Oksibor qulaq damcısı nə üçündür?
Oksibor - Qulaq xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Oksibor haqqında məlumat
Oksibor qiyməti
Oksibor damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Oksibor qiyməti 10 azn - 12 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Oksibor damla qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi :
- Bor turşusu
- hidrogen peroksid
- natrium stannat
- təmizlənmiş su
Farmakoloji xüsusiyyətləri:
OKSİBOR xarici qulaq kanalının infeksion xəstəlikləri (bakteriya, göbələk) zamanı istifadə olunan məhluldur. Xarici qulaq infeksiyasının müalicəsində vacib addım xarici qulaq kanalını travma olmadan təmizləyir.
İstifadəsinə göstərişləri :
- Kəskin və xroniki xarici otit (qulaq pərdəsinin tamlığı pozulmadıqda)
- Xarici eşitmə kanalının mexaniki təmizlənməsi zamanı istifadə olunur .
İstifadə qaydası və dozası:
- Uşaqlara gündə 3 dəfə 1-3 damcı
- Böyüklər üçün gündə 3 dəfə 5 damcı
- Yaş məhtudiyyəti yoxdur
Buraxılış forması:
flakon, 30ml
İstehsalçı:
Abfen Farma, Türkiyə
Azərbaycanda rəsmi distribütor:
HealPro MMC
Oksibor nə üçündür?
Qulaq xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






