Totalvit forte istifadə qaydası necədir?

Totalvit forte - Vitamin və mineraı çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Sep 28, 2024 - 08:06
 0
Totalvit forte istifadə qaydası necədir?
Totalvit forte

Totalvit forte haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Totalvit forte qiyməti

Totalvit forte qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Totalvit forte qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Totalvit qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Bioloji fəallığa malik qida əlavəsi

TƏRKİBİ

Vitamin B3 (Vitamin B3)-16,02mq, Xolin bitartrat (Choline bitartrate) -7,31mq (xolin (Choline)-3mq)), Vitamin B5 (Vitamin B5)-6mq; İnozitol (Inositol)-3mq, Para-amin benzoy turşusu (PABA)-2mq, Vitamin B2 (Vitamin B2)-1,4mq, Vitamin B6 (Vitamin B6)-1,40mq, Vitamin B1 (Vitamin B1)-1,1mq, Fol turşusu (Folic acid)-200 mkq, Biotin (Biotin)-50 mkq, Vitamin B12 (Vitamin B12)-2,5 mkq.

Köməkçi maddələr: Mikrokristallik sellüloza (microcrystaline cellulose), dikalsium fosfat (dicalcium phosphate), hidroksipropil metil sellüloza(hydroxypropyl methyl cellulose), yağ turşularının maqnezium duzları (magnesium salts of fatty acids), silisium dioksid (silicon dioxide), talk (talc), kalsium karbonat (calcium carbonate), polietilen qlikol (polyethylene glycol), dəmir oksid, sarı (iron oxide, yellow).

TOTALVİT FORTE – B qrup vitaminləri və vitaminəbənzər maddələrdən ibarət olan vitamin kompleksidir. Sinir sistemində mielin qatının sintezində iştirak edir; zülalların, yağların və karbohidratların metabolizmində iştirak edir, immun sistemini gücləndirir və orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR

B qrup vitaminləri və vitaminəbənzər maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.

İSTİFADƏ QAYDALARI VƏ DOZA

Böyüklər: 1 tablet gündə 1 dəfə.

ƏKS GÖSTƏRİŞLƏR

Məhsulun tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq.

SAXLANMA ŞƏRAİTİ 

25C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

BURAXILIŞ FORMASI

TOTALVİT FORTE, tablet № 30 (2x15) blisterdə, karton qutu qablaşdırmada.

DƏRMAN VASİTƏSİ DEYİL.

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya

Totalvit forte nə üçündür?

  1. Vitamin və mineraı çatışmamazlığı
  2. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  3. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow