Aquarino baby burun damcısı
Aquarino baby - Qrip zamanı, rinit, sinusit zamanı istifadə olunan preparatdır.

Aquarino baby haqqında məlumat
Aquarino baby qiyməti
Aquarino baby qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Aquarino baby qiyməti 4 azn - 6 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Aquarino damcı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Hipertonik məhlul olub,hər ml-ə daxildir:
- Na ----------------------- 3,7-4,8mq/ml;
- Mg ----------------------- 0,005-0,006mq/ml;
- Ca ----------------------- 0,005-0,006mq/ml;
- Cl ----------------------- 5,8-6,7mq/ml;
- SO4 --------------------- 0,008-0,012mq/ml;
- Təmizlənmiş su ------- 1ml-ə qədər
Xüsusiyyətləri
Aquarino baby damcı burun boşluğunda selikli qişanın ödemini aradan qaldıraraq kirpikli epitelinin fəaliyyətini normallaşdırır. Burun boşluğunun selikli qişasının iltihabını aradan qaldırır,burun boşluğunu və burun udlağını virus, bakteriya,allergen, selik və toz hissəciklərindən təmizləyir. Burun boşluğunda olan zədələrin regenerasiya prosesini sürətləndirir,nəmləndirici təsir göstərir, qicıqlanmanın qarşısını alır. Burun boşluğuna təyin olunmuş dərman vasitələrinin terapevtik effektivliyini artırır, normal fizioloji vəziyyətin bərpa olunmasına kömək edir,selikli qişanın qurumasının qarşısını alır və yerli immuniteti artırır.
İstifadə qaydası
- 0-3 yaş uşaqlara 1-2 damcı gündə 3-4 dəfə burun boşluğuna
- 3-6 yaş uşaqlara 2-3 damcı gündə 3-4 dəfə burun boşluğuna
Göstərişləri
- Kəskin və xroniki rinit
- Kəskin və xroniki sinusit
- Kəskin və xroniki adenoidit
- KRVİ və qripin kompleks müalicəsi
- Burun tıxanıqlığı və quruluğu
- Burun əməliyyatlarından sonrakı dövr
- Burun balıqqulaqlarının hipertrofiyası və burunun selikli qişasının ödemi
- Digər burun preparatlarının təsirini artırmaq məqsədilə həmin preparatların istifadəsindən öncə
Aquarino baby nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






