Kalsinol sirop
Kalsinol sirop vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı istifadə olunan preparatdır.

Kalsinol sirop haqqında məlumat
Kalsinol sirop qiyməti
Kalsinol sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kalsinol sirop qiyməti 18 azn - 21 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Kalsinol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Kalsium ------500 mq
- Magnezium - 150 mq
- Sink ---------- 4 mq
- Vitamini D3 - 400 İU
Xüsusiyyətləri
Kalsium (Ca)-sümüklərin, dişlərin formalaşmasında və uşaqların normal inkşafı üçün lazım olan əsas elementlərdən biridir. Kalsium sinir keçiriciliyinin,əzələ yığılmalarının tənzimlənməsində iştirak edir və qan laxtalanması sisteminin komponentlərindən biridir.
Maqnezium (Mg)-orqanizmdə bir çox fizioloji proseslərdə iştirak edir. Orqanizmdə miqdarına görə mikroelementlər içərisində VI yeri maqnezium tutur.Maqnezium ionları neyronların qıcıqlanmasını azaldır, əzələlərdə ion balansının saxlanmasında fizioloji rol oynayır, bir çox fermentativ reaksiyalarda, ATF-in sintezində iştirak edir. Kalsiumun metabolizminin nizamlanmasında, sümüklərin mineralizasiyasında və inkişafında iştirak edir. Maqnezium sinir impulslarının ötürülməsini, əzələlərin yığılma və boşalmasını, ürək- damar sisteminin sağlamlığını təmin edən əsas mineraldır. Maqneziumun orqanizmdə orta miqdarı 17 mq/kq-dır. Bu miqdarın 99%-i hüceyrə daxilində toplanır. Mg nazik bağırsağın qişası səviyyəsində sorulur.
Sink - Sinir sisteminin funksiyasını normallaşdırır (beyinciyin funksiyasını normallaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır). Qanyaranma prosesində, insulin sintezində, spermatogenez prosesində iştirak edir.
D3 Vitamini - kalsiumun bağırsaqlardan mənimsənilməsini çoxaldır və orqanizmdə kalsium-fosfor mübadiləsinin tənzimlənməsində iştirak edir. Osteositlərdə DNT-nin sintezini fəallaşdırır.
Farmakodinamika:
Sümük toxumasının minerallaşmasını və sınıqların tez birləşməsini sürətləndirir. Sümüklərin, dişlərin, ürək əzələlərinin və sinirin normal fəaliyyətini təmin edir.
İstifadə qaydası
- 4-14 yaşlı uşaqlar gün ərzində 1 dəfə 5 ml
- 14 yaşdan yuxarı uşaqlar və böyüklər gün ərzində 1 dəfə 10 ml
Göstərişləri
- Uşaqlarda raxitin müalicəsi və profilaktikası
- Uşaqlarda kalsiumun çatışmazlığı əlamətlərində (əmgəyin bağlanmasının ləngiməsi)
- Uşaqlarda sümük sınıqlarının bərpası
- Diuretiklərin və qıcolma əleyhinə preparatların uzunmüddətli qəbulu zamanı
- Yeniyetmə dövründə kalsiuma tələbat artdıqda
- Məktəb yaşlı uşaqlarda yaddaşı və diqqəti yaxşılaşdırmaq məqsədilə
- Qida qəbulu ilə əlaqədar Ca və D3 vitaminin defisitinin bərpası
- Uşaqlarda dişlərin formalaşması və normal inkişafı
Kalsinol sirop nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






