Positon krem nə üçündür? qiyməti və tərkibi

Positon krem - Bakterial xəstəliklər zamanı, dəmrov zamanı, göbələk mənşəli səpkilərdə, dermatit və eqzema zamanı istifadə olunan preparatdır.

Sep 27, 2024 - 18:17
 0
Positon krem nə üçündür? qiyməti və tərkibi
Positon krem

Positon krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Positon krem qiyməti

Positon krem qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Positon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı: Triamcinolone acetonide, Neomycin sulphate, Nystatin

Tərkibi

Təsiredici maddələr: preparatın hər q-da:

1 mq Triamsinolon asetonid (Avr. Farm. (avropa farmakopeyası)), 2, 5 mq Neomisin-sulfat (Avr. Farm.), 100 000 BV nistatin (Avr. Farm.) vardır.
Köməkçi maddələr: sorbit turşusu (Avr. Farm.), setostearil spirti (Avr. Farm.), dimetikon (Avr.Farm.), titan 4-oksid(CI=77891, E-171) (Avr. Farm.), qliseril mono stearat, etilendiamin dihidroxlorid, alüminium-hidroksid, metil parahidroksibenzoat (Metilparaben) (Avr. Farm.), polietilenqlikol 2000 monostearat (Makroqol stearat) (Avr. Farm.), propel-parahidroksibenzoat (Propilparaben) (Avr. Farm.), propilenqlikol (Avr. Farm.), sorbitol (Avr. Farm.), ağ vazelin (Avr. Farm.), su (Avr. Farm.).

Farmakoterapevtik qrupu

Orta təsir gücünə malik kortikosteroidlərlə antibiotiklərin kombinasiyası. Triamsinolon və antibiotiklər;

ATC kodu: D07CB01

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası
Triamsinolon dəriyə yerli təsiri ilə tanınan, tərkibində flüor olan kortikosteroiddir. O, hidrokortizon ilə müqayisədə daha güclü, yerli iltihabəleyhinə təsirə malikdir; iltihabı əlamətlərin aradan qalxmasını təmin edərək, pasiyentin özünü daha yaxşı hiss etməsinə səbəb olur.  Preparatın dəriyə sürtülməsi zamanı həmçinin vazokonstriktor effekt də qeydə alınır ki, bu da yerli iltihabəleyhinə təsirə şərait yaradır.
Neomisin sulfat yerli olaraq və daxilə qəbul zamanı bakteriosid təsir göstərən, aminoqlikozid qrupuna aid olan antibiotikdir. Neomisin stafilokoklar da daxil olmaqla qrammüsbət mikroorqanizmlərə və qrammənfi mikroorqanizmlərin bir çox növünə qarşı effektivdir. Pseudomonas aeruginosa ştammları, göbələklər və viruslar neomisinə qarşı davamlıdır. Təsir mexanizmi, mikroorqanizm ribosomunun 30S seqmenti ilə geridönməz birləşməsinə əsaslanır ki, bu da öldürücü təsir göstərir. Preparatın effektivliyi irinin mövcudluğu zamanı azalmır.
Nistatin Streptomyces noursei mikroorqanizmindən alınmış göbələkəleyhinə preparatdır.
İn vitro Nistatin bir çox oxşar maya və Candida göbələklərinə fungistatik və fungisid təsir göstərir. O, Candida göbələklərinin həssas növlərinin (Candida albicans və başqaları) hüceyrə membranındakı sterollarla birləşərək ion kanallarının əmələ gəlməsinə, membran keçiriciliyinin dəyişilməsinə və hüceyrədaxili elementlərin kənara çıxmasına səbəb olur. Nistatinin artan konsentrasiyalarına məruz qalaraq təkrar əkilən  Candida albicans kulturalarında preparata davamlılıq inkişaf etməyib. Adətən müalicə ərzində nistatinə qarşı rezistentlik  əmələ gəlmir. Nistatin bakteriyalara, ibtidailərə və viruslara qarşı təsirli deyil.
Farmakokinetikası
Kortikosteroidlər dəridən az miqdarda sorula bilər. Dəridən absorbsiya olunma dərəcəsi müxtəlif faktorlardan, məsələn, məlhəm əsasının (doldurucu) növündən, dərinin təmizliyindən (tamlığından), dəriyə sürtülmə sahəsindən, bağlı geyimlərin istifadə olunmasından asılıdır. Bu, zədəsiz dəridən sorula bilər.
Bir dəfə absorbsiya olunduqdan sonra maddənin farmakokinetikası daxilə qəbul edilmiş kortikosteroidlərlə eynidir (plazma proteinlərinə birləşir, qaraciyərdə metabolizmə uğrayır və böyrəklərlə xaric olunur).
Neomisin zədəsiz dəridən sorulmur, ya da çox cüzi miqdarda sorulur.  Bir hissəsi dəridən sorulmuş olarsa, dəyişikliyə uğramadan böyrəklərlə xaric olunacaq.
Nistatin zədələnməmiş dəri və ya selikli qişalardan absorbsiya olunmur.  Daxilə qəbul edildikdə dəyişilməmiş şəkildə nəcislə xaric olunur.

