Smektit toz istifadə qaydası necədir?
Smektit - Köp zamanı, ishalda, ezofagit zamanı istifadə olunan preparatdır.

Smektit haqqında məlumat
Smektit qiyməti
Smektit vanilli qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Smektit qiyməti 10 azn - 12 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Smektit toz qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Hər 5 qram saşedə
Dioktaedral Smektit (Dioctahedral smectite) - 3 q
Köməkçi maddələr: Təbii vanil dadlandırıcısı (natural vanilla flavor), Dekstroza (Dextrose), Maqnezium Oksid (magnesium oxide)
Farmakoloji xüsusiyyətləri:
Smektit orqanizmdən sorulmur , dəyişməz olaraq xaric olunur.
Təbii mənşəli ishal əleyhinə vasitədir . Adsorbsiya edici təsirə malikdir.
Selikli qlikoproteinlərlə polivalent bağlar əmələ gətirərək selikli qişanın miqdarını artırır və onun qastroprotektiv xüsusiyyətlərini yaxşılaşdırır (xlorid turşusunun hidrogen ionlarının, öd duzlarının, mikroorqanizmlərin və onların toksinlərinin mənfi təsirlərinə qarşı münasibətdə).
Smektit selektiv sorbsiya xüsusiyyətlərinə malikdir, bu da diskoid-kristal quruluşu ilə izah olunur.Mədə-bağırsaq traktının lümenində yerləşən bakteriya və virusları adsorbsiya edir. Terapevtik dozalarda Smektit bağırsaq hərəkətliliyinə təsir göstərmir.
İstifadəsinə göstərişlər:
- Kəskin və xroniki ishal (allergik, dərman mənşəli; pəhriz və keyfiyyətli qida tərkibinin pozulması ilə);
- yoluxucu mənşəli ishal (kompleks terapiyanın bir hissəsi kimi);
- qastrit, mədə və onikibarmaq bağırsaq xorası, kolit səbəbiylə ürək yanması, şişkinlik və qarın narahatlığının simptomatik müalicəsi.
Smektit istifadə qaydası:
Yalnız suspenziya halında qəbul edilir. Saşedəki tozu 1/4-1/2 (50-100 ml) su ilə yaxşı qarışdırmaq lazımdır. Uşaqlar üçün tozu müxtəlif maye və qida ilə qarışdırıb qəbul etmək olar (sıyıq, püre, kampot, uşaq qidası).
- 3-11 yaş arası uşaqlar 1 paket gündə 2-3 dəfə
- 11 yaşdan yuxarı uşaqlar və böyüklər 1 paket gündə 3 dəfə.
Qəbul müddəti 7-10 gündür.
Qeyd:
Tövsiyə edilən sutkalıq dozanı keçməyin
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkim ilə məsləhətləşin.
Dərman vasitəsi deyildir.
Əks göstərişləri:
Məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq
Buraxılış forması:
№10, 5 q toz, saşe
İstehsalçı:
Rusiya, Farmasevticheskaya Fabrika
Azərbaycanda rəsmi distribütor:
Healpro MMC
Smektit nə üçündür?
- Köp əleyhinə dərmanlar
- İshalda istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






