Əməliyyatda ad gününü qeyd edən cərrahla bağlı araşdırma başladı - Yenilənib-VİDEO

Jan 9, 2025 - 06:29
Jan 9, 2025 - 06:32
 0
Əməliyyatda ad gününü qeyd edən cərrahla bağlı araşdırma başladı - Yenilənib-VİDEO
Əməliyyatda ad gününü qeyd edən cərrahla bağlı araşdırma başladı - Yenilənib-VİDEO
Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
Doktorm.az Oxu.Az-a istinadla xəbər verir ki, həkim bu barədə öz "Instagram" hesabında paylaşım edib.
Görüntülərdən məlum olur ki, "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
 
***
 
Səhiyyə Nazirliyi Bakıda yerləşən "German Hospital" adlı özəl xəstəxanada əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) Doktorm.az -a verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.
Açıqlamada qeyd olunur ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, "German Hospital"da əməliyyat zamanı həmkarları mama-ginekoloqu Ləman Əliyevaya doğum günü sürprizi ediblər. Onlar əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymamaqda ittiham ediblər.
Ətraflı videoda:


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow