Pomas sprey istifadə qaydası necədir?

Pomas sprey - Öskürək zamanı, ağız boşluğu xəstəlikləri zamanı, angina, faringit, laringit zamanı istifadə olunan preparatdır.

Nov 22, 2024 - 16:48
 0
Pomas sprey istifadə qaydası necədir?
Pomas sprey

Pomas sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Pomas sprey qiyməti

Pomas qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Pomas sprey qiyməti 12 azn - 14 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Pomas sprey qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Flavonoidlər………………………………………………......................30 mq
Qreyfrut toxumlarının (hidroqliserində) ekstraktı….....10mq
Astraqal kökünün ekstraktı (16% polisaxarid)……….......3,75mq
Adaçayının yarpaqlarının quru ekstraktı……………...........3,75mq
Kəklikotu ekstraktı………………………………..….….….................2mq
Evkalipt yarpaqlarının essensial yağı…………………...........1,77mq
Nanə yarpaqlarının essensial yağı …………………..............1,12 mq
Vit B6……………………………………………………...........................0,28mq
Propolis…………………………………………………….......................30 mq
Qalanqin(2,5%)………………………………………........................0,75mq
Bal ...........................................................................................405 mq

Xüsusiyyətləri:

Pomas boğaz spreyi yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində müalicəvi və profilaktik məqsədlə istifadə olunur.
Qreyfrut toxumunun ekstraktı immuniteti gücləndirməklə yanaşı, normal mikrofloraya təsir göstərməyən effektiv antibakterial vasitədir. Həmçinin, virus əleyhinə, göbələk əleyhinə təsirə malikdir. Yerli qan dövranını yaxşılaşdırır.
Astraqal kökü immun sistemin effektiv stimulyatorudur, fiziki aktivliyi yüksəldir. İmmuniteti gücləndirir.
Adaçayı Dezinfeksiyaedici, iltihabəleyhinə, ağrıkəsici, büzücü təsirlərə malikdir. Stomatitlərdə, anginada, diş əti qanaxmalarda sağaldıcı vasitə kimi istifadə edilir.
Kəklikotu dezinfeksiyaedici, büzücü, bəlğəmgətirici, iltihabəleyhinə və s. təsirə malikdir.
Evkalipt yarpaqlarının efir yağları iltihabəleyhinə, antibakterial təsirlərə malikdir. Ağrını və temperaturu azaldır. Selikli qişa reseptorlarına qıcıqlandırıcı təsir göstərir, yerli iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir.
Nanə yarpaqlarının efir yağları yerli damardaraldıcı, ltihabəleyhinə və analqeziyaedici təsirə malikdir. Ürəkbulanmanı, qaytarma hissini azaldır.
Propolis immunostimulyator, yerli analgetik və təbii antibiotik təsirlərə malikdir.Tərkibindəki qalanqin bakteriostatik, funqisid, dezinfeksiyaedici təsirə malikdir.
Bal yumşaldıcı və antiseptik təsirə malikdir, immunostimulyatordur. Boğazı sanasiya edir.

İstifadəsinə göstərişlər:

-LOR orqanların infeksion xəstəliklərində (farinqit,larinqit,tonzilit)
-Müxtəlif mənşəli stomatitlər (virus,göbələk və bakteriya)
-Aftoz stomatitlər
-Xoralı stomatitlər
-Cərrahi əməliyyatlardan əvvəl və sonra

İstifadə qaydası və dozası:

2 püskürmədən gündə 2-3 dəfə ağız boşluğuna püskürməli.

Buraxılış forması:

Pomas, boğaz üçün 30 ml-lik sprey. Tərkibinə spirt və qlütein daxil deyildir.

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Pomas sprey nə üçündür?

  1. Öskürək əleyhinə vasitələr
  2. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
  3. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow