Chela-Mag B6 haqqında məlumat

Chela-Mag B6 -Xüsusilə bədəndə maqnezium çatışmazlığına məruz qalan insanlara tövsiyyə olunur.

Nov 27, 2024 - 18:28
 0
Chela-Mag B6 haqqında məlumat
Chela-Mag B6

Chela-Mag B6 haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Chela-Mag B6 qiyməti

Chela-Mag B6 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Chela-Mag B6 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Təsviri:

 

Chela-Mag B6®, B6 vitamini ilə zənginləşdirilmiş Albical™ amin turşusu xelatı (maqnezium bisglycinate) şəklində yüksək dərəcədə əmilən maqnezium formulundan ibarət Chela-Mag B6 bioloji fəallığa malik qida əlavəsidir, metabolik proseslərdə maqnezium ilə əməkdaşlıq edir.

 

Tərkibi:

1 kapsulda:

Maqnezium (Mg, Magnesium) - 100 mq

B6 vitamini (Pyridoxine)         - 2.1 mq

maqnezium bisqlisinat (maqnezium aminturşu xelatı

ALBION®) (magnesium bisglycinate, magnesium amino acid chelate

Albion®) maqnezium, ayırıcı - maqnezium oksid (anticaking agent-

MgO Magnesium Oxide), maltodekstrin (Maltodextrin), ayırıcı - yağ turşularının maqnezium duzları (anti-caking agent – magnesium salts of fatty acids); pridoksin hidroxlorid – vit. B6 (Pyridoxine), kapsul (jelatin (gelatine), boya - E171)

Maqnezium əzələlərin düzgün işləməsinə kömək edir. Albion® tərəfindən maqnezium amin turşusu xelatı tamamilə hipoalerjenikdir (ABŞ patent № 7,838,042), bu əlavənin təhlükəsizliyi üçün çox vacibdir. B6 vitamini ilə birlikdə sinir sisteminin düzgün işləməsi və düzgün psixoloji funksiyaların qorunması, halsızlıq və yorğunluğun azaldılmasına kömək edir. Sağlam sümüklərin, dişlərin və elektrolit balansının qorunmasında iştirak edir. Düzgün enerji mübadiləsi ilə məşğul olur və düzgün protein sintezində kömək edir. In vitro tədqiqatında Bisglisinatdan olan maqneziumun assimilyasiyası oksid, sulfat və karbonat kimi qeyri-üzvi birləşmələrə nisbətən bir neçə dəfə yüksəkdir.

İstifadəsinə dair tövsiyələr: 

Chela-Mag B6 nə üçündür?

  • Chela-Mag B6® Xüsusilə bədəndə maqnezium çatışmazlığına məruz qalan insanlara tövsiyyə olunur;
  • Yüksək fiziki və psixi gərginlik, yorğunluq;
  • Stressə davamlığı artırmaq üçün;
  • Yüksək oyanıqlıq, yuxunun pozulması, mədə - bağırsaq spazmı və ya taxikardiya, əzələ spazmı və ağrısı, sancma hissi. 

Qəbul qaydası: 

18 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə yeməkdən sonra. Tövsiyə olunan gündəlik dozadan artıq qəbul etmək olmaz. Hamiləlik və laktasiya dövründə həkim məsləhətilə qəbul oluna bilər.                                 

Əks göstərişlər: 

Məhsulun tərkibindəki hər hansı bir komponentinə qarşı hiperhəssaslığı olan və 18 yaşa qədər olan şəxslər istifadə etməməlidir.   

 

Buraxılış forması: 

Karton qutu, 60 kapsul, təlimat vərəqəsi ilə birlikdə

 

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. Bioloji fəallığa malik qida əlavələri normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

 

Saxlanma şəraiti: 

25° C-dən yuxarı olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmadığı yerdə saxlanılmalıdır.                                                                                                                                                 

Yararlılıq müddəti: 

Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

Polşada (Avropa Birliyi) istehsal olunmuşdur.                                                                                                                                                               

İstehsalçı:

Olimp Laboratories Sp. z o.o. PL

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow