​BUTİFAR №30 kapsul

​BUTİFAR №30 kapsul Yoğun bağırsağın normal fəaliyyətini təmin edən vasitə

Jun 6, 2024 - 19:33
Jun 11, 2024 - 14:17
 0
​BUTİFAR №30 kapsul
​BUTİFAR №30 kapsul

BUTİFAR №30 kapsul Tərkibi

Təsiredici maddə: 1 kapsulun tərkibində 150 mq natrium butirat vardır.

YAZININ İÇİNDƏKİLƏR
  • Hamısına bax

    Köməkçi maddələr: tamamilə hidrogenləşdirilmiş palma yağı, natrium alginat, yağ turşularının mono və diqliseridləri, qliserol monolaurat.

    Kapsul: hidroksipropil metilsellüloza, titan dioksid, təmizlənmiş su.

     

    Farmakoloji xüsusiyyətləri

    BUTIFAR preparatının əsas təsiredici maddəsi natrium butirat yoğun bağırsaqda mikrofloranın fəaliyyəti nəticəsində yaranan təbii qısa zəncirli yağ turşusudur.

    BUTIFAR yoğun bağırsağın normal fəaliyyətini təmin edən, iltihab əleyhinə, kolonoprotektor, regenerasiyaedici, antisekretor, proapoptotik və prebiotik təsirlərə malik vasitədir.

    Qısa zəncirli yağ turşusu olan natrium butirat yoğun bağırsaq hüceyrələrini (kolonositləri) enerji ilə təmin edir, maddələr mübadiləsini yaxşılaşdırır, kolonositlərin normal inkişafına və yoğun bağırsağın iltihabi-infeksion xəstəliklərinə qarşı müdafiə gücünün artırılmasına səbəb olur.

    Histon asetilaza fermentinin aktivliyini azaldır, yoğun bağırsaq hüceyrələrində nüvə faktoru NF-kB-nin fəaliyyətini inhibə edir və iltihab əleyhinə təsir göstərir.

    Butifar antisekretor təsirə malikdir, NaCl-un epitelial baryerdən nəqlini inhibə edir və Cl- ionlarının sekresiyasını azaldır.

    Butifar bağırsaq divarının qeyri-spesifik baryer xüsusiyyətinə müsbət təsir edir. Yoğun bağırsağın selikli qişasının hüceyrələrini bərpa edir, müdafiə baryerini yaxşılaşdırır, regenerasiyaedici təsir göstərir. Bu, selikli qişanın regenerasiyası üçün zəruri olan transqlutaminazanın fəaliyyətini tənzimləməklə həyata keçirilir. Musin istehsalına cavabdeh olan MUC2 genin ekspresiyasını gücləndirməklə musin sintezini və seliyin ifrazını stimulə edir.

    Butifar siklooksigenaza-2 (SOG-2) fermentini inhibə edərək orqanizmin proapoptotik təsirini gücləndirir, şiş hüceyrələrinin yaranmasının və çoxalmasının qarşısını alır. Kolonositlərin patoloji böyüməsini tormozlayır və kanserogenlərin zədələyici təsirindən müdafiə edir.

    Butifar bağırsaqda su-elektrolit balansını tənzimləyir, diareya (ishal) əleyhinə təsir göstərir, normal bağırsaq homeostazını təmin edir.  

    Butifar kolonositlərdə və faqositlərdə bakteriyaların mədə-bağırsaq sistemininin selikli qişasına yapışmasına mane olan və invaziyasının qarşısını alan LL-37 və CAP-18 antimikrob peptidlərinin istehsalını stimulə edir, şərti-patogen bakteriyaların inkişafının qarşısını alır. Yoğun bağırsaqda normal mühit yaradaraq faydalı mikrofloranı bərpa edir. Butifar yoğun bağırsağın selikli qişasının normal qidalanmasını təmin edir, peristaltikasını (motor fəaliyyətini) tənzimləyir: bağırsağın motor fəaliyyətinin pozulmasına səbəb olan xolinasetiltransferazanın təsirindən aktivləşən immunreaktiv neyronların səviyyəsini artırır, NO-sintetazanın təsirindən aktivləşən neyronların səviyyəsini azaldır. Həmçinin, ağrı hissini azaldır, defekasiya aktını tənzimləyir.

    Butifar yoğun bağırsaqda yerləşən L–hüceyrələrdə GLP1 və ya PYY–nin endogen sintezini artırır, doyma hissi yaradır, bədən çəkisini azalmasını təmin edir, piylənmənin qarşısını alır. Mitoxondriyaların fəaliyyətini və enerji sərfini yüksəldir. 

    Bağırsaqda xolesterinin biosintezini azaldır.  

     

    İstifadəsinə göstərişlər

    Aşağıdakı hallarda yoğun bağırsağın fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ:

    • Yoğun bağırsağın funksional xəstəlikləri (qıcıqlanmış bağırsaq sindromu, funksional diareya,  funksional qəbizlik)
    • Müxtəlif mənşəli diareyaların kompleks müalicəsi 
    • Yoğun bağırsağın iltihabi xəstəlikləri (qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi,  mikroskopik  kolit). 
    • Kolitlər (infeksion və qeyri-infeksion)
    • Yoğun bağırsağın divertikulu
    • Bağırsaq mikroflorasının müxtəlif mənşəli pozulması (antibiotiklərin qəbulu,  bağırsaq infeksiyaları, enterokolit) 
    • Yoğun bağırsağın işemik zədələnmələrinin kompleks müalicəsi
    • Qaraciyərin piy infiltrasiyası (qeyri-alkoqol, alkoqol) 
    • Qida allergiyasının kompleks müalicəsi.
    • Yoğun bağırsaq polipozu 
    • Kolorektal xərçəngin profilaktikası 
    • Piylənmə və hiperxolesterinemiyanın kompleks müalicəsi
    • Kimyəterapiya və şüa terapiyasından sonrakı dövr
    • Yoğun bağırsaqda aparılan cərrahi əməliyyatlardan sonra

     

    Əks göstərişlər:

    Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.

     

    BUTİFAR №30 kapsul İstifadə qaydası və dozası

    • Butifar kapsulları yemək zamanı bir stəkan (200 ml) su ilə daxilə qəbul edilir.
    • Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
    • 7 yaşdan yuxarı uşaqlar və böyüklər:
    • 1 kapsul gündə 2 dəfə (səhər və axşam).  
    • Yoğun bağırsağın xroniki xəstəlikləri, qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi zamanı: 
    • 2 kapsul gündə 2 dəfə (səhər və axşam).
    • Minimal müalicə kursu 3 aydır.
    • Doza və qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.

      

    Buraxılış forması

    30 kapsul, blisterlərdə. 3 blister (3x10), içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

    İstehsalçı:

    Sensilab Ltd, Sloveniya.

    Bu yazıya reaksiyanız ?

    like

    dislike

    love

    funny

    angry

    sad

    wow