Ekoflakton (Ecoflakton) nə üçündür?

Ekoflakton (Ecoflakton) - Köp zamanı, disbakterioz zamanı, ishalda, kolit zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Sep 28, 2024 - 18:25
 0
Ekoflakton (Ecoflakton) nə üçündür?
Ekoflakton (Ecoflakton)

Ekoflakton haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ekoflakton qiyməti

Ekoflakton qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ekoflakton qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ecoflakton qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ.

TƏRKİBİ

Bir kapsulun tərkibinə daxildir:

Fibersol                               250 mq

Maltodekstrin                     94,5 mq

Fruktooliqosaxaridlər               5mq

Lactobacillus acidophilus   6x108 cfv

Bifidobacterium bifidum     2x108 cfv

Bifidobacterium lactis           2x108 cfv

Bifidobacterium longum     2x108 cfv         

*cfv= koloniya-formalaşdırma vahidi

Köməkçi maddələr: talk, silisium, hidroksipropil metilsellüloza, bitki mənşəli maqnezium stearat.

XÜSUSİYYƏTLƏRİ

Eсoflakton BFMQƏ aid olub, tərkibi probiotiklər kimi fəaliyyət göstərən və insanın həzm sisteminin təbii sakinləri olan faydalı bakteriyaların 4 liofilizə olunmuş ştamlarının qarışığından ibarətdir.

İnulin tərkibli prebiotiklərdən fərqli olaraq, Eсoflaktonun tərkibində pH turşuluğuna qarşı davamlı olan, həzmi yaxşılaşdıran, prebiotik təsirə malik olan fruktooliqosaxaridlər və fibersol  kimi liflər vardır.

Eсoflakton, həmçinin, bağırsaq mikroflorasının bərpasına köməklik edir, belə ki, orqanizmdə olan faydalı bakteriyalar ətraf mühitin təsirindən yaxud pəhriz saxladıqda öz aktivliyini itirə bilərlər.  

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

Bağırsağın bakterial florasını tarazılaşdırmaq üçün.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

4 yaşdan yuxarı uşaqlara və böyüklərə - 1 kapsul gündə bir dəfə.

Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.

ƏLAVƏ TƏSİRLƏR

Dərmanın tərkib hissələrinə qarşı həssaslıq olduqda, allergik reaksiyaların yaranması mümkündür.

ƏKS GÖSTƏRİŞLƏR

Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ

Qapalı, sərin və quru yerdə saxlanılmalıdır.

BURAXILIŞ FORMASI

Kapsul № 20.

DƏRMAN VASİTƏSİ DEYİL

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya

Ekoflakton nə üçündür?

  1. Köp əleyhinə dərmanlar
  2. Disbakterioz zamanı istifadə olunan dərmanlar
  3. İshalda istifadə olunan dərmanlar
  4. Kolit zamanı istifadə olunan dərmanlar
  5. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow