Ribaksan (Ribaxan) nə üçündür? istifadə qaydası necədir?

Ribaksan (Ribaxan) - müasir dövrdə xüsusilə artmış ürək-damar xəstəlikləri, damar tıxanıqlıqları və insultun müalicə və profilaktikasında əsas seçim preparatlarındandır. 

Nov 21, 2024 - 10:33
 0
Ribaksan (Ribaxan) nə üçündür? istifadə qaydası necədir?
Ribaksan (Ribaxan)

Ribaksan haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ribaksan qiyməti

Ribaksan 20 mq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ribaksan qiyməti 44 azn - 47 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ribaxan qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Ribaksan nə üçündür?

RİBAXAN –müasir dövrdə xüsusilə artmış ürək-damar xəstəlikləri, damar tıxanıqlıqları və insultun müalicə və profilaktikasında əsas seçim preparatlarındandır. 

Tərkibi

1 tabletin tərkibində 20 mq rivaroxaban vardır

RİBAXAN –antikoaqulyant, yəni laxtalanma əleyhinə preparat olmaqla Xa faktorunun yüksək dərəcədə selektiv, birbaşa təsirli inhibitorudur. Xa faktorunun inhibə olunması, laxtalanma prosesində əsas komponent olan trombinin əmələ gəlməsinin və bununla da tromb yaranmasının qarşısını alır, qanın laxtalanma kaskadının daxili və xarici yolunu tormozlayır. Bununla da qanın normadan artıq laxtalanmasının və onun səbəb olduğu xəstəliklərin qarşısını effektiv olaraq alır. 

 

RİBAXAN  trombini birbaşa inhibə etmir (aktivləşdirilmiş faktor II) və trombositlərə də heç bir təsiri olmadığından qanaxma riski demək olar ki, çox minimaldır və  laxtalanma əleyhinə təyin edilən digər dərmanlar (məs. Aspirin, Klopidogrel və s.) ilə kombinasiyada təyin edilə bilir. 

 

Əvvəlki preparatlardan fərqli olaraq geniş terapevtik profil və yüksək təhlükəsizliyə malik olduğundan pasientlərdə qanın laxtalanmasının normal səviyyələrdə saxlanması da daha asandır. Eyni zamanda əvvəllər olduğu kimi pasientlərdə daimi monitorinqə (qanın laxtalanmasına yönəlik analizlər) ehtiyac yaranmır. 

İstifadəsinə göstərişlər

  • Kəskin koronar sindromdan (AKS) sonra xəstələrdə ürək-damar şikayətləri, miokard infarktı və tromboza bağlı ölümün qarşısının alınması
  • Ürək-damar səbəblərindən insult, miokard infarktı və ölümün qarşısının alınması, həmçinin koronar arteriya xəstəliyi və ya periferik arteriya xəstəliyi (PAD) olan xəstələrdə ətrafların kəskin işemiyasının və trombozun qarşısının alınması
  • Trombozun uzunmüddətli profilaktikasında antiaqreqantlarla kombinasiyalı terapiyada
  • Qeyri-valvular mənşəli qulaqcıq fibrilyasiyası olan xəstələrdə insult və sistem tromboemboliyasının qarşısının alınması;
  • Dərin venaların trombozunun və ağciyər tromboemboliyasının müalicəsi

 

İstifadə qaydası və dozası

 

Koronar arteriya xəstəliyi və ya PAD (periferik arteriyaların xəstəliyi) olan xəstələrdə damar tıxanıqlığının qarşısının alınması üçün tövsiyə olunan doza gündə 1 tab təşkil edir. 

 

Koronar arteriya xəstəliyi və ya PAD olan xəstələrdə profilaktik məqsədlə RİBAXAN gündə 2 dəfə 2,5 mq dozada və yanaşı olaraq gündə 1 dəfə 75-100 mq asetilsalisil turşusu ilə birlikdə təyin edilir. Müalicə müddəti 12 aydır. Müalicə seçilmiş xəstələr üçün 24 aya qədər uzadıla bilər.

 

Qulaqcıq fibrilyasiyası (qeyri-qapaq mənşəli)  olan xəstələrdə insult və sistemik tromboemboliyanın qarşısının alınması üçün tövsiyə olunan doza gündə bir dəfə 20 mq təşkil edir. 

 

Kəskin DVT və ya PE müalicəsi üçün tövsiyə olunan başlanğıc doza ilk 3 həftə ərzində gündə 2 dəfə 15 mq, daha sonra isə  DVT və PE -nin təkrarlanmasının qarşısını almaq üçün gündə bir dəfə 20 mq dozaya keçilir.

 

Ən azı 6 aylıq DVT və ya PE müalicəsindən sonra təkrarlanan DVT və ya PE riski və qanaxma riskindən asılı olaraq tövsiyə olunan doza gündə bir dəfə 10 mq və ya gündə bir dəfə 20 mq təşkil edir.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow