Eşitmə itkisi ürək-damar xəstəliklərinin göstəricisidir? - Alimlərdən yeni araşdırma

Eşitmə itkisi ürək-damar xəstəliklərinin, o cümlədən ürək çatışmazlığının erkən göstəricisi ola bilər. Bununla belə, eşitmə cihazları bu cür patologiyaların inkişaf riskini azaltmır.
Doktorm.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, Britaniya alimləri bu qənaətə gəliblər. Araşdırmanın nəticələri "Heart" jurnalında dərc edilib.
Məlumata görə, alimlər Böyük Britaniyanın Biobankı tərəfindən təqdim edilən 164 431 könüllünün məlumatlarının təhlili əsasında bu qənaətə gəliblər. Sınaqda iştirak edənlərin orta yaşı 56 il təşkil edib və tədqiqatın əvvəlində iştirakçılardan heç biri ürək çatışmazlığından əziyyət çəkməyib.
Birinci mərhələdə mütəxəssislər SRT (nitq qavrayış həddi) testindən istifadə edərək iştirakçıların eşitmə funksiyasını qiymətləndiriblər. Bu test bir insanın 50% ehtimalı ilə danışılan bir sözü düzgün təkrarlaya biləcəyi minimum səs intensivliyini əks etdirir.
Nəticələrin əldə edilməsindən sonra alimlər iştirakçıların müşahidəsinə başlayıblar. Təhlillər göstərib ki, orta dərəcədə eşitmə itkisi olan insanlarda ürək çatışmazlığının inkişaf riski, yaxşı eşitmə qabiliyyətinə malik olanlara nisbətən 15% yüksəkdir. Ağır pozğunluqlar halında bu ehtimal 28% artıb. Alimlər qeyd ediblər ki, hətta eşitmə cihazlarından istifadə edənlər də ürək problemlərindən qorunmayıb - onların ürək çatışmazlığı riski 26% artıb.
Tədqiqat, həmçinin göstərib ki, zəif eşitmə sosial təcrid, psixoloji stres və yüksək nevrotizm səviyyəsi ilə əlaqəli olub.
Alimlər ehtimal edirlər ki, eşitmənin pisləşməsi təkcə yerli qan dövranı problemləri ilə deyil, həm də sistemli damar pozğunluqları ilə də əlaqəli ola bilər./oxu.az
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






