Analıq məzuniyyətinə çıxanların DİQQƏTİNƏ - Kredit borcu varsa…

Apr 4, 2025 - 18:46
 0
Analıq məzuniyyətinə çıxanların DİQQƏTİNƏ - Kredit borcu varsa…
Analıq məzuniyyətinə çıxanların DİQQƏTİNƏ - Kredit borcu varsa…

Ölkəmizdə kredit təşkilatlarına  üz tutanlar sırasında qadınlar da yer alır. Ancaq onları narahat edən bir məsələ var.

Niyə analıq məzuniyyətinə çıxan qadınların krediti dondurulmur? Ümumiyyətlə bu proses  mümkündürmü?

Doktorm.az xəbər verir ki, Bizim.Media qadınları narahat edən bu mövzu ətrafında araşdırmalar aparıb.

Analıq məzuniyyətində olan xanımların  adlarına olan kredit borcunun dondurulması, onların hüquqları üçün bir zərbə ola bilər. Bu sözləri mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov qeyd edib:

“Kreditləri dondurma qaydası mövcud deyil. Əgər bank könüllü şəkildə güzəştlərə gedirsə, əlbəttə, bu başqa məsələ…

Ancaq qanunvericiliklə sözügedən qayda tənzimlənmir. Yəni, analıq məzuniyyətində olan qadınlar əvvəlki qayda ilə borcunu ödəməlidir. Əgər qanunla analıq məzuniyyətinə çıxan qadınların kreditinin dondurulması mövcud olsa, banklar hamiləlik dönəmində qadınlara kredit verməyəcək. Bu da qeyd etdiyim kimi qadınların hüquqlarını pozmaq deməkdir”- deyə müsahibimiz bildirib.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow