Qızıl mumio tabletlər nə üçündür?
Qızıl mumio tabletlər - Yumşaq toxumaların zədələnmələri zamanı, saç, dıqnaq xəstəlikləri zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Qızıl mumio haqqında məlumat
Qızıl mumio qiyməti
Qızıl mumio tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Qızıl mumio qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Qızıl mumio qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
QIZIL MUMIO tabletlǝr.
Bioloji fəallığa malik qida əlavəsi!
Dərman vasitəsi deyildir!
Tərkibi:
1 tablet tərkibində Təmizlənmiş Altay mumiosu 200 mq vardır.
İstifadəsi üçün tövsiyələr:
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz!
Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir!
Təmizlənmiş Altay mumiosu- təbii mənşəli maddədir. Tərkibində təbiətin özünün seçdiyi 50-yə qədər üzvi birləşmə - amin turşuları, vitaminlər, efir yağları və maqnezium, fosfor, silisium, dəmir, sink, kükürd, mis, bor və digər 30-dan çox mikro- və makroelementlər olan bioloji fəallığa malik qida əlavəsidir.
QIZIL MUMİO - Sümük və əzələ toxumalarının metabolizm proseslərini dəstəkləyən, mineral mübadilənin sürətlənməsinə köməklik göstərən, orqanizmin özünü müdafiə-adaptogen imkanlarının artmasına yardım edən köməkçi vasitədir.
İstifadə qaydası və dozası:
Böyüklər və 14 yaşından yuxarı uşaqlar 1 həb gündə 2 dəfə, yemək zamanı daxilə qəbul edilir. Profilaktik məqsədlə qəbulun müddəti – 1 aydır, sümük travmaları zamanı - 2 aya qədər davam etdirilə bilər.
Tövsiyə olunan gündəlik dozanı aşmayın!
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Yararlılıq müddəti:
5 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti:
25 °C-dən yuxarı olmayan temperaturda, uşaqların görmədiyi və əli çatmadığı yerdə saxlanılmalıdır.
Buraxılış forması:
No 20 və 60 tablet karton qutuya qablaşdırılır.
İstehsalçı:
"Evalar" QSC, Rusiya Federasiyası, Altay vilayəti, 659332, Biysk ş., Sosialistiçeskaya küç., 23/6.
Qızıl mumio nə üçündür?
- Yumşaq toxumaların zədələnmələri
- Sınıqlar
- Saç, dıqnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