İstifadəsinə göstərişlər

Positon krem bakterial və göbələk infeksiyaları zamanı kortikoidlərə həssas olan aşağıdakı dermatoloji xəstəliklərin müalicəsində istifadə olunur.
Ekzema (böyüklər  və 2 yaşdan yuxarı uşaqlar), atopik və ya diskoid dermatit, düyünlü pruriqo, neyrodermatozlar (sadə və yastı dəmrov daxil olmaqla), kontakt və seborreyalı dermatitlər, həşəratların sancması zamanı yaranan reaksiyalar, anal və genital qaşınma.

Əks göstərişlər

Təsiredici və  ya köməkçi tərkib hissələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Çəhrayı sızanaqlar, vulqar sızanaqlar, perioral dermatit, perianal və genital qaşınma və ya dəri virus infeksiyaları (məs. sadə herpes, suçiçəyi) zamanı istifadə etməyin.
2 yaşdan kiçik uşaqlarda dərinin və böyrək funksiyasının natamam inkişafı ilə bağlı yüksək absorbsiya riski olduğundan, dermatitlər, o cümlədən bişməcə dermatiti (bələk dermatiti) və səpgiləri zamanı istifadə etməyin.
Tərkibində neomisin sulfat olan dərmanlar ototoksiklik səbəbindən təbil pərdəsinin deşilməsi ilə bağlı otitlərin müalicəsində tətbiq olunmamalıdır.
Məlum ototoksik və nefrotoksikliyi ilə bağlı dərmanın sistem təsiri riskini nəzərə alaraq, Poziton kremin artıq miqdarda və ya geniş sahədə uzunmüddətli istifadəsi məsləhət görülmür. 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya zamanı neomisinin efekti haqqında məlumat çox məhduddur. Neomisin plasentar baryeri keçdiyindən, ananın qanında toplandığından və toksiki təsir göstərə bildiyindən, hamiləlik və laktasiya zamanı Positon kremin istifadəsi əks göstərişdir.

Xüsusi göstərişlər

Mümkün qədər, xüsusən uşaqlarda preparatla uzunmüddətli yerli müalicədən qaçmaq lazımdır. Belə ki, Kuşinq simptomunun klinik əlamətləri ilə və ya onlar olmadan, hətta bağlı geymlərdən istifadə etmədikdə də böyrəküstü vəzin supressiyası baş verə bilər. Bu baş verərsə, böyrəküstü vəzin çatmamazlığı riski ilə bağlı tibbi nəzarətdə saxlanmaqla, yerli kortikosteroidlərin tətbiqi tədricən dayandırılmalıdır.
Davamlı infeksion prosesi zamanı sistem terapiya tətbiq olunmalıdır. İnfeksiyanın yayılması halında yerli kortikosteroidlərin istifadəsi dayandırılmalıdır. Bağlı geyimlər və tərləmənin qarşısını ala biləcək vasitələrdən istifadə etməyin, çünki bu, infeksion prosesin inkişafına və dərinin qıcıqlanmasına şərait yaradır.  Aplikasiya sahəsində qıcıqlanma meydana gələrsən preparatın tətbiqi təxirə salınmalı və lazım gəlsə müvafiq müalicə aparılmalıdır.
Poziton kremin göz və selikli qişalara düşməsinin qarşısını almaq lazımdır. Kremdən istifadədən sonra əlləri yumaq məsləhət görülür. Krem üzə vurulursa müalicə müddəti 5 gün ilə məhdudlaşdırılmalıdır.
Dərmanın davamlı və ya təkrar tətbiqi kontakt həssaslığın yüksəlməsi riskini artıra bilər.  
Kliniki yaxşılaşma baş vermədikdə steroid və antibiotiklərin birgə istifadəsi məsləhət deyil, belə ki, kortikosteroidlər infeksiyanın yayılmasını gizlədə bilər.
Yüksək sistem absorbsiyadan sonra bütün aminoqlikozid antibiotikləri kimi neomisin-sulfat da geridönməz ototoksik təsir göstərə bilər. Neomisin nefrotoksik potensiala malikdir.
Böyrək çatışmazlığı zamanı neomisinin plazma klirensi azalır.
Tərkibində antibiotiklər olan preparatlar durulaşdırılmamalıdır.

