Ürək sağlamlığını qorumaq üçün 5 vacib tövsiyə

Dünyada hər il 20 milyondan çox insan ürək və damar xəstəlikləri səbəbilə həyatını itirir. Azərbaycanda da ölüm səbəblərinin böyük bir hissəsi bu xəstəliklərlə əlaqəlidir.
Doktorm.az Pravda.az-a istinadla bildirir ki, ürək sağlamlığını mənfi təsir edən faktorları bilmək və onları aradan qaldırmaq, bu xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.
Genetik meyillilik və risk faktorları
Ürək-damar xəstəliklərinin inkişafında genetik meyillilik mühüm rol oynayır. Kişilərdə bu xəstəliklərə tutulma riski qadınlara nisbətən daha yüksəkdir. Qadınlar isə menopoz dövründən sonra bu riski 10 il gec yaşayırlar. Ancaq düzəldilə bilən risk faktorlarının aradan qaldırılması ilə həm xəstəliklərin, həm də bu səbəbdən baş verən ölümlərin qarşısını almaq mümkündür.
Ürək sağlamlığı üçün 5 əsas qayda
Siqaret çəkməyin
Çoxlu piyada gəzin
Sağlam qidalanın və çəkinizə nəzarət edin
Qan təzyiqinizi mütəmadi ölçdürün
Xolesterin səviyyənizi nəzarətdə saxlayın
Siqaret istifadəsi ən böyük risklərdən biridir
Ürək və damar xəstəlikləri ilə siqaret istifadəsi arasında elmi olaraq sübut olunmuş bir əlaqə var. Xüsusilə kişilər arasında siqaret istifadəsi geniş yayılıb. Gənclər arasında da siqaretə meyil artır. Bu vəziyyət ürək xəstəlikləri baxımından ciddi risk yaradır.
Piylənmə və hərəkətsizlik təhlükə yaradır
Hərəkətsiz həyat tərzi və qeyri-sağlam qidalanma ürək və damar xəstəliklərinin əsas səbəblərindəndir. Piylənmə və hərəkətsizlik birgə nəzərə alınmalı və qarşısı alınmalı risk faktorlarıdır. Ürək-damar xəstəlikləri, diabet, yüksək təzyiq və digər xəstəliklərin yaranmasında piylənmənin rolu böyükdür. Oturaq həyat tərzi çəki artımına səbəb olur. Fiziki aktivliyi artırmaq və balanslı qidalanma bu riski azalda bilər.
Qan təzyiqinə nəzarət vacibdir
Hipertoniya – yəni yüksək qan təzyiqi də ciddi risk faktorudur. Ürək tutması və ya insult keçirən xəstələrin 80 faizində qan təzyiqi yüksək olur. Buna görə də təzyiqin nəzarətdə saxlanması və lazım gəldikdə həkim məsləhəti ilə dərman qəbul olunması vacibdir.
Gündəlik duz qəbulu 6 qramdan artıq olmamalıdır
Çox duzlu yeməklərdən uzaq durmaq lazımdır. Hər hansı bir sağlamlıq problemi olmayan insanlar üçün tamamilə duzsuz qidalanma lazım olmasa da, artıq duz qəbulundan çəkinmək vacibdir. Gündəlik duz qəbulu orta hesabla 6 qramı keçməməlidir.
Xolesterin səviyyəsinə diqqət yetirilməlidir
Aparılan elmi tədqiqatlar göstərir ki, pis xolesterinin yüksək olması damar sərtliyi və ürək-damar xəstəliklərinin yaranmasında əsas rol oynayır. Yüksək risk daşıyan, diabet xəstələri və ürək tutması keçirmiş şəxslər həkim nəzarəti altında xolesterin salıcı dərmanlardan istifadə etməlidir.
Enerji qəbulu bədən ehtiyacına uyğun olmalıdır
Qidalanma zamanı ifratçılıqdan qaçmaq və bütün qida elementlərini balanslı şəkildə qəbul etmək vacibdir. Xüsusilə təzə meyvə-tərəvəz, yağ və ət məhsullarını ölçülü şəkildə istifadə etmək tövsiyə olunur. Doymuş yağların ümumi enerji qəbulunun 10 faizindən az olması lazımdır. Enerji ehtiyacından artıq qida qəbulu piylənməyə səbəb olur. Eyni zamanda, şəkərli qidaların istehlakını da azaltmaq vacibdir.
Qeyd: Ürək və damar sağlamlığına uşaq yaşlarından etibarən diqqət yetirilməlidir.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






