Letra tablet nə üçündür?
Letra tablet artıq menstruasiya dayandırılmış (postmenopozal) qadınlarda döş xərçənginin müəyyən növlərini müalicə etmək üçün istifadə olunur.
![Letra tablet nə üçündür?](https://doktorm.az/uploads/images/202411/image_830x_673f08b3aefde.webp)
Letra tablet haqqında məlumat
Letra tablet qiyməti
Letra qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Letra tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Süd vəzi xərçəngi
Süd vəzi xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür və hər keçən gün daha çox artır.
Tərkibi
1 tabletin tərkibində 2.5mq Letrozol vardır
LETRA, artıq menstruasiya dayandırılmış (postmenopozal) qadınlarda döş xərçənginin müəyyən növlərini müalicə etmək üçün istifadə olunur.
LETRA şiş əleyhinə vasitə olmaqla aromataza fermentinin inhibitorudur. Bu fermentin təsiri altında qadınlarda menopauzdan sonrakı dövrdə qadın cinsi hormonları olan estrogen sintezi baş verir və o cümlədən androgenlərin qadın cinsi estron və estradiola çevrilməsini təmin edir.Letra aromatazanın, onun aktivliyinin tormozlanmasına səbəb olur ki, bu zaman bütün toxumalarda , o cümlədən estrogendən asılı toxumalarda estrogenlərin sintezi azalır. Nəticədə şiş hüceyrələrinin böyüməsini və digər toxumalara yayılmasını ləngidir və ya tamamilə dayandırır.
LETRA xəstələrdə LH və FSH plazma səviyyələrində dəyişiklik yaratmır, TSH, T4 və T3 konsentrasiyalarına və müvafiq olaraq da qalxanvari vəzin funksiyalarına təsir göstərmir.
İstifadəsinə aid göstərişlər:
Letra dərman vasitəsi hormon reseptorları neqativ olan xəstəliklər zamanı istifadə edilmir. Letra aşağıdakı hallarda təyin olunur:
• Hormon reseptoru (estrogen (ER) və/və ya progesteron (PR) reseptoru) müsbət, erkən mərhələdə invaziv süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların adyuvant müalicəsi zamanı;
• Postmenopauza dövründə olan, hormon reseptorları (ER və/və ya PR reseptorları) müsbət, erkən mərhələli invaziv süd vəzi xərçəngi olan, əvvəllər standart (5 il ərzində) tamoksifen istifadə etmiş pasiyentlərdə uzunmüddətli adyuvant müalicə zamanı;
• Metastatik və lokal irəliləmiş süd vəzi xərçəngi olan, hormon reseptoru (ER və/və ya PR) müsbət olan postmenopauza dövründəki qadın xəstələrdə birinci sıra müalicə kimi;
• Tamoksifenlə müalicədən sonra təkrarlanan və ya irəliləmiş süd vəzi xərçəngi olan postmenopauza dövründəki qadınların müalicəsi zamanı.
İstifadə qaydası
Letra preparatının qəbulu zamanı həkimin göstərişinə ciddi əməl edilməlidir.
Tövsiyə edilən sutkalıq doza gündə 1 tablet təşkil edir.
Letra tablet hər gün eyni saatda, bütöv halda, qida qəbulundan asılı olmayaraq, bir stəkan su ilə qəbul edilməlidir. Müalicə müddəti həkimin göstərişinə əsasən aylarla, hətta illərlə davam edə bilər. Müalicə müntəzəm həkim nəzarəti altında həyata keçirilməlidir.
Əgər Letra tabletin qəbulunu unutmusuzsa və artıq növbəti dozanın qəbuluna az qalıbsa (təxminən 2-3 saat) bu zaman unutduğunuz dozanı yox, növbəti dozanı qəbul etməlisiniz. Unudulmuş dozanı ikiqat doza şəklində qəbul etməyin. Həkimin tövsiyəsi olmadan Letra tabletin qəbulunu dayandırmayın.
Letra tablet nə üçündür?
Şiş xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?
![like](https://doktorm.az/assets/img/reactions/like.png)
![dislike](https://doktorm.az/assets/img/reactions/dislike.png)
![love](https://doktorm.az/assets/img/reactions/love.png)
![funny](https://doktorm.az/assets/img/reactions/funny.png)
![angry](https://doktorm.az/assets/img/reactions/angry.png)
![sad](https://doktorm.az/assets/img/reactions/sad.png)
![wow](https://doktorm.az/assets/img/reactions/wow.png)