Tərkib hissələri ilə bağlı xəbərdarlıqlar:
Bu preparat dəridə yerli reaksiyalar (məsələn kontakt dermatit) törədə bilər, çünki tərkibində setostearil spirti var.
Tərkibindəki propilenqlikol dərini qıcıqlandıra bilər.
Tərkibindəki metil parahidroksibenzoat (E-218) və propil parahidroksibenzoat allergik reaksiyalar (çox güman ki, ləng tipli) törədə bilərlər.
Bu preparat dəridə yerli reaksiyalar (məsələn kontakt dermatit) törədə bilər, çünki tərkibində sorbit turşusu (E-200) var.
Bütün idmançılar bilməlidirlər ki, bu preparatın tərkibində, dopinq müayinəsi zamanı müsbət nəticə verə bilən maddə var.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Yüksək sistem absorbsiyadan sonra  neomisin-sulfat əzələ relaksantlarının istifadəsi nəticəsində yaranan respirator depressiyanı gücləndirə və vaxtını uzada bilər.

İstifadə qaydası və dozası

Yerli olaraq təyin edilir. Tibbi nəzarət olmazsa, müalicə müddəti 7 gündən artıq olmamalıdır.
Yetkin şəxslər və 2 yaşdan yuxarı uşaqlar: yaxşılaşma baş verənə  kimi preparatın kiçik miqdarını götürüb, zədələnmiş nahiyəyə gündə 2 və ya 3 dəfə, nazik qatla sürtün. Saxlayıcı terapiya məqsədi ilə preparat gündə bir dəfə və ya daha az tezliklə istifafə oluna bilər.

Uşaqlara da (2 yaşdan yuxarı) eyni doza tətbiq oluna bilər, lakin mümkünsə müalicə müddəti 5 günlə məhdudlaşdırılmalıdır.

Böyrək çatışmazlığı olan xəstələrdə dozalanma: Belə xəstələrdə dərmanın dozası azaldılmalıdır.

Yaşlılar:  Poziton yaşlı insanlara da təyin oluna bilər; böyrəklərin funksiyası zəiflədikdə ehtiyatlı olmaq lazımdır, çünki, neomisinin sistem absorbsiyası arta bilər.

Əlavə təsirləri

Kortikosteroidlərin yerli təsiri ilə bağlı əlavə reaksiyalar bunlardır:
Çox tez (≥1/10); tez-tez (≥1/100, <1/10);  az baş verənlər (≥1/1000, <1/100); nadir (≥1/10000, <1/1000);  çox nadir (<1/10000).
Dəri və dərialtı toxumada pozğunluqlar
Tez-tez: tətbiq olunan nahiyədə zəif və ya orta dərəcəli göynəmə hissi, qaşınma və yerli dəri atrofiyası.
Az baş verənlər: zolaqların əmələ gəlməsi, ikincili infeksiya, papulyoz çəhrayı sızanaqlar (rosasea dermatiti) (üz dərisində), dəri altına qansızma, follikulit.
Nadir: hipertrixoz, sensibilizasiya, hiper/hipo piqmentasiya, teleangioektaziya.
Endokrin pozğunluqlar
Nadir: hiperkortisizm, kortikosuprarenal supressiya.
Digər arzuolunmaz reaksiyalar: purpura, sızanaqlar (xüsusən uzunmüddətli müalicələr zamanı). Daha az hallarda perioral dermatit və preparatın sistem aktivlik göstərməsi. Nadir hallarda psoriazın kortikosteroidlərlə müalicəsi xəstəliyin pustulyar formasını təhrik edə bilər. 

Doza həddinin aşılması

Kəskin doza həddinin aşılması halının baş verməsi inandırıcı deyil; amma yenə də, xronik olaraq doza həddinin aşılması və ya qəbul qaydasının pozulması zamanı hiperkortissizm simptomları meydana çıxa bilər və bu halda steroidlərin yerli tətbiqi tədricən, tibbi nəzarət altında, eşitmə itiliyi, böyrək və sinir-əzələ funksiyalarını yoxlamaqla kəsilməlidir. Həmçinin Neomisin sulfatın da qanda miqdarı təyin edilməlidir. Neomisin-sulfatın plazmada miqdarını hemodializ vasitəsilə azaltmaq olar.

Buraxılış forması

30 q Poziton kremi, xarici çap edilmiş, daxili laklanmış, açıq ucu  lateks qapağı ilə bağlanmış parıltılı alüminium tubda.

Saxlanma şəraiti

30°C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti.

Resept əsasında buraxılır.

İstehsalçı

LABORATÓRİOS VİTORİA, S.A.
Rua Elias Garcia, 28
VENDA NOVA
2700 – 327 AMADORA
PORTUGAL

Positon krem nə üçündür?

  1. Dermatit və eqzema zamanı istifadə olunan dərmanlar
  2. Göbələk mənşəli səpkilərdə istifadə olunan dərmanlar
  3. Dəmrov zamanı istifadə olunan dərmanlar
  4. Bakterial xəstəliklər əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow