Saframaq nə üçündür? istifadə qaydası necədir?

Saframaq - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, depressiya zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Oct 1, 2024 - 17:38
 0
Saframaq nə üçündür? istifadə qaydası necədir?
Saframaq

Saframaq haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Saframaq qiyməti

Saframaq tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Saframaq qiyməti 23 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Saframag qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi: 

Zəfəran Çiçəyi Stigmas Ekstraktı (Saffron Flower Stigmas Extract (Crocus Sativus))………100 mq
Maqnezium bisqlisinat (Magnesium bisglycinate) ……………………………………………………………………..500 mq
Passiflora Incarnata Biki Ekstraktı (Passiflora Incarnata Herb Extract)…………………………………..75 mq
Melissa Officinalis Yarpaq Ekstraktı (Melissa Officinalis Leaf Extract)…………………………………….50 mq
Valerian Officinalis Kök Ekstraktı (Valerian Officinalis Root Extract )……………………………………..50 mq
Piridoksin Hidroxlorid (Pyridoxine Hydrochloride)………………………………………………………………………..6.2 mq

(5 mq B6 vitamininə bərabərdir) (equiv. to 5 mg vitamin B6)                      

Zəfəran çiçəyi ekstraktı (Safranal)   serotoninin və noraderanilinin geriyə tutulmasının qarşısını alır. Safranal monoaminoksidazanı ingibə edərək sinaps boşluğunda serotoninin konsentrasiyasını artırır.

Həmçinin Safranal artıq qida qəbul etmə həvəsinidə tənzimləyir, çəkini normada saxlamağa köməklik göstərir.

 

Maqnezium bisqlisinat – maqneziumun digər birləşmələrindən fərqli olaraq Bisqlisinat formasının (qlisin ilə birləşmiş) biomənimsənilməsi üçün mədə turşusuna ehtiyac olmur  və ona görədə tam absorbsiya olunur.  Bisqlisinat yeganə maqneziumdur ki hematoensefalitik baryeri keçir və ona görədə depressiyası, psixi narahatçılığı və miqreni olan xəstələr üçündə göstərişdir. Maqnezium sümük minerallaşmasında, enerji istehsalında, sinir sisteminin işində, sinir impulslarının ötürülməsində iştirak edir və həmçinində qidaların hüceyrə enerjisinə çevrilməsi üçün vacibdir. Hüceyrə səviyyəsində maddələr mübadiləsini normallaşdırır, yağ turşularının, zülalların sintezində və qlükozanın metabolizmasında iştirak edir. Orqanizmin fiziki enerjisinin artırmasında və qandakı şəkərinin enerjiyə çevrilməsindədə böyük rolu var.

Piridoksal 5-fosfat (Vitamin B6) – vitamin B6 aktiv formasıdır, hansı ki orqanizm tərəfindən tam biomənimsənilir. Triptofanın serotoninə və melatoninə çevrilmə reaksiyalarının kofaktorudur. Həmçinin P-5-P sinir hüceyrələri tərəfindən qlükozanın mənimsənilməsi prosesində iştirak edir.

Yorğunluq hissini aradan qaldırır, koqnitiv funksiyaları yaxşılaşdırır və immun sistemi gücləndirir.

İstifadə qaydası :

1 kapsuldan gündə 1 – 2 dəfə günün birinci yarısı qəbul etmək məsləhətdir.

Saframaq nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Depressiya zamanı istifadə olunan dərmanlar
  4. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow