Vacenac tabletka

Vacenac tabletka haqqında bütün məlumatları platformamıza daxil olaraq əldə edə bilərsiniz.

Aug 3, 2024 - 19:17
Aug 3, 2024 - 19:22
 0
Vacenac tabletka
Vacenac tabletka

Vacenac tabletka haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

TƏRKİBİ  

Aseklofenak – 100 mq

FARMAKOLOJİ  QRUPU

Qeyri Steroid İltihab Əleyhinə Vasitə.

FARMOKOLOJİ  XÜSUSİYYƏTLƏRİ

Vacenac nə üçündür?

Daxilə qəbuldan sonra VACENAC  sürətlə və tam olaraq dəyişilməz halda biomənimsənilir. Qəbulundan sonra 1,5 – 3 saat ərzində qan plazmasında maksimal konsentrasiya yaranır. Yarımatılma dövrü təqribən 4 saat təşkil edir. VACENAC zülalarlla  yüksək birləşmə faizinə (>99%) malikdir. VACENAC  qanda əsasən dəyişilməz dərman vasitəsi kimi dövr edir  və  4´- hidroksiaseklofenak plazmada aşkar edilən başlıca metabolitidir. Bu xüsusiyyətləri hesabına  bütün orqan və toxumalarda, hətta digər qeyri steroid iltihab əleyhinə dərman vasitələrinin çətin nüfuz etdiyi toxumalarda belə (qığırdaq və sümük toxumaları, sinovial və likvor mayeləri, meningial qişa və s.) yüksək konsentrasiya toplayaraq kliniki effektin tez yaranmasına və uzun müddətli olmasına səbəb olur. VACENACın  sionovial və likvor mayesində topladığı konsentrasiyası təqribən plazmada olan konsentrasiyasının 57%-nə çatır. Təqribən qəbul edilmiş dozanın 2/3-i əsasən hidroksimetabolitlər kimi sidik vasitəsilə ifraz edilir. Yaşlı insanlarda aseklofenakın farmakokinetikasında heç bir dəyişiklik aşkar edilməmişdir. VACENAC  tsiklooksigenaza  fermentlərini blokada edərək araxidon turşusundan iltihabi  prostoqlandinlərin əmələ gəlməsinin qarşısını alır. Bununla VACENAC  güclü iltihab əleyhinə təsir göstərərək və bu təsirdən irəli gələn mükəmməl ağrıkəsici nəticəni reallaşdırır. Qismən hərarət salıcı təsirə də malikdir. VACENAC  iltihabi sitokinlərdən olan interleykin beta-1-in (İL 1b) blokadasına xüsusi aktivlik göstərdiyindən qığırdaq toxumasında gedən iltihabi və destruktiv-degenerativ  prosesləri sürətlə aradan götürülməsini təmin edir. Dismenoreyalar zamanı ağrının əsas səbəbi olan PQ E2-nin sintezini (başqa QSİV fərqli olaraq) VACENAC blokada etməklə dismenoreya ağrılarının tez və davamlı aradan götürülməsini təmin edir.

GÖSTƏRİŞLƏRİ

  • Ginekologiya: Doğuşdan və əməliyatdan sonrakı ağrılar. Kiçik çanaq orqanlarının iltihabi prosesləri – salpingit, ooforit, salpinqooforit və iltihabi kistalar.
  • Travmatologiya: Çıxıqlar, burxulmalar, mialgiya, artralgiya, travmalarda. Revmatoid poliartrit, artrozlar, osteoxondroz.
  • Nevralogiya: Meningit, nevritlər, nevralqiya, radikulit.
  • Stomatoloqiya: Diş ağrıları, əməliyatdan sonraki ağrılar, travmalar.
  • Otorinolarinqologiya: Sinusitlər (frontit, haymorit, eytmoidit, sfenoidit), kəskin və xronik otitlər.
  • Urologiya: Prostatit, böyrək daşı xəstəliyi və əməliyatdan sonraki ağrılar.
  • Andrologiya: Kəskin ağrı sindromu ilə müşahidə edilən kişi cinsiyət organlarının iltihabi prossesləri – balanit, orxit, epididimit, orxoepididimit, prostatit.
  • Onkologiya: Ağrının azaldılması üçün simptomatik terapiya.
  • Müxtəlif etiologiyalı ağrı və iltihabi proseslərdə, ağrının və iltihabi prosesin aradan qaldirilması məqsədi ilə.

İSTİFADƏ QAYDASI

VACENAC  tabletlər bütöv şəkildə, bol miqdarda su ilə daxilə qəbul edilməlidir. VACENACın yeməkdən sonra və ya acqarına qəbulu zamanı həzm sistemində heç bir narahatlıq müşahidə edilməmişdir. Ancaq VACENACın qəbulu yeməkdən sonra və ya yemək zamanı məsləhət görülür. Tövsiyə edilən gündəlik doza 2 tablet (200 mq) təşkil edir. Bu doza birdəfəlik və ya iki dəfəyə təyin edilir. Ağır hallarda təyinatı 3 tabletə (300 mq) qədər yüksəltmək olar. Müalicə müddəti xəstəlikdən və ağırlıq dərəcəsindən asılı olaraq bir həftədən bir aya qədər davam etdirilir.

ƏKS GÖSTƏRİŞLƏRİ

Hiperhəssaslıq, ”aspirin triadası”, hipovolemiya (səbəbindən aslı olmayaraq), mədə eroziyaları, hipokoaqulyasiya (hemofiliya), kəskin pankreatit, qanaxma riski olan hallar, ağır böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı, hamiləlik və laktasiya zamanı, 16 yaşa qədər uşaqlar, yaşlı insanlar (65 yaşdan yuxarı insanlarda təyinatı doza korreksiyası ilə olmalıdır).

ƏLAVƏ TƏSİRLƏRİ

Qastralgiya, diareya, meteorizm, qəbzlik, qusma, iştahasızlıq, ürəkbulanma, hematuriya, azotemiya, sidiyə getmə aktının sürətlənməsi, qulaqda küy, başgicələnmə, yuxusuzluq, dəri səpkiləri.

BURAXILIŞ FORMASI

20 tablet alüminium blisterlərdə içlik vərəqə ilə birgə karton qutuda qablaşdırılmışdır.

YARARLIQ MÜDDƏTİ  

3 il. İstehsal tarixi qutu və  blisterlərin üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

SAXLANMA ŞƏRAİTİ

Uşaqların əli çatmayan yerdə, 300 C temperaturdan yüksək olmamaq  şərti ilə.

MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ

“Novator Pharma” LLP, Böyük Britaniya.

İSTEHSAL EDİLİR

“ARAFARMA GROUP” İspaniya, “NOVATOR PHARMA” UK xüsusi sifarişi ilə.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow