Uşaqlar niyə dırnaq yeyir?

Övladınız dırnağını yeyir? Bu adəti uşaqlarınızda tərgidə bilmirsiz? İlk vaxtlar fikir vermədiyiniz bu adət artıq problemə çevrilib? Dırnaq yemək estetik və gigienik deyil, ən əsası övladınız bu adəti ilə sizə psixoloji və emosional problemlərinin olmasını göstərir.

Oct 19, 2024 - 14:40
 0
Uşaqlar niyə dırnaq yeyir?
Uşaqlar niyə dırnaq yeyir?

Uşaqların dırnaq yeməsi ilə bağlı məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Dırnaq yemək nədir?

Dırnaq yemək uşağın öz dırnaqlarını yeməsi və ya bir əli ilə o biri əlini dırnaqlarını, dırnaq ətini qoparmasıdır. Hər dırnağı ilə, barmağı ilə oynayan uşağa: “Dırnaq yeyir” deyə bilərikmi? Təbii ki, xeyr. Müşahidə etmək lazımdır uşaq nə vaxt, nədən sonra dırnaq yeyir və dırnağını yeyərkən əhvali-ruhiyyəsi həmin vaxtı necədir?

İki yaşını başa vurmuş, zehni və fiziki inkişafı normal uşaqlar dırnaqlarını yeyər isə və ya yeməyə davam edər isə, bu uşaqda mövcud olan psixoloji problemin göstəricisidir. Əslində dırnaq yemək aysberqin görünən tərəfidir. Dırnaq yemə davranışı təkcə öyrənilmiş bir vərdiş ola biləcəyi kimi, yaşanılan psixoloji problemlər səbəbi ilə də ortaya çıxa bilir. Kliniki təcrübələr dırnaq yemə davranışının daha çox psixoloji narahatlıqlar nəticəsində ortaya çıxdığını göstərir.

Yeniyetməlik yaşında da bu problem görülə bilər. Yeniyetməlik böhran dövr olduğu üçün yeniyetmə dırnaq yeyə bilər. Utancaqlıq özgüvən duyğuları məhz bu dördə xüsusi olaraq inkişaf edir. Yeniyetmənin fizioloji inkişafı, bundan yaranan problemlər, ailədə olan və şəxsiyyətlərarası konfliktlər onda gərginliklər yaradır. Bu isə bəzən yeniyetmənin dırnaq yeməsinə səbəb olur.Stressə davamsız uşaqlar yeni mühitə düşdükdə stiuativ  olaraq dırnağı qopara, dırnaq ətini didə bilər.Həmin uşaqlar stressə davamsız, özünə inanmayan və həssas olduqlarından yaranan həyacan bu şəkildə özünü göstərir.

Bəs nəyə görə uşaqlar dırnaqlarını yeyirlər? Uşaqların dırnaq yeməsinin səbəbi nədir ?

Ailədə ata-ana, ata-ana-uşaq münasibətlərindəki çatışmazlıqların olması uşaqların dırnaq yeməsinə səbəb olur. Evdə olan davalar, ölüm, xəstəlik, məktəbə başlama,

ailədə 2-ci uşağın doğulması və s. səbəblər. Bu və ya digər problemlər uşaqda daxili narahatlıq, gərginlik yaradır və həmin gərginliklər, narahatlıqlar uşağın dırnaq yeməsinə səbəb olur.

  • Bacı-qardaş qısqanclığı təxminən yeni uşaq dünyaya gələndən 3-4 ay çəkir, sonra isə böyük yaşda olan uşaq vəziyyətə adaptasiya olur. Əgər o qısqanmağa davam edərsə , valideynlərin uşaqlara olan münasibətində doğru olmayan tərəflər vardır. Qısqanclıq sevgi doyumsuzluğundan və özgüvən əksikliyindən yaranır. Nəticədə uşaqda dırnaq yemə problemi ortaya çıxa bilər.
  • Ailədə olan xəstəliklər uşaqlarda itirmə qorxusu və ya dolayısı ilə dırnaq yemə ortaya çıxar. Valideynlər xəstəliyi necə qəbul edib , reaksiya verərlər isə uşaqlar da o cür qəbul edib reaksiya verərlər. Xəstəlik nə qədər dramatikləşdirilərsə uşaq da onu o qədər çətin qəbul edər və hətta daha ağır – psixi travmaya səbəb ola bilər.
  • Evdə böyüklər arasında olan davalar uşaqlara çox pis təsir edir. İnsan heç vaxt valideynlərinin dalaşmasını unuda bilmir. Uşağın yaşadığı bu gərginlik isə onun dırnaq yeməsinə səbəb olur.Ailə daxilində zorakılıq və münaqişələr, uşağa çox təzyiq olunması, davamlı olaraq tənqid edilib günahlandırılması, qısqanclıq, valideynlərindən kifayət qədər sevgi və diqqət görə bilməməsi  dırnaq yemə probleminə gətirib çıxaran səbəblərdir.
  • Uşağın qorxu, etibarsızlıq, stress, həyəcan vəziyyətlərinə məruz qalması,narahatlıq, dəyərsizlik, ətrafındakıların marağını itirmək qorxusu uşaqda dırnaq yemə vərdişinə səbəb ola bilir.
  • Ana və atanın həddindən artıq qoruyucu olması, valideynlərin hədsiz narahat olması,

Ailədə və yaxın ətrafda dırnaq yeyən birinin olması , uşağın onu təqlid etməsidə  bu vərdişin yaranmasına səbəb ola bilər. Problemi aradan qaldırmaq üçün valideyn uşağa cəza verməməli və bu vərdişi uşağın yanında söhbət mövzusuna çevirməməlidir. Bəzən valideynlər uşağı bu davranışdan uzaqlaşdırmaq üçün onun barmaqlarına acı bibər sürtmək kimi yanlış üsullardan istifadə edirlər. Uşağı zorla bu vərdişdən çəkindirmək istədikdə isə o bunu gizli etməyə başlayır.

 

 Məktəb dövründə uşaqların dırnaq yeməsinin səbəbləri nələrdir?

Məktəb ilə birlikdə uşağın həyatına yeni qaydalar və vəzifələr girir.Anadan ayrılmaq,məktəbdə verilən vəzifələr uşağa təzyiq göstərə bilər.Bununlada uşaq üzərindəki gərginlikdən və təzyiqdən azad olmaq üçün dırnaqlarını yeməyə başlayır.Uşağın:

  •  Özgüvəninin olmaması,
  •  Uğursuzluq qorxusu,
  •  Dostluq münasibətlərində problem yaşaması,
  •  Diqqətsizlik və ya öyrənmə çətinliyi üzərindən təhsil problemi,
  •  Məktəb və onların müəllimləri ilə problemləri olması, dırnaq yeməsinə səbəb ola bilər,
  • Uşağın rəqabətə qatılması, başqa uşaqlarla müqayisə etməsi kimi daha burada tanımadığımız bir çox psixoloji durum, uşağı narahat edən hər hansı bir vəziyyət və ya onu bədbəxt edəcək bir hadisə uşağın dırnaq yemə davranışı inkişaf etdirməsinə səbəb olur.

                    

  Uşaqların dırnaq yemə vərdişinə necə mane olmaq olar?

  • 3-4 yaşlı uşaqlarda, dırnaq  yemənin həll yolu kimi ən təsirli üsul “görməzdən gəlmək” ola bilər.
  • Uşaqlara dırnağın zərərləri barədə danışa bilərsiniz. Ancaq uşağı qorxutmaqla bunu etməməlisiniz. Qorxu bu problemin həlli olmadığı üçün uşağın emosional dünyasında çətinliklərə səbəb ola bilər.
  • Gecələri dırnaq  yeməməsi üçün ,yatmazdan əvvəl uşağa yüngül bir əlcək geyindirə bilərsiniz.
  • Dırnaq yediyi üçün uşağınıza qəzəblənməməli, təzyiq göstərməməli və cəzalandırmamalısınız. “Əlini ağzından çək!”, “Körpə kimi davranırsan!” kimi xəbərdarlıqlar əvəzinə uşağın diqqətini sevdiyi fəaliyyətlərə yönəltməlisiniz. Onun əlini məşğul edəcək, boyama və ya oyun xəmiri ilə oynamaq kimi oyunlar təsirli üsul ola bilər. Uşağın bu vərdişi tərgitməsi üçün onun əlinə başqa bir əşya verib diqqətini yayındırmaq olar.
  • Fərqli fəaliyyətlərlə , tapşırıqlarla  uşaqların başqa istiqamətə yönəltmək lazımdır. Uşağa bu vərdişin onun sağlamlığına ziyan verdiyini uyğun bir tərzdə başa salmaq da faydalıdır.
  • Dırnaq yemək vərdişi uşaqlarda yeniyetməliyə doğru tez-tez baş verə bilər. Mütəxəssislər bunun ətraf mühitin təsiri ilə əlaqədar ola biləcəyini söyləyirlər. Mümkün qədər uşağınızın özünə inamını gücləndirəcək  davranışlar göstərməlisiniz.
  • Bəzi psixoloqlar deyir ki, dırnaqların dərin kəsimi bəzi hallarda işə yarayır. Öz dırnaq baxımını etməsi üçün uşağınıza dırnaq baxımı dəsti ala bilərsiniz.
  • Bəzən  uşaqların dırnaqlarına acı  dırnaq boyası sürtməklə də bunun qarşısını almaq olar.
  • Uşağın özgüvənini qaldırıb, stressə davamlılığını artırmaq lazımdır, adaptiv bacarığını inkişaf etdirmək lazımdır
  • Bəzi mütəxəssislər isə dırnaqlara acı maye çəkmək əvəzinə, ana və atanın uşaqlar üzərinə etdiyi təzyiqlərin aradan qaldırılmasını  məsləhət edirlər. Yəni  dırnaq yemə davranışına görə problemi uşağınızda deyil, özünüzdə axtarmalısınız.

 

Zaman keçdikcə dırnaq yemək pis vərdiş olmaqla yanaşı əlavə xəstəliklərin yaranmasına da səbəb olur, əsəb gərginliyi keçirənlər zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək bəzən onları rahatlaşdırır, gərginliyi azaldır, amma bununla yanaşı orqanizmə müxtəlif xəstəliktörədən mikrobların daxil olmasına şərait yaradır. Zaman keçdikcə dırnaq yemək pis vərdiş olmaqla yanaşı əlavə xəstəliklərin yaranmasına da səbəb olur, əsəb gərginliyi keçirənlər zaman-zaman dırnaq yeməyə adət edir. Bütün tədbirlərə baxmayaraq uşaq bu vərdişi tərgitmirsə, uşaq psixoloquna müraciət etməyiniz məqsədəuyğundur.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow