Vüqar Məmmədli Buta Clinic -dən narazıdır: 70 manatlıq xidmətin pulu geri qaytarılmadı

Bakının Nərimanov rayonunda yerləşən "Buta Clinic" adlı özəl tibb müəssisəsi ilə bağlı şikayət, sosial şəbəkə istifadəçisi Vüqar Məmmədli tərəfindən Facebook-da paylaşılmışdır. Şikayətçi, aldığı tibbi xidmətlə bağlı narazılığını ifadə edərək klinikanı haqsız davranışda ittiham edib.
Vüqar Məmmədli yazır ki, tez-tez reklamlarına rast gəldiyi "Buta Clinic"də uroloq Araz Bayramovun qəbuluna yazılaraq 70 manat ödəniş edib. Lakin, qəbz əvəzinə sadəcə növbə kağızı alıb və həkimin yanına daxil olub. Şikayətçi bildirib ki, həkim onu qısa müddət dinlədikdən sonra klinikada analiz verməyə yönəldib.
Məmmədli, analizi daha öncə etibar etdiyi "Referans Klinik Laboratoriya Mərkəzi" və "Sağlam Ailə" kimi tibb müəssisələrində vermək istədiyini həkimə bildirdikdə, Araz Bayramov bu təklifə etiraz edib və həmin laboratoriyalara güvənmədiyini ifadə edib. Həkim, bu klinikalarda analizlərin tez-tez səhvlə nəticələndiyini əsas gətirərək analizlərin yalnız "Buta Clinic"də aparılmasını təkid edib.
Kassaya yaxınlaşaraq analizlərin ödənişini etmək istəyən şikayətçi 520 manatlıq yüksək məbləğlə qarşılaşıb və bu məbləği ödəməyin qeyri-mümkün olduğunu anlayaraq pulu geri tələb edib. Lakin həkimin köməkçisi ona ödənişi geri qaytara bilməyəcəklərini bildirib və bununla bağlı ertəsi gün əlaqə saxlayacaqlarını vəd edib.
Ertəsi gün isə klinikadan bildirilib ki, ödənilən məbləğ geri qaytarılmır.
Narazı vətəndaş, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Dövlət Vergi Xidmətinə müraciət etdiyini bildirib və məsələnin həllini tələb edib.
Bu paylaşım sosial şəbəkələrdə və ictimaiyyətdə geniş rezonans doğurub, vətəndaşlar arasında özəl klinikaların xidmət keyfiyyəti ilə bağlı suallar yaradıb.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






