Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..

Oct 28, 2024 - 07:13
 0
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..
Yeni doğulmuş körpələrin yeməyinə spirt qoydular: Bir körpə öldü, altı körpə..

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) paytaxtı Lefkoşada yerləşən Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Yenidoğulmuşların Reanimasiya şöbəsində körpələrin yeməklərinə su yerinə səhvən saf spirt qoyulub.

Doktorm.az News24.az-a istinadən xəbər verir ki, KKTC Səhiyyə Nazirliyi 7 körpənin xəstələndiyini, vaxtından əvvəl doğuş səbəbiylə müalicə olunan 20 günlük körpənin dünyasını dəyişdiyini, sağlamlıq vəziyyəti ağır olan 6 körpənin isə intubasiya edildiyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanarkən, 4 tibb işçisi "ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq" ittihamı ilə saxlanılıb. Körpəsini itirən ailə körpələrinin ötən cümə günü dünyasını dəyişdiyini, lakin onlara gec məlumat verildiyini bildirib.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow