Belə diş məcunundan istifadə edənlərə xəbərdarlıq - Gənc yaşda dişsiz qoyur

Apr 10, 2025 - 10:15
 0
Belə diş məcunundan istifadə edənlərə xəbərdarlıq - Gənc yaşda dişsiz qoyur
Belə diş məcunundan istifadə edənlərə xəbərdarlıq - Gənc yaşda dişsiz qoyur

Diş sağlamlığı çox önəmlidir. İstifadə olunan diş məcunlarının tərkibi və necə istifadə edildiyi də vacibdir.

Doktorm.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bəzi maddələr uzun müddətdə sağlamlığa zərər verə bilər. Diş məcunu alarkən bu maddələrə diqqət etmək lazımdır.

Sodyum Lauril Sulfat (SLS) ağızda quruluq və həssaslıq yarada bilər. Florür çürüməyə qarşı faydalıdır, amma çox qəbul edilərsə dişlərdə ləkə yarada bilər. Xüsusilə uşaqlarda florürsüz məcunlara üstünlük verilməlidir.

Triklosan adlı maddə hormon sisteminə təsir edə bilər və sağlamlıq üçün risklidir. Alüminium diş minasını zəiflədə, parabenlər isə allergiya və hormonal pozğunluq yarada bilər.

Diş məcunu seçərkən florür miqdarına, həssas dişlər üçün uyğun olmasına və təbii tərkibə diqqət yetirilməlidir. Ağardıcı məcunlar dişləri beyazladır, amma tez-tez istifadəsi mina üçün zərərlidir.

Dişlərin düzgün fırçalanması da sağlamlıq üçün əsas şərtlərdəndir. Dişlər gündə ən az iki dəfə, dairəvi hərəkətlərlə və çox güclü təzyiq göstərmədən fırçalanmalıdır. Fırçalama müddəti təxminən 2 dəqiqə olmalı, həm ön, həm də arxa səthlər təmizlənməlidir. Həmçinin, diş fırçası 3-4 aydan bir dəyişdirilməlidir.//day.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow