Üzümü qabıqlı yeyin - Qocalığı gecikdirən DOQQUZ MƏHSUL

Qocalmanı yavaşlatmağa qida lifləri və antioksidantlarla zəngin olan məhsullar - giləmeyvələr, yaşıl çay, kakao, portağallar, almalar, nar, albalı, brokkoli və qabıqlı üzüm kömək edir.
Doktorm.az xəbər verir ki, bu barədə amerikalı immunoloq Helen Messye "WelnessPulse" nəşrinə danışıb.
Mütəxəssisin sözlərinə görə, uzunömürlülüyün dörd sütunu xəstəliklərin erkən diaqnostikası, orqanizmdə iltihabla mübarizə, əqli və fiziki dözümlülüyün inkişafı, həmçinin ürək-damar və metabolik sağlamlığın qorunmasıdır.
"Gəncliyi qorumaq üçün ən vacib vərdişlər gündəlik fiziki aktivlik, keyfiyyətli yuxu, stresə nəzarət, ünsiyyət və tam dəyərli qidalanmadır", - deyə o əlavə edib.
Doktor Messyenin sözlərinə görə, sağlam illəri uzatmaq istəyən insanların rasionunda mütləq bitki mənşəli qidalar olmalıdır.
"Eyni zamanda, doqquz məhsulun istehlakına xüsusi diqqət yetirilməlidir. 2023-cü ildə Cənubi Koreya alimlərinin apardığı tədqiqat göstərib ki, yaşla əlaqəli dəyişiklikləri yaşıl çay, kakao, giləmeyvələr, portağallar, almalar və qabıqlı üzüm, nar, albalı, brokkoli yavaşlada bilər. Bu məhsullarda şəkər və yağ az olsa da, onlar faydalı qida lifləri və antioksidantlarla zəngindir", - deyə immunoloq vurğulayıb.
Həkim əlavə edib ki, göstərilən məhsulların aşkar faydasına baxmayaraq, yalnız onlarla kifayətlənmək lazım deyil.
"Uzunömürlülük üçün həm giləmeyvələr, həm də qoz-fındıq, paxlalılar, tam taxıl və zülal daxil olan balanslaşdırılmış qidalanma vacibdir", - deyə ekspert sözlərini yekunlaşdırıb.//oxu.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






