BayBay damcı nə üçündür?

BayBay damcı - Sinir oyanıqlığında istifadə olunan preparatdır.

Sep 6, 2024 - 19:16
 0
BayBay damcı nə üçündür?
BayBay damcı

BayBay damcı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

BayBay damcı qiyməti

BayBay damla qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə BayBay damcı qiyməti 16 azn - 18 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan BayBay qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi :

Çobanyastığı ekstraktı-1,25 qr, Melissa ekstraktı -2,0 qr,Cökə ekstraktı- 0,3 qr

Köməkçi maddələr : su, natrium benzoate, limon turşusu monohidratı , qlütamin, stevia.

Farmakoloji Xüsusiyyətləri:

Çobanyastığı ekstraktı (Matricaria chamomilllae Flower extract) - tərkibində olan alfa-bisabolol, xamazulen, apigenin, matrisinin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərir, əsəb, gərginlik hallarını aradan qaldırır, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək-damar sisteminin işini yaxşılaşdırır.

Melissa ekstraktı (Melissa officinalis leaf extract) - tərkibi sitralla, sitronella, geraniolla, linaloolla, fenilpropanoidlərlə, xlorogen ve qəhvə turşuları ilə doymuş efir yağları ilə zəngindir. Melissa ekstraktı anksiolitik, antidepresant, spazmolitik, immunomodullaşdırıcı, antiviral, antibakterial və antiallergik təsirlərə malikdir. Bu xüsusiyyətlər melissanın tərkibindəki konkret komponentlərin məsələn: sitronellanın - güclü sedativ təsiri, geraniollanın - spazmolitik təsiri, fenilpropanoidlərin - antibakterial, antiviral, antiallergik və immunmodullaşdırıcı təsirlərindən irəli gəlir. Melissa həmçinin iştah artırıcı, sidikqovucu  təsir göstərir və ürəkbulanmanı aradan qaldırır

Cökə ekstraktı (Tilia cordata Flower extract) - tərkibində efir yağları, C vitamini, Mn, saponinlər, hesperidin, triterpen birləşmə tiliadin, fitonsidlər, flavanoidlər, kversetin, üzvi turşular var. Sedativ təsiri hesabına stres, gərginlik, həyəcanı azaldır, sakitlik yaradır, bununla yanaşı dərin yuxunu təmin etməsi xüsusiyyəti də var. Tərləməni artıraraq toksinləri orqanizmdən xaric edir, sidikqovucu, qızdırmasalıcı təsir göstərir. Spazmolitik təsir edərək saya əzələlərdəki spazmı aradan qaldırır.

İstifadəsinə göstərişləri:

  • Yüksək sinir oyanıqlığı
  • Əsəbi gərginlik
  • Yuxu pozğunluğu, yuxusuzluq, hiperaktivlik
  • Xroniki stres, depressiya
  • Narahatlıq, qorxu, özünə güvənsizlik
  • Psixogen və həyacanlı-nevrotik hallar
  • Qastrointestinal spazm, spastik kolit, pilorospazm

İstifadə qaydası :

İstifadə etməzdən əvvəl yaxşıca çalxalayın.

Gecə yatmazdan 40 dəqiqə əvvəl istifadə edin.

  • 4-10 yaş  uşaqlar -   1 x 40 damcı (1 çay qaşığı)
  • 11 yaşdan yuxarı uşaqlar və böyüklər --  1 x 60 damcı (1,5 çay qaşığı)

Əks göstərişləri :

Məhsulun hər hansı komponentinə qarşı yüksək həssaslıq

Buraxılış forması : 

50 ml damcı

İstehsalçı

ENA FARMA, Türkiyə

Azərbaycanda rəsmi distribyutor 

Healpro MMC

BayBay damcı nə üçündür?

Sinir oyanıqlığında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow