Trianorm kapsul haqqında məlumat
Trianorm - Metabolik pozulmalar zamanı, qalxanabənzər vəzi (zob) xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Trianorm haqqında məlumat
Trianorm qiyməti
Trianorm qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Trianorm qiyməti 17 azn - 20 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Trianorm kapsul qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
(1 kapsulun tərkibində)- L-tirozin ( L-Tirosine) -----------------------------200mq
- Vit E (as DL-Alfa Tocopheryl Acetate)---------10mq
- Selen (as Sodium Selenate)------------------------100mkq
- Yod (as-Potassium İodate) ------------------------100mkq
- Vit D3 (as Cholecalciferol )-----------------------2,5mkq
Farmakoloji xüsusiyyətləri:
L- tirozin insan orqanizmində sintez olunan aminturşudur. L- tirozinin iştirakı ilə qalxanvari vəzin əsas hormonları olan tiroid tiroksin (T4) və triyodtironin(T3) sintez olunur.
L- tirozin eyni zamanda sinir impulslarının ötürülməsində iştirak edən neyromediatorların --noradrenalin , adrenalin və dofaminin sintezində rolu vardır.
Vitamin E güclü antioksidantdır. İnsan orqanizmində maddələr mübadiləsinin normada saxlanılması, toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorunmasında vacib elementlərdən biridir.
Selen immun sistemi stimulə edir, qalxanvarı vəzin sərbəst radikallar tərəfindən zədələnməsinin qarşısını alır. Hormonları aktivləşdirən fermentlərin tərkibinə daxildir. Metabolizm zəifləməsi nəticəsində əmələ gələn artıq çəkinin yığılmasına mane olur. Selen insan orqanizmində yodun biotransformasiyasında iştirak edir.
Yod - funksiyası qalxanvarıi vəzin hormonlarının sintezini tənzimləməkdir. Yod, tiroid hormonları tiroksin və triyodotironinin tərkib hissəsi olan həyati vacib bir elementdir. . Tireoid hormonunun tərkibinin 65%-ni yod təşkil edir. Qalxanabənzər vəzinin hormonları bütün orqan və sistemlərin inkişafında, orqanizmdə metabolik proseslərin tənzimlənməsində iştirak edir. Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir, ürək damar, hormonal sisteminin funksiyasının qorunmasında vacib rol oynayır. Əlavə olaraq immun sistemi gücləndirir, iltihab əleyhinə və antioksidant təsirləri vardır.
İstifadəsinə göstərişləri:
- Hipotireoz
- Endemik zob
- Zehni və fiziki fəaliyyətin zəifləməsi
- Xroniki yorğunluq sindromu
- Qida rasionunda yod çatışmazlığı
İstifadə qaydası və dozası:
Böyüklər 1 kapsul gündə 1-2 dəfə
Əks göstərişlər:
- Hipertireoz
- Şizofreniya
- Antidepressantların qəbulu
- Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Buraxılış forması:
kapsul №30
İstehsalçı:
SmartPharm, Türkiyə
Azərbaycanda rəsmi distribütor:
HealPro MMC
Trianorm nə üçündür?
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- Qalxanabənzər vəzi (zob) xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






