Prozinktol nə üçündür? istifadə qaydası necədir?
Prozinktol - Vitamin və mineral çatışmamazlığı zamanı, saç, dıqnaq xəstəlikləri zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Prozinktol haqqında məlumat
Prozinktol qiyməti
Prozinktol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prozinktol qiyməti 20 azn - 23 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prozinktol qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ
TƏRKİBİ
Bir kapsulun tərkibinə daxildir:
Sink pikolinat-122,5 mq (Zn 24,5 mq)
Vitamin C - 50 mq
Köməkçi maddələr: dikalsium fosfat, jelatin, mikrokristalik sellüloza, maqnezium duzlarının yağ turşuları, talk, silisium, titan dioksid, bitki mənşəli maqnezium stearat.
XÜSUSİYYƏTLƏRİ
PROZINCTOL - sink və Vitamin C əsasında olan qida əlavəsidir.
Sink orqanizm üçün vacib mikroelement olub, bir sıra hormonların sintezində iştirak edir: LH, FSH, insulin, testosteron və somatotrop hormon. Sink orqanızmin infeksion xəstəliklərə qarşı müqavimətiini artırır və sağalmanı sürətləndirir. Sink saç tökülməsinin qarşısını alır, tük soğanaqlarını möhkəmləndirir və saçları möhkəmləndirir. Orqanizmdə keratin, kollagen, hialuron turşusunun sintezini artırır, dəridə bərpa olma və yara sağalma proseslərini sürətləndirir.Vitamin C orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Güclü antioksidant təsirə malikdir.
Bu kombinasiya hüceyrələrin oksidativ stresdən qorunmasını təmin edir.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR
Sink və Vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA
Böyüklər 1 kapsula gündə 1 dəfə.
ƏLAVƏ TƏSİRLƏR
Tərkib hissələrinə qarşı həssaslıq olduqda, allergic reaksiyaların yaranması mümkündür.
ƏKS GÖSTƏRİŞLƏR
Məhsulun hər hansı komponentinə qarşı fərdi həssaslıq.
EHTİYYAT TƏDBİRLƏRİ
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Uşaqların əli çatmayan yerdə saxlayın.
SAXLANMA ŞƏRAİTİ
15-25oC arası temperaturda, quru, işıq düşməyən yerdə saxlanılmalıdır.
BURAXILIŞ FORMASI
Kapsul №30 (2x15) blisterdə, karton qutu qablaşmada.
DƏRMAN VASİTƏSİ DEYİL.
İSTEHSALÇI
Gricar Chemical S.r.l.
Via San Giuseppe 18/20
Brughero (MB)
İtaliya
Prozinktol nə üçündür?
- Saç, dıqnaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






