Teader çayı nə üçündür?

Teader çayı - Sızanaqlar zamanı, dermatit və eqzema zamanı istifadə olunan preparatdır.

Oct 29, 2024 - 17:50
 0
Teader çayı nə üçündür?
Teader çayı

Teader çayı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Teader çayı qiyməti

Teader çay qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Teader çayı qiyməti 4 azn - 6 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Teader qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi: 

Üçbölümlü yatıqqanqal otu, aptek çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, gicitkən yarpağı, qaraqınıq otu, bənövşə otu, kəklikotu otu, dərman pişikotu kökü, şirin biyan kökü.

Teader çayı tərkibi və göstərişləri

Teader çayının tərkibində olan gicitkən yarpaqları, aptek çobanyastığı çiçəyi dəridə mikrosirkulyasiya və regenerasiyanı sürətləndirərək onun pozulmuş tamlığını bərpa edir. Qaraqınıq otu, yartıqqanqal otu bakterisid təsir göstərərək infeksiyaların yayılmasının qarşısını alır. Teader çayının tərkibində olan yatıqqanqal otu, bənövşə otu kimi bitkilər hipo- və desensibilizəedici təsir göstərərək orqanizmdə həssaslığı aradan qaldırır. Həmçinin yatıqqanqal otu, çöl qatırquyruğu otu maddələr mübadiləsini də sürətləndirərək allergik proseslərin sönməsini tezləşdirir.

Dəridə olan qaşınma, göynəmə nəticəsində istər böyüklərdə, istərsə də uşaqlarda sinir sistemində oyanıqlıq yaranır, bunun nəticəsi olaraq insan narahat olur, yuxusu pozulur, iştahasızlıq müşahidə olunur. Bu zaman Teader çayının tərkibində olan pişikotu kökü, kəklikotu otu, aptek çobanyastığı çiçəyi sinir sistemini sakitləşdirir, spazmolitik təsir göstərir. Yuxunu normallaşdırır və iştahanı yaxşılaşdırır. Yerli istifadə zamanı Teader çayının tərkibində olan şirin biyan kökü dərinin yerli müqavimətini artırır. Teader çayını həm böyüklər, həm körpələr, həm uşaqlara vanna, islatma, daxilə qəbul şəklində istifadə etmək olar. Hətta güclü allergik reaksiyalar zamanı imalə şəklində də tətbiq edilə bilər.

İstifadə qaydası: 

İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir. Çaydan vanna və islatma şəklində istifadə etmək olar.

Qəbul müddəti 1-3 aydır.

Teader çayı nə üçündür?

  1. Uşaq dərisinə qulluq vasitələri
  2. Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
  3. Sızanaqlar əleyhinə istifadə olunan vasitələr
  4. Bitki çayları

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow