain hidroxlorid və ya lidokain məhlulları istifadə edilir. Bu zaman şprisə əvvəlcə Flosteron preparatının tələb olunan dozasını çəkməklə, qarışdırma şprisdə aparılır. Sonra eyni şprisə ampuldan yerli anestetikin tələb olunan miqdarı götürülür və qısa müddət ərzində çalxalanır.
Kəskin bursitlər zamanı (deltayabənzər əzələ altı, kürəkaltı, dirsək və dizqapağıüstü) sinovial kisəyə 1- 2 ml suspenziya yeridilməsi bir neçə saatlıq ağrını azaldır və oynağın hərəkətliliyini bərpa edir. Xroniki bursitlər zamanı kəskinləşmə aradan götürüldükdən sonra preparat daha kiçik dozalarda təyin edilir.
Kəskin tendosinovitlər, tendinitlər vəperitendinitlər zamanı Flosteron preparatının bir inyeksiyası xəstənin vəziyyətini yaxşılaşdırır; xroniki hallarda isə inyeksiya xəstənin reaksiyasından asılı olaraq təkrar edilir. Preparatın bilavasitə vətərə yeridilməsindən çəkinmək lazımdır.
Revmatoid artriti və osteoartroz zamanı Flosteron preparatının 0.5-2 ml dozada oynaqdaxili yeridilməsi yeridilmədən sonra 2-4 saat ərzində ağrını və oynaqdakı hərəkət məhdudluğunu aradan qaldırır. Terapevtik təsirin davametmə müddəti xeyli dəyişkəndir və 4 həftə və ya daha uzun sürə bilər.
İri oynaqlara yeridilmə zamanı Flosteron preparatının tövsiyə edilən dozası 1-2 ml, orta ölçülü oynaqlar üçün 0.5-1 ml, kiçik oynaqlarda isə 0.25-0.5 ml təşkil edir.
Bir sıra dermatoloji xəstəliklər zamanı Flosteron preparatının bilavasitə zədə ocağında d/d yeridilməsi effektlidir. Bu zaman tövsiyə edilən doza 0.2 ml/sm təşkil edir. Zədə ocağında bərabər şəkildə inyeksiya aparılır və bunun üçün tuberkulin şprisi və diametri 0.9 mm-ə yaxın iynə istifadə edilir. Bütün nahiyələrdə yeridilmiş preparatın ümumi miqdarı 1 həftə ərzində 1 ml-dən artıq olmamalıdır. Zədə nahiyəsinə yeridilmə üçün 25 kalibrli iynəyə malik tuberkulin şprisi tövsiyə edilir.
Flosteron preparatının bursitlər zamanı tövsiyə edilən birdəfəlik dozası (yeritmələr arasında interval 1 həftə): döyənək əmələ gəlmişsə 0.25-0.5 ml (bir qayda olaraq, 2 inyeksiya effektli olur), daban döyənəkləri zamanı 0.5 ml, pəncənin baş barmağının hərəkət məhdudluğu zamanı 0.5 ml, sinovial kista zamanı 0.25-0.5 ml, tendosinovit zamanı 0.5 ml, kəskin podaqra artriti zamanı 0.5-1.0 ml. Əksər inyeksiyalarda 25 kalibrli tuberkulin şprisinin istifadəsi məqsədəuyğundur.
Terapevtik təsir əldə olunduqdan sonra dəstəkləyici doza müvafiq vaxt intervalları ilə yeridilən betametazonun dozasının tədricən azaldılması vasitəsilə seçilir. Flosteron preparatının dozasının azaldılması minimal effektiv doza əldə edilənədək aparılır.
Stress vəziyyətinin yaranması və ya yaranma təhlükəsi zamanı (xəstəliklə əlaqədar olmayan)
Flosteron preparatının dozasını artırmaq zəruri ola bilər. Uzunmüddətli terapiyadan sonra preparatın təyininin dayandırılması dozanın tədricən azaldılması vasitəsilə aparılır.
Xəstənin vəziyyətinə nəzarət uzunmüddətli terapiya və ya yüksək dozalarda təyinat başa sonra maksimum bir il ərzində aparılır.
Buraxılış forması
7 mq/ml 1 ml suspenziya ampullarda. 5 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlama şəraiti
25 оС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
KRKA d.d., Novo mesto, Sloveniya.
Flosteron nə üçündür?
- Allergik boğulmalar və bronxial astmada istifadə olunan dərmanlar
- Artrit zamanı istifadə olunan dərmanlar
- Artroz zamanı istifadə olunan dərmanlar
- Allergik reaksiya zamanı istifadə olunan dərmanlar
- Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
- Dəmrov zamanı istifadə olunan dərmanlar
- Psoriaz zamanı istifadə olunan dərmanlar
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






