​​​​​​​Mədə ağrısı infarktın ilk əlaməti ola bilər

Apr 18, 2025 - 09:35
 0
​​​​​​​Mədə ağrısı infarktın ilk əlaməti ola bilər
​​​​​​​Mədə ağrısı infarktın ilk əlaməti ola bilər

Ürək böhranı hər zaman klassik simptomlarla – sinə ağrısı, sol qola yayılan təzyiq və nəfəs darlığı ilə özünü göstərmir.

Doktorm.az xəbər verir ki, kardioloq Dr. Adnan Köşüş xəbərdarlıq edir ki, xüsusilə 45 yaşdan yuxarı şəxslər, diabet və ürək-damar xəstəlikləri olanlar üçün mədə ətrafında təzyiq, yanma və ya ağrı kimi şikayətlər infarktın səssiz əlaməti ola bilər.

Qadınlar və diabet xəstələrində bu simptomlar ürəkbulanma, qusma, soyuq tərləmə, qəfil yorğunluq kimi fərqli formada da özünü göstərə bilər. Bu səbəbdən mədə ağrıları yalnız həzm sistemi ilə əlaqələndirilməməlidir. Dr. Köşüş qeyd edir ki, bu əlamətlər ortaya çıxdıqda ürək müayinəsi vacibdir.

İnfarktda ilk 90 dəqiqə həyati əhəmiyyət daşıyır. Sadəcə mədə ağrısı ilə birlikdə tərləmə, halsızlıq və təngnəfəslik hiss edilirsə, dərhal tibbi yardım göstərilməlidir. Angioqrafiya və stent kimi erkən müdaxilələr ürək toxumasını qoruyur.

Həyat tərzi dəyişiklikləri – siqaretdən uzaq durmaq, sağlam qidalanma, təzyiq və şəkərə nəzarət, müntəzəm idman – infarkt riskini azaltmaqda əsas rol oynayır. Dr. Köşüş ürək xəstəliklərinin qarşısı alına bilən bir problem olduğunu xatırladır./E-saglam.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow