Bütün marketlərdən yumurtalar yığışdırıldı - Səbəbi bu imiş...

Fransada məşhur supermarketlərdən satılan bəzi yumurta qutuları sağlamlıq risklərinə görə geri çağırılıb.
Doktorm.az News24.az-a istinadən xəbər verir ki, açıqlamada bu yumurtaların salmonella bakteriyasına yoluxması ilə bağlı xəbərdarlıq edilib.
Təsirə məruz qalan məhsulların yararlılıq müddəti 24 oktyabr - 31 oktyabr 2024-cü il tarixləri arasındadır və bu yumurtalar 29 sentyabr - 10 oktyabr tarixləri arasında rəflərdə olub.
Digər tərəfdən, istehlakçılara aldıqları məhsulların kodlarını yoxlamaq və istehlak etməmək barədə xəbərdarlıq edilib.
Məlumat üçün qeyd edək ki, heyvan və insan bağırsaqlarında yaşayan B Salmonella nəcislə xaric olur və tez-tez çirklənmiş su və ya qida vasitəsilə insanlara ötürülür. Bu bakteriyalar adətən qızdırma, qusma, ishal kimi əlamətlərlə özünü göstərsə də, mədə-bağırsaq iltihabı, tif kimi bir çox xəstəliyin əsas səbəblərindən biridir. Qəbul edildikdən sonra simptomlar adətən 12-36 saat ərzində görünür və 2 ilə 7 gün arasında davam edə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